Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2969/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bu günə qədər 25.000 ABŞ dolları məbləğində ödənilməmiş borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2018-ci ilin mart ayında 20.000 ABŞ dolları məbləğində borc vermişdir. Həmin ilin axırlarına qədər o, borcunu qaytarmağa söz verib. Bu barədə ona 18 mart 2018-ci il tarixdə yazılmış qəbz də vermişdir. Bir müddətdən sonra iddiaçı ona daha 5.000 ABŞ dolları borc pul vermiş, lakin bu barədə ondan hər hansı bir qəbz tələb etməmişdir. Belə ki, aralarında yaxın münasibətlər mövcud olmuşdu. Lakin görüşləri zamanı Cavabdeh ona ümumilikdə 25.000 ABŞ dolları məbləğində borclu olduğunu heç zaman inkar etməyib və bunları tezliklə qaytaracağına söz verirdi. Son zamanlara qədər cavabdeh, onunla görüşər, telefon zənglərinə cavab verərdi və hər dəfə də borcunu tezliklə qaytaracağına söz verirmişdir. Aradan 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, A. Məmmədov borcunu qaytarmamışdır. Son zamanlar cavabdeh, onun telefon zənglərinə cavab vermir, onunla görüşməkdən yayınır. Nəticədə o, məhkəməyə müraciət etməklə cavabdehdən ona olan borcunu məhkəmə yolu ilə qaytarmağı tələb etmək zərurətində qalır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs Cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 18.03.2018-ci il tarixli öz imzası ilə məzmununu təsdiqlədiyi Cavabdeh tərəfindən yazılmış əlyazmanın surətindən və məzmunundan görünür ki, o, yəni Cavabdeh İddiaçı ümumi olaraq 20.000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etmiş və həmin məbləğdə borcunu 2018ci ilin sonunda qaytarmağı öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 4/984 nömrəli ekspertiza rəyindən görünür ki, 18.03.2018-ci il tarixli qəbzdə “Məmmədov.A. İmza” yazıları qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 18.03.2018-ci il tarixli öz imzası ilə məzmununu təsdiqlədiyi Cavabdeh tərəfindən yazılmış əlyazmanın surətindən və məzmunundan görünür ki, o, yəni Cavabdeh İddiaçı ümumi olaraq 20.000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etmiş və həmin məbləğdə borcunu 2018-ci ilin sonunda qaytarmağı öhdəsinə götürmüşdür. Bir müddətdən sonra iddiaçı ona daha 5.000 ABŞ dolları borc pul vermişdir. Həmin məbləgə dair iddiaçı cavabdehdən yazılı qəbz almasada bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, cavabdehin nümayəndə və vəkili əvvəlki iclaslarda işdə olan əlyazmanın cavabdeh tərəfindən yazımasını inkar etsədə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 4/984 nömrəli ekspertiza rəyindən görünür ki, 18.03.2018-ci il tarixli qəbzdə “Məmmədov.A. İmza” yazıları qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur. İddiaçı iddiasına dair sübutları məhkəməyə təqdim etmiş və sübutlar hüquqi təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 25.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı oğlunun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25.000 ABŞ dolları(ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul vəsaiti tutularaq İddiaçı oğlunun xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza xərci 125 manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2969/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2969/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver