Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2972/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X18 X24 Şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X18 X9rşı “iddiaçı şəxsin işlədiyi dövrdə ona hesablanmış əmək haqqına görə məcburi dövlət sosial sığorta ayırmalarının (haqqının) fonda ödənilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X18 X24 şəxsin üçüncü şəxsə qarşı “iddiaçı şəxsin işlədiyi dövrdə ona hesablanmış əmək haqqına görə məcburi dövlət sosial sığorta ayırmalarının (haqqının) fonda ödənilməsinin təmin edilməsi və ona əmək pensiyasının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək olan dövrdə işlədiyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin həmin dövrə ona hesablanmış əmək haqqına görə Dövlət X20 məcburi dövlət sosial sığorta ayırmalarının (haqqının) fonda ödənilməsinin təmin edilməsi və ona əmək pensiyasının verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1958-ci il tarixdə anadan olmuş və xx xxxxx 2020-ci il tarixdə də penisya təminatı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaş həddi 61 yaş 6 ay tamam olduğundan, onlar xx xxxxx 2020-ci il tarixdə (karantin səbəbindən işləmədiklərindən bir az gec) sənədlərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 4 nömrəli “ASAN xidmət” mərkəzinin aydiyyatı şöbəsinə (hansı ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin ediməli və bu barədə vətəndaşın ünvanına məlumat bildiriş göndərilməlidir) təqdim etdilər. Təxminən iki aya yaxın vaxt keçdikdən sonra Dövlət X19 Sosial Ödənişlərin X14 xx xxxx 2020-ci il tarixli **********2 nömrəli məktubu ilə pensiya təyin edilməsinin mümkün olmaması haqqında imtina cavabı almışdılar. Qeyd edilməlidir ki, əmək kitabçasına əsasən onun ümumilikdə 16 il 9 ay 18 gün əmək stajı olmuşdur. Bununla paralel olaraq qeyd edilməlidir ki, fərdi hesabının sığorta hissəsində xx xxxxxx 2006-cı il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi pensiya kapitalında yığım qeydə alınmamışdır. Hansı ki, inun 1 il 24 gün (xx xxxxxxxx 2016 - xx xxxxxxx 2017) əmək stajı həmin dövrə təsadüf edir və Dövlət X12 vermiş olduğu **********222 nömrəli şəadətnamə əsasında qeyd olunan şirkətlə bağlı əmək müqaviləsi Dövlət X17 elekton bazasında qeydə alınmışdır. Son 1 il 24 gün əmək stajına gəldikdə isə qeyd edilməlidir ki, bu müddət üzrə şirkət tərəfindən ona hesablanılmış aylıq əmək haqqına görə Dövlət X20 məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi və bu səbəbdən də fərdi hesabının sığorta hissəsində pensiya kapitalının yoxluğuna, bir işçi olaraq onun heç bir təqsiri yoxdur. Təbii ki, buna cavabdeh son 1 il 24 gün əmək stajının olduğu Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti və bu işə nəzarət etməkdə məsul olan aidiyyatı dövlət qurumlarıdır. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X18 X24 Şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X16 vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx xxxxxxxx 2016 – xx xxxxxxx 2017-ci illərə dair ona hesablanmış əmək haqqına görə Dövlət X20 məcburi dövlət sosial sığorta ayırmalarının fonda ödənilməsinin təmin edilməsi və ona əmək pensiyasının verilməsi tələbindəki “pensiyanın təyin edilməsi tələbi” hissəsinə dair 2(005)-2972/2020 nömrəli mülki iş üzrə icraata həmin işə məhkəmə qaydasında baxılmalı olmadığından xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müvafiq vəsatət onunla əsaslandırılmışdır ki, X1 iddia ərizəsi üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, xitam verilməlidir. Belə ki, həmin maddəyə uyğun olaraq işə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İcraata xitam verilməsi işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının elə bir üsulunu nəzərdə tutur ki, bu zaman məhkəmə prosesinin gedişində məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququnun olmadığını və ya onun belə bir hüququnu itirdiyini təsdiq edən və qanunvericilikdə bilavasitə göstərilmiş hallar yaranır və ya belə halların mövcud olması aşkara çıxır. X1 iddia ərizəsinin tələb hissəsində isə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx xxxxxxxx 2016 – xx xxxxxxx 2017-ci illərə dair ona hesablanmış əmək haqqına görə Dövlət X20 məcburi dövlət sosial sığorta ayırmalarının ödənilməsinin təmin edilməsi və ona əmək pensiyasının verilməsi göstərilmişdir. Lakin, pensiyanın verilməsi tələbi üzrə işə mülki qaydada deyil, inzibati qaydada baxılmalıdır. İş üzrə icraata xitam verilməsi də ərizənin baxılmamış saxlanılması kimi işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının üsullarından biridir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsinin əsaslarından biri işin məhkəmədə baxılmalı olmamasıdır. Bu o deməkdir ki, iş məhkəmədə baxılmalı deyildirsə, hakim bu halda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina haqqında qərardad çıxarmalıdır. Lakin iş məhkəmədə baxılmalı olmadığı halda iddia ərizəsi səhvən baxılmaq üçün məhkəmənin icraatına qəbul edilmişdirsə, bu zaman həmin ərizəyə əsasən məhkəmədə başlanmış işin icraatına xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər; iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və sair mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)-2972/2020 nömrəli qərardadı ilə vəsatət təmin edilərək, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X18 X9rşı “iddiaçı şəxsin işlədiyi dövrdə ona hesablanmış əmək haqqına görə məcburi dövlət sosial sığorta ayırmalarının (haqqının) fonda ödənilməsinin təmin edilməsi və ona əmək pensiyasının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “əmək pensiyasının verilməsi”nə dair hissədə xitam verilməsi, iddiaçı şəxsə hazırki məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah olunması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X18 X24 Şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X16 vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx xxxxxxxx 2016 – xx xxxxxxx 2017-ci illərə dair ona hesablanmış əmək haqqına görə Dövlət X20 məcburi dövlət sosial sığorta ayırmalarının fonda ödənilməsinin təmin edilməsi və ona əmək pensiyasının verilməsi tələbindəki “pensiyanın təyin edilməsi tələbi” hissəsinə dair 2(005)-2972/2020 nömrəli mülki iş üzrə icraata həmin işə məhkəmə qaydasında baxılmalı olmadığından xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh təşkilatın nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: X4 məxsus ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin baş mühasibi vəzifəsində işləmiş, cəmiyyətin xx xxxxxxx 2017-ci il tarixli 01 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir; Ermənistanın Yexeqnadzor kənd soveti tərəfindən xx xxxxx 1986-cı il tarixdə verilmiş 252510 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 arasında xx xxxxx 1986-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxx 1986-cı il tarixdə 4 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İrzaquliyeva soyadı verilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, xx xxxxxxx 2017-ci il tarixdə cəmiyyətin 01 nömrəli əmri ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (33.1.1-dövlət qulluqçusunun öz arzusu ilə). Müvafiq bildiriş xx xxxxxxx 2017-ci il tarixdə imzalanaraq, sistemə daxil edilmişdir; Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyi yanında Dövlət X23 Sosial Ödənişlərin X14 İddiaçı ünvanladığı pensiya təyin edilməsinin mümkün olmaması haqqında xx xxxx 2020-ci il tarixli **********2 nömrəli məktubunun notariat qaydasında təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən 64 yaş 6 ayına çatmış kişilərin və 61 yaş 6 ayına çatmış qadınların xx xxxxxx 2006-cı il tarixdən xx xxxx 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, pensiya kapitalı olmadıqda isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət X20 məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilmiş sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən az təşkil edir. xx xxxxxx 2006-cı il tarixdən xx xxxx 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyini mümkün hesab olunmur. Məlumat üçün həm də bildirilmişdir ki, yaşa görə sosial müavinətin təyin edilməsi üçün müvafiq rayon şöbəsinə müraciət etməyi tövsiyyə olunmuşdur; İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin təsisçisi Ələkbər Ağayevə ünvanladığı xx xxxx 2020-ci il tarixli ərizənin məzmunundan görünür ki, onun təqaüdlə bağlı yaş həddi xx xxxxx 2020-ci il tarixdə tamam olduğu üçün xx xxxxx 2020-ci il tarixdə sənədlərini Dövlət X20 təqdim etmişdir. Təxminən iki aya yaxın vaxt keçdikdən sonra Dövlət X19 Sosial Ödənişlərin X14 xx xxxx 2020-ci il tarixli **********2 nömrəli məktubu ilə pensiya təyin edilməsinin mümkün omaması haqqında imtina cavabı almışdır. Məlum olmuşdur ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində işlədiyi 1 il 24 gün üzrə (xx xxxxxxxx 2016-xx xxxxxxx 2017) ona hesablanmış əmək haqqına görə Dövlət X20 məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş və bu səbəbdən də onun fərdi uçot hesabının sığorta hissəsində pensiya kapitalı görünməmişdir. Bu səbəbdən də xx xxxxxxxx 2016-xx xxxxxxx 2017-ci il tarixə olan dövr üçün ona hesablanılmış əmək haqqından Dödlət X20 məcburi dövlət sosial sığorta ayırmalarının hesablanıb, həmin dövr üçün də ödənilməsi barədə müvafiq göstəriş verilməsi xahiş edilmişdir; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır); 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir; 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır; 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur; 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Məmmədova (İrzaquliyeva) Tamila Allahverən qızı xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin baş mühasibi vəzifəsində işləmiş, cəmiyyətin xx xxxxxxx 2017-ci il tarixli 01 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı təqaüdlə bağlı yaş həddi xx xxxxx 2020-ci il tarixdə tamam olduğu üçün xx xxxxx 2020-ci il tarixdə sənədlərini Dövlət X20 təqdim etmiş, Dövlət X19 Sosial Ödənişlərin X14 xx xxxx 2020-ci il tarixli **********2 nömrəli məktubu ilə pensiya təyin edilməsinin mümkün omaması haqqında imtina cavabı almışdır. Müvafiq cavab onunla əsaslandırılmışdır ki, onun ümumi iş stajı 25 ildən az təşkil edir. xx xxxxxx 2006-cı il tarixdən xx xxxx 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Məlum olmuşdur ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində işlədiyi 1 il 24 gün üzrə (xx xxxxxxxx 2016-xx xxxxxxx 2017) ona hesablanmış əmək haqqına görə Dövlət X20 məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş və bu səbəbdən də onun fərdi uçot hesabının sığorta hissəsində pensiya kapitalı görünməmişdir. Bu baxımdan ona yaşa görə əmək pensiyasının təyini mümkün hesab olunmamışdır. Bu baxımdan, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X18 X24 şəxsin üçüncü şəxsə qarşı “iddiaçı şəxsin işlədiyi dövrdə ona hesablanmış əmək haqqına görə məcburi dövlət sosial sığorta ayırmalarının (haqqının) fonda ödənilməsinin təmin edilməsi və ona əmək pensiyasının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək olan dövrdə işlədiyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin həmin dövrə ona hesablanmış əmək haqqına görə Dövlət X20 məcburi dövlət sosial sığorta ayırmalarının (haqqının) fonda ödənilməsinin təmin edilməsi və ona əmək pensiyasının verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X18 X24 Şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X16 vəsatətlə məhkəməyə müraciət edərək, iddia tələbinin “pensiyanın təyin edilməsi” hissəsi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 2972/2020 nömrəli qərardadı ilə vəsatət təmin edilərək, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X18 X9rşı “iddiaçı şəxsin işlədiyi dövrdə ona hesablanmış əmək haqqına görə məcburi dövlət sosial sığorta ayırmalarının (haqqının) fonda ödənilməsinin təmin edilməsi və ona əmək pensiyasının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “əmək pensiyasının verilməsi”nə dair hissədə xitam verilməsi, iddiaçı şəxsə hazırki məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah olunması qərara alınmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək işlədiyi dövrə hesablanmış əmək haqqına görə Dövlət X20 məcburi dövlət sosial sığorta ayrılmalarının fonda ödənilməsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək işlədiyi dövrə hesablanmış əmək haqqına görə Dövlət X20 məcburi dövlət sosial sığorta ayrılmalarının fonda ödənilməsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təmin edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2972/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2972/2020
07.10.2020 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver