Məhkəmə qərarları › İş №2(005)-3004/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3004/2021

22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3004/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Ağasivev Cəmil Rövşən oğlundan sosial ev düzəltmək adı ilə aldıqları 1000 manat pulun, 32 manat gecikmiş faiz, 30 manat dövlət rüsumu, əldən yıxmış fayda kimi 300 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin dekabr 2021-ci ilin yanvar ayı bacısı Elnarə ilə gözəllik salonunda iş yoldaşı olan dırnaq ustası Turanənin vasitəsi ilə söhbət zamanı bilmişdir ki, Xalidə adında qadının (müştərinin) Cavabdeh1 adında əri var və Zabit Yasamal rayonu ərazisində tikilmiş sosial evlərdən istəyən olarsa düzəldə bilir. O, da Xalidədən əri Cavabdeh1 iddia ərizəsində qeyd etdiyi mobil nömrəsinə zəng edərək onunla görüşmək istədiyini, sosial ev istədiyini söyləyəndə zabit Xudaverdivev ona telefonda elə söhbət aparmamağını deyərək görüşüb üz-üzə danışmağını istəmiş, o da cavabdehə iş yerinə gəlməsini Əliyar Əliyev küçəsi 26 ünvanında yerləşən "Nihat" kafesinə gəlməsini xahiş etmişdir. Çünki o, kafeni qoyub heç bir verə gedə bilməzdi. Beləlilklə Zabit 5-4 gün ard-arda işlədiyi kafeyə gəlmiş, orada Zabitdən ev məsələsinin dəqiq düzələcəyinə əmin olmasını ona sual verərkən Cavabdeh1 ona zəmanət verərək bildirmişdir ki, narahat olmasın. Söhbət əsnasında Zabit onun Cəmil adında tanışı vasitəsi ilə sosial ev düzəltdiyini söyləmişdir. Bundan sonra zabit ona demişdir ki, Cəmil ilə danışıblar 1000 manat beh pulu Nizami metrosunun yanında yerləşən Qoç Ət restoranına gətirib orada həmin 1000 manat pulu Zabit ilə Cəmilə verməsini demişdir. O da kafeni sahibsiz qoyub çıxa bilmədiyindən həmin gün orada olan qardaşının dostu X2 xahiş etmişdir ki, özü gedə bilmir həmin 1000 manat pulu Zabitin ona dediyi yerə aparıb pulu Zabitə versin. Qardaşının dostu X5 ona verilmiş 1000 manat pulu öz maşını ilə aparıb Cavabdeh1 verəndə Zabit onu özünün maşınına ön salona əyləşməsini, pulu sayıb Cəmilə verməsini demişdir, Fariz də onun Cəmili tanımadığını, ona çatmalı olan 1000 manat pulumun Zabitə çatdırmağını söylədiyimi demişdir. Bu vaxt Zabit Farizə bildirmişdir ki, evin Cəmilin vasitəsi ilə düzəldəcəyi barədə ona məlumat verildiyini söyləyib Farizdən pulu Cəmilə verməsindən yana narahat olmamasını söyləmişdir, Fariz də 1000 manat pulu maşında sayıb Zabitin vasitəsi ilə Cəmil ilə Zabitə verib geri qaşıtmışdır. Aralarında olan razılaşmaya əsasən 13.02.2021-ci il tarixə kimi ona evin açarları təhvil veriləcəkdir. Lakin ev işi alınmamışdır. Cavabdehlər isə nə pullarını qaytarmır nə də ev işini həll etmirlər. İddiaçı onların əməllərindən sonra xəbərdar olmuşdur. Ona görə də məcbur qalıb onların cinayət əməlləri barədə ölçü götürülməsi üçün polisə şikayət etmişdir. Polisdə Fariz və Cavabdeh1 bu olanlar barədə izahatlar verib olanları dediyi kimi təsdiq ediblər. Lakin Cəmil adlı şəxsi polis aşkar etməmişdir. Çünki Cəmilin də izahatını alsaydılar və Cəmil ilə Zabiti üzləşdirsə idi polis mütləq cinayət işi başlamalı idi. Çünki onun pulları bu iki cinayətkar cavabdeh tərəfindən əvvəlcədən əlbir olmaqla mənimsənilmişdir. Onun Bakı şəhər Yasamal və X7 İdarəsinin müxtəlif bölmələrində olan şikayət ərizələri əsasında toplanmış materiallar üzrə sonuncu Nəsimi Ravon 21-ci Polis Bölməsi Cinayət İşi Başlanmasının Rədd edilməsi haqqında 25.04.2021-ci il tarixli Qərarı ilə şikayətində cinayət hadisəsinin olmaması qənaətinə gəlinərək rədd edilmişdir. Həmin rədd qərarı qanunsuz və əsassızdır. Ona görə də mülki qaydada pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər onun pullarını mənimsəyərək əsassız varlanaraq qazanc əldə etmişdir. Pul da Mülkiyyət hesab edilir. Cavabdehlərə ev almaq üçün ödədiyi 1000 manat məbləğində pulunu, 32 manat gecikmiş faiz ilə birlikdə ona dəyən 300 manat maddi zərəri ilə birlikdə cavabdehlərdən geri tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verib iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında X5 şahid qismində ifadə verərək bildirmişdir ki, o, İddiaçı qardaşının dostudur. İddiaçı sosial ev düzəltmək məqsədilə Zabit adlı şəxsə pul verməli lakin işlədiyi kafeni qoyub çıxa bilmədiyi üçün ondan 1000 manat məbləğində pulu çatdırmağı xahiş etmişdir. O da Zabit ilə onun taksi fəaliyyəti ilə məşğul olduğu maşında görüşmüş və 1000 manat məbləğində pulu ona vermək istədikdə, Zabit bu məsələlərlə onun deyil arxa oturacaqda əyləşmiş Emil adlı şəxsin (sonradan əslində adının Cəmil olduğu məlum olmuşdur.) məşğul olduğunu, bu səbəbdən də pulu Emilə vermək lazım olduğunu bildirmişdir. O da 1000 manat məbləğində pulu Cəmilə vermişdir. Sonradan Zabitlə bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxlasa da Zabit verilən suallardan yayınmağa başlamışdır. Nəticədə aldadıldığını başa düşmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 01 may 2021-ci il tarixli 085-4147-1221 №-li məktubundan görünür ki, Nəsimi RPİ-nin 21-ci PB-yə daxil olmuş müıaciət əsasında araşdırma aparılmış, hadisəni törədən şəxs kimi bildirilən Cəmil adlı şəxsin izahatının alınması mümkün alınmadığı üçün sübut yetərsizliyi olduğundan, bununla da toplanmış materialda cinayət hadisəsi oİmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.1. 86 və 212.1 maddələrinin tələblərinə uyğun olaraq cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir, edilmiş müraciətlə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. Nəzərinə çatdırılır ki, qərardan narazı olduğu, halda Azərbaycan Respublikasının CPM-nin 212.3-cü maddəsinə əsasən müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxan prokurora, yaxud məhkəməyə şikayət verə bilər. Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı İlkin Nəbizadənin 25 aprel 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CPM-nin 39.1.1; 86; 207.5.2. və 212.1-ci maddələr nə əsasən cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə başqa şəxs vasitəsi ilə tanış olmuş və Zabitin istəyən şəxslərə sosial ev düzəltdiyini öyrənmişdir. Bu məqsədlə onunla görüşmüş və Fariz adlı şəxs vasitəsi ilə 1000 manat məbləğində pulu Zabitə göndərmişdir. O isə pulun Cəmilə (Emilə) verilməsini, evi onun düzəldəcəyini bildirmişdir. Cəmil (Emil) 1000 manat məbləğində pulu qəbul etmişdir. Göstərlən hallar məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində təsdiqini tapmış, həmçinin Cavabdeh1 Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı İlkin Nəbizadəyə verdiyi izahatında da 1000 manat məbləğində pulun Fariz adlı şəxs tərəfindən Cəmilə beh kimi verildiyini etiraf etmişdir. İzahatda aralarında şifahi razılıq olduğunu və 15.02.2021-ci il tarixədək ev məsələsinin həll ediləcəyi də göstərilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki İddiaçı cavabdehlərdən 1.000 manat pul tələb edir, Cavabdeh1 isə Nəsimi Ravon 21-ci Polis Bölməsi Cinayət İşi Başlanmasının Rədd edilməsi haqqında 25.04.2021-ci il tarixli Qərarının məzmunundan da göründüyü kimi verdiyi izahatlarda 1.000 manat məbləğində pulu Cəmillə aldıqlarını etiraf etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh1 tərəfindən etiraf olunduğundan borc məbləği pulu qəbul etmiş Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, qalan hissələrdə iddia rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1000 manat tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1.000 (bir min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar