Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3017/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı X9 X14 Təşkilatının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X9 X14 Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə hesablançış əsas borcun və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X9 X14 Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə hesablançış əsas borcun və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 2.787,75 (iki min yeddi yüz səksən yeddi manat yetmiş beş qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı X4 xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X9 X14 Təşkilatı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” X8 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” X12 ilə İddiaçı X9 arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” X8 problemli aktivlərinin tələb hüququ İddiaçı X5 keçmişdir. İddiaçı X4 Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** nömrəli dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X11 Edilməsi Agentliyi” X2) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S nömrəli Sərəncamının icrası ilə əlaqədar İddiaçı X9 tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” X6 problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər S-FK-610 nömrəli, xx xxxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı X5 verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı” X12 ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2014-ci il tarixdə, 11-xx.xx.2014-SM48 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 4.500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə xx xxxxxxxx 2014-ci il tarixdə, 11-xx.xx.2014-SM48 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır (4.3-cü bənd) borcalana verilən vəsaitindən istifadə müddəti 36 (otuz altı) aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 2.787,75 (iki min yeddi yüz səksən yeddi manat yetmiş beş qəpik), faiz borcu üzrə 0,00 (sıfır) manat olmaqla, ümumilikdə 2.787,75 (iki min yeddi yüz səksən yeddi manat yetmiş qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İddiaçı X9 X14 Təşkilatının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Azərbaycan Beynəlxalq Bankı” X8 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının məzmunundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” X12 ilə İddiaçı X9 arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” X8 problemli aktivlərinin tələb hüququ İddiaçı X5 keçmişdir; İddiaçı X4 Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** nömrəli dəyişikliyin məzmunundan görünür ki, həmin dəyişiklikdəki 2.5-ci maddəsi ilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X11 Edilməsi Agentliyi” X2) vasitəsilə həyata keçirilir; xx xxxxxxx 2017-ci il tarixli S-FK-610 nömrəli təhvil-təslim aktının məzmunundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S nömrəli sərəncamının icrası ilə əlaqədar İddiaçı X9 tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” X6 problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər İddiaçı X5 verilmişdir; “Azərbaycan Beynəlxalq Bankı” X8 Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 11-xx.xx.2014-SM48 nömrəli təminatlı kredit müqaviləsinin məzmunundan görünür ki, bank tərəfindən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 4.500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. xx xxxxxxxx 2014-cü il tarixli memorial orderə əsasən verilmiş kredit üzrə 4% miqdarında komisyon haqqı olan 180 (bir yüz səksən) manat tutulduqdan sonra qalan 4.320 (dörd min üç yüz iyirmi) manat məbləğində pul vəsaiti bank tərəfindən Cavabdeh1 verilmişdir; “Azərbaycan Beynəlxalq Bankı” X8 Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 11-xx.xx.2014-SM48 nömrəli təminatlı kredit müqaviləsinə 1 nömrəli əlavənin məzmunundan görünür ki, Cavabdeh1 36 ay ərzində hər ay 171,90 (bir yüz yetmiş bir manat doxsan qəpik) manat (sonuncu ay 169,76 (bir yüz altmış doqquz manat yetmiş altı qəpik) manat) məbləğində aylıq ödəniş etməyi öz üzərinə götürmüşdür; “Azərbaycan Beynəlxalq Bankı” X8 Abşeron filialı ilə zamin Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 11-xx.xx.2014-SM48 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında xx xxxxxxxx 2014-cü il tarixli 11-xx.xx.2014-SM48 nömrəli təminatlı kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür; “Azərbaycan Beynəlxalq Bankı” X8 Abşeron filialının xx xxxxxxxx 2014-cü il tarixli 11xx.xx.2014-SM48 nömrəli təminatlı kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixli hesabdan çıxarışın məzmunundan görünür ki, Cavabdeh1 tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx xxxx 2017-ci il tarixdə həyata keçirilmişdir; “Azərbaycan Beynəlxalq Bankı” X8 xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxxxxxxx 2014-cü il tarixli 11-xx.xx.2014-SM48 nömrəli təminatlı kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə 2.787,75 (iki min yeddi yüz səksən yeddi manat yetmiş beş qəpik) manat məbləğində əsas borcu vardır; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “X11 Edilməsi Agentliyi” X2 tərəfindən ünvanlanmış xx xxxx 2020-ci il tarixli 2702 nömrəli tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsinə dair bildirişin məzmunundan görünür ki, 10 (on) gün müddətində 2.787,75 (iki min yeddi yüz səksən yeddi manat yetmiş beş qəpik) manat məbləğində borcun banka ödənilməsi tələb olunmuşdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2020ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X15, ev 1, mənzil 10 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2020ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün “X11 Edilməsi Agentliyi” X2 tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı şəxs Cavabdeh1 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx xxxxxxxx 2014-cü il tarixli 11xx.xx.2014-SM48 nömrəli təminatlı kredit müqaviləsinə əsasən iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” X8 Abşeron filialı tərəfindən Cavabdeh1 illik 22% olmaqla 36 ay müddətinə 4.500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli 11-xx.xx.2014-SM48 nömrəli təminatlı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx xxxxxxxx 2014cü il tarixli, 11-xx.xx.2014-SM48 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti kreditorla borclu arasında Bakı şəhərində bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 11-xx.xx.2014-SM48 nömrəli təminatlı kredit müqaviləsinə əsasən verilən kreditin, kredit üzrə hesablanmış faizlərin və kredit üzrə hesablanmış cərimə faizlərinin (dəbbə pulunun) qaytarılmasından ibarətdir. Hazırda Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli 11-xx.xx.2014-SM48 nömrəli təminatlı kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə 2.787,75 (iki min yeddi yüz səksən yeddi manat yetmiş beş qəpik) manat məbləğində borcu vardır. Həmin zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin icrası üçün onunla birgə və eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 2.1-ci bəndinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx xxxxxxxx 2014-cü il tarixli 11-xx.xx.2014-SM48 nömrəli təminatlı kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. “Azərbaycan Beynəlxalq Bankı” X8 Abşeron filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 11-xx.xx.2014-SM48 nömrəli təminatlı kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş xx xxxxxxx 2014-cü il tarixdə, sonuncu ödəniş xx xxxxxxxx 2017-ci il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizləri ən geci xx xxxxxxxx 2017-ci il il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, xx xxxxxxxx 2014-cü il tarixli 11-xx.xx.2014-SM48 nömrəli təminatlı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 və zamin Cavabdeh2 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx xxxxxxxx 2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh2 aid hissədə rədd edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı X9 X14 Təşkilatının hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxxx 2014-cü il tarixli 11-xx.xx.2014-SM48 nömrəli təminatlı kredit müqaviləsi üzrə Cavabdeh1 2.787,75 (iki min yeddi yüz səksən yeddi manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı X9 X14 Təşkilatının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı X9 X14 Təşkilatı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2.787,75 (iki min yeddi yüz səksən yeddi manat yetmiş beş qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı X9 X14 Təşkilatının xeyrinə tutulsun. İddia Cavabdeh2 münasibətdə təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3017/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3017/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver