Məhkəmə qərarları › İş №2(005)-3019/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3019/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3019/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 23 iyul 2019-cu il tarixli BAKİ 2-23516- 1993 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditor "xxxx" BOKT MMC-nin xeyrinə 2209.71 manat əsas borcu, 9,01 manat cari faiz borcu olmaqla, cəmi 2 218.72 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə X3 arasında 23 iyul 2019-cu il tarixli BAKU 2-23516- 1993 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 2368.44 (iki min üç yüz altmış səkkiz) manat məbləğində güzəştli kredit vermişdir. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafıkinə əsasən ilk 12 (on iki) ay ərzində hər ay 2.00 (iki) manat növbəti 48 (qırx səkkiz.) ay ərzində isə hər ay 50.00 (əlli) manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafıkində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəllər arasında bağlanmış Kredit Müqaviləsinin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında "Kredit verən” birtərəfli qay dada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 20 may 2021-ci il tarixi üçün Cavabdeh 23 iyııl 2019-cıı il tarixli BAKİ 2-23516-1993 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə 2 200.71 manat əsas borcu. 9.01 manat cari faiz borcu olmaqla, cəmi 2 218.72 manat borcu mövcuddur. İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 23.07.2019-cu il tarixli BAKU2-23516-1993 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2368,44 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş 23.07.2019-cu il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, 23.07.2019-cu il tarixli BAKU2-23516-1993 nömrəli kredit müqaviləsinə əsasən borclu ilk 12 ay ərzində hər ay 2.00 manat, növbəti 48 ay ərzində hər ay 50,00 manat ödəniş etməli idi. İş materiallarında əlavə olunmuş müvafiq maliyyə arayışından görünür ki, Cavabdeh 20.05.2021-ci il tarixə iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə 2209,71 manat əsas, 9,01 manat faiz və 0,00 manat cərimə borcu olmaqla, cəmi 2218,72 manat borcu vardır. İş materiallarına əlavə olunmuş «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə ünvanladığı 30.03.2021-ci il tarixli bildirişdən müəyyən olur ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 02.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 20.05.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh 30.03.2021-ci il tarixdə xəbərdarlıq göndərilməklə 23.07.2019-cu il tarixli BAKU2-23516-1993 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə qeyd edilən kredit müqaviləsinə xitam verilməklə məhkəmə qaydasında kredit borcunun tam ödənilməsinin tələb ediləcəyi borclunun nəzərinə çatdırılmışdır. Lakin Cavabdeh bu məsələyə müəyyən edilmiş müddət ərzində münasibət bildirməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23.07.2019-cu il tarixli BAKU2-23516-1993 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 2209,71 manat əsas, 9,01 manat faiz borcu olmaqla, cəmi 2218,72 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında baglanan 23.07.2019-cu il tarixli BAKU2-23516-1993 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 2209,71 manat əsas və 9,01 manat faiz borcu olmaqla, cəmi 2.218,72 (iki min iki yüz on səkkiz manat yetmiş iki qəpik) manat və ödənilmiş 30 manat tutularaq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar