Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3020/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X1 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, RBNPU-5591 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 658,36 manat, faiz borcuna görə 12,7 manat, dəbbə borcuna görə 0 manat, cəmi 671,06 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ‘"İddiaçı” ASC-nin Baş ofis ilə cavabdeh - Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, RBNPU- 5291 saylı kredit müqaviləsinə əsasən illik 18 % (on sekkiz) faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 2000 (iki min) manat məbləğində cavabdehə kredit verilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli, RBNPU-5291 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdchlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, RBNPU-5291 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 11-dan gec olmayaraq hər ay 183,36 (bir yüz səksən üç manat 36 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxxxx 2019 cu il tarixli, RBNPU-5291 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 658,36 (altı yüz əlli səkkiz manat 36 qəpik) manat, faiz borcuna görə 12,7 (on iki manat 70 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 671,06 (altı yüz yetmiş bir manat 06 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, RBNPU-5291 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 658,36 (altı yüz əlli səkkiz manat 36 qəpik) manat, faiz borcuna görə 12,7 (on iki manat 70 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 671,06 (altı yüz yetmiş bir manat 06 qəpik) manat, cəmi 671,06 (altı yüzyetmiş bir manat 06 qəpik) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, RBNPU-5291 saylı kredit sazişinə əsasən İddiaçı ASC Cavabdeh ilə müqavilə bağlanmışdır. Bank cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə illik 18 % ödəmək şərtilə 2000 manat məbləğində kredit limiti verilmişdir. İş materiallarında olan "İddiaçı" ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, RB-02/PK 5049 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixə olan borcu 658,36 manat əsas və 12,7 manat faiz, 0 manat cərimə borcu olmaqla, cəmi 671,06 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, bank 3 iş günü müddətində qaytarılması, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materialarında olan ödəniş qrafikindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 183,36 manat, son ay üçün isə 183,74 manat təşkil edir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderindən görünür ki, Cavabdeh 2000 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh 2000 manat məbləğində kredit xətti açmağı, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, RBNPU-5291 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 658,36 manat, faiz borcuna görə 12,7 manat, dəbbə borcuna görə 0 manat, cəmi 671,06 (altı yüz yetmiş bir manat altı qəpik) manat, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, RBNPU-5291 saylı kredit sazişi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixli, RBNPU-5291 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 658,36 manat, faiz borcuna görə 12,7 manat, dəbbə borcuna görə 0 manat, cəmi 671,06 (altı yüz yetmiş bir manat altı qəpik) manat, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3020/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3020/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver