Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3029/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “FİNtrend” BOKT ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli №8-1***-******* kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc 740.49 (yeddi yüz qırx doqquz manat qırx doqquz qəpik) manat, faiz borcu 16.6 (on altı manat altmış qəpik) manat, cərimə borcu 19.96 (on doqquz manat doxsan altı qəpik, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 777.05 (yeddi yüz yetmiş beş manat beş qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “FİNtrend” BOKT arasında 29 dekabr 2019-cu il tarixdə 24 ay müddətinə qaytarılmaq şərti ilə, illik 30 (otuz) faiz dərəcəsi ilə 1254 (bir min iki yüz əlli dörd) manat kredit götürülməsi ilə bağlı Kredit Müqaviləsi bağlanmışdır. “FİNtrend” BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbin güzəşt olunmasına dair 939№-li 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 07 yanvar 2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci ilin mayın 03-dək Cavabdeh banka 29 dekabr 2019-cu il tarixli müqavilə üzrə 740.49 manat əsas borc, faiz borcu 16.6 manat, cərimə borcu 19.96 manat, olmaqla ümumilikdə 777.05 (yeddi yüz yetmiş beş manat beş qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 29.12.2019-cu il tarixli, №8-1***-******* saylı kredit sazişinə və 29.12.2019-cu il tarixli, №8-1***-*******-2 ödəmə tapşırığına əsasən “FİNtrend” BOKT və Cavabdeh arasında müqavilə bağlanmış və Bank cavabdehə illik 30 faiz dərəcəsi ilə, ”PAŞA Bank” ASC-nə malın alınmasına görə ödəniş təyinatı ilə 24 ay müddətinə 1254 manat kredit məbləği verilmişdir. İş materiallarında olan 03.05.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 777.05 (yeddi yüz yetmiş beş manat beş qəpik) manat borcu vardır. İş materiallarında olan 29.12.2019-ci il tarixli, №8-1***-******* saylı kredit sazişinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği ilk 23 ay üçün 70.11 (yetmiş manat on bir qəpik) manat, son ay üçün 70.26 (yetmiş manat iyirmi altı qəpik) manat müəyyən edilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh 5 gün ərzində borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan 10.05.2018-ci il tarixli tələb hüququnun güzəşti barədə müqavilədən görünür ki, “FİNtrend” BOKT-nın Cavabdeh olan tələb hüququ YELO BANK ASC-yə ötürülmüşdür. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh “İddiaçı ASC-yə olan öhdəliyini icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə.o icranı xatırlatma üzrə gecikdirmiş sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh əsas borc 740.49 (yeddi yüz qırx doqquz manat qırx doqquz qəpik) manat, faiz borcu 16.6 (on altı manat altmış qəpik) manat, cərimə borcu 19.96 ( on doqquz manat doxsan altı qəpik), həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 777.05 (yeddi yüz yetmiş beş manat beş qəpik) manat borc İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 29 dekabr 2019-cu il tarixli №8-1***-******* kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc 740.49 (yeddi yüz qırx doqquz manat qırx doqquz qəpik) manat, faiz borcu 16.6 (on altı manat altmış qəpik) manat, cərimə borcu 19.96 ( on doqquz manat doxsan altı qəpik ), həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 777.05 (yeddi yüz yetmiş beş manat beş qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3029/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3029/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver