Məhkəmə qərarları › İş №2(005)-303/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-303/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-303/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə qarşı (açar sözlər: əqdin etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh Bank olmayan Kredit Təşkilatı Azpul MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT AZPUL MMC və İddiaçı arasında bağlanmış “krediti müqaviləsinin etibarsız hesab edilməsinə, X1 kredit reyestri və "xxxx" MMC-nin kredit reyestr sistemində kredit tarixçəsində yanlış olan məlumatları aradan qaldırılmasına, BOKT AZPUL MMC-in qanunsuz bağlanmış müqaviləsi nəticəsində çəkdiyi 200 manat xərcin cavabdeh tərəfindən hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 8 may 2024-cü il tarixində X7 kredit müraciəti edən zaman ona bildirilmişdir ki, Mərkəzləşdirilmiş kredit reyestr sistemində adına 119 gün gecikdirilmə ilə kredit borcu mövcuddur. Daha sonra 9 may 2024-cü il tarixində “Findoc.az” sistemində kredit tarixçəsini araşdıran zaman məlum olmuşdur ki, adına BOKT AZPUL MMC-də xx.xx.2023 tarixindən başlayaraq fasilələrlə kredit götürülmüş və ödənilmişdir. Sonuncu. xx.xx.2023 tarixində 250 manat kredit götürülmüş və ödənilməmişdir. Nəticədə, kreditin ödənilməsində 119 gün gecikmə olmuş və buna görə 275 manat faiz hesablanılmışdır. Bununla bağlı 9 may 2024-cü il tarixində onlayn qaydada BOKT "xxxx" MMC-ə müraciət etdiyi zaman bildirildi ki, kredit onun vasitəsi olmadan götürülə bilməz. Daha sonra 10 may 2024-cü il tarixində əyani qaydada BOKT "xxxx" MMC-in ofisinə müraciət edən zaman məlum oldu ki, krediti götürən əvvəllər otaq yoldaşı olmuş şəxsdir və o onun şəxsiyyət vəsiqəsindən istifadə edərək bu işi həyata keçirmişdir. Nəticədə, BOKT "xxxx" MMC tərəfindən də kreditin əsassız olduğu təsdiq edildi. Daha sonra bununla bağlı məhkəməyə müraciət etdiyi zaman ona bildirilmişdir ki, ilk öncə bununla bağlı polisə müraciət etməlidir. xx.xx.2024-cü il tarixində bu məsələ ilə bağlı Bakı şəhər Nəriman Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinə müraciət etmiş və araşdırmanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixində ona bildirilmişdir ki, işin tərkibində cinayət əməli yoxdur və bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, özü olmadan adına kredit verilmişdir. Bununla bağlı adında gecikmələr yaranmışdır. Bu məsələni araşdırdıqdan sonra kreditin özü tərəfindən götürülmədiyini müəyyən etmişdir. Şəxsiyyət vəsiqəsi ona məxsus olsa da, krediti götürən başqa şəxs olmuşdur. Online kredit rəsmiləşməsi zamanı şəkli əlavə olunan şəxs başqa adamdır, həmçini telefon nömrəsi də ona məxsus deyildir. Kredit borcu gec qaytarıldığı üçün Mərkəzi Kredit Bürosuna məlumat göndərilmişdir, bu səbəbdən ona kredit verilmir. Hazırda məsələ kredit bağlanması deyildir, kredit qaytarılsa belə, adında gecikmə vardır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanılmışdır. "xxxx" MMC-nin kredit verilməsinin xüsusiyyəti ondan ibarətdir ki, şəxs gəlmədən online qaydada Azpulmat tətbiq vasitəsi ilə krediti rəsmiləşdirilir. Müqavilə elektron qaydada bağlanılır. Həmin şəxsin nömrəsi qeyd olunur, nömrəyə unikal kod göndərilir, bundan sonra "xxxx" tətbiqinə daxil olunur, onun şəkili çəkilir, vəsiqə məlumatları əlavə olunur və sonda artıq kredit müqaviləsi rəsmiləşdirilir. Polis İdarəsi tərəfindən Şahid dəvət edilmiş və izahatı alınmışdır. Onun izahatından görünür ki, şəxsiyyət vəsiqəsinin icazəsiz götürülməsi və ya xəbərsiz hər hansı bir hərəkətin aparılması halı mövcud deyildir. Bu iddiaçının adına rəsmiləşdirilən ilk kredit deyildir və bundan əvvəl yeddi dəfə rəsmiləşdirilib, həmin məbləğlər ödənilmişdir. İddiaçı aşağı faizlə kredit götürüb, həmin vaxt məbləği qaytararsa, onun kredit tarixçəsi yenilənəcəkdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, qeyd etdiyi halların mövcudluğuna dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə iddiaçı öz ərizəsində 200 manat məbləğində çəkilən xərcin cəmiyyətdən tutulub ona ödənilməsini xahiş etmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən yalnız 100 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiqləyən qəbz mövcuddur. İddiaçı qalıq 100 manat məbləğində olan xərcin yaranmasını əsaslandıran sübut təqdim etməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər xx.xx.2024-cü il tarixində yerinə yetirilmişdir və bu səbəbdən kredit müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 70 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, **********85 saylı kredit müqaviləsi imzalanmışdır. - xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 20 gün müddətinə kredit məbləği 90 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, **********96 saylı kredit müqaviləsi imzalanmışdır. - xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 110 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, **********41 saylı kredit müqaviləsi imzalanmışdır. - xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 130 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, **********72 saylı kredit müqaviləsi imzalanmışdır. - xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 150 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, **********11 saylı kredit müqaviləsi imzalanmışdır. - xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 150 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, **********05 saylı kredit müqaviləsi imzalanmışdır. - xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 210 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, A**********560794334 saylı kredit müqaviləsi imzalanmışdır. - xx.xx.2023-cü il tarixli elektron imza vasitəsilə imzalanmış müqavilənin bağlanmasına razılıqdan (aksept) görünür ki, sifarişçi/borcalan İddiaçı kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 10 gün müddətinə kredit məbləği 250 manat olmaqla müqavilə bağlamağa razılıq vermiş, A**********560794310 saylı kredit müqaviləsi imzalanmışdır. - Bakı şəhər Nərimanov rayon Polis İdarəsi 17-ci Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı ərizəsinə baxılmış, ərizədə göstərilən xüsusatlarla bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. - Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis baş leytenantı Fərrux Paşazadə tərəfindən verilmiş Nərimanov rayonu, Ə.Əliyev küçəsi İ6 bina 11 mənzil 1064-də yaşayan İddiaçı ərizəsi əsasında arayışla müəyyən olunur ki, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26, bina 11, mənzil 1064-də yaşayan Əliyev X5 RPl-nin 17-ci PŞ-nə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, may ayının 8-i aşkar etmişdir ki, "xxxx" MMC onun adına kredit götürülmüş, adiyyatı yerə müraciət etmiş, tanıdığı şəxs tərəfindən kredit götürülməyə cəhd edilmiş və “Azpulmat MMC"-nin sistemində olan boşluq səbəbindən bu kredit təsdiqlənmişdir. Bununla bağlı “Azpulmat MMC"-ni şikayət etmiş və adına olan 126 gün kredit gecikməsinin silinməsini tələb etmişdir. Hadisə ilə əlaqədar olaraq, Şahid izahatının alınması məqsədi ilə PŞ-nə dəvət olunmuş, İddiaçı ilə birgə yaşadığını, və onun şəxsiyyət vəsiqəsindən istifadə edərək, “Azpulmat MMC"-dən 250 manat kredit götürdüyünü, həmin pulu yenidın qaytardığını, İddiaçı adına kredit borcunun olmadığını bildirmişdir. Vətəndaşa bu barədə rəsmi olaraq məktub vasitəsi ilə məlumat verilmiş, məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir. - Şahid tərəfindən Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisinə ünvanlanmış izahatın surətindən görünür ki, Şahid izahatında bildirmişdir ki, həqiqətən də İddiaçı ilə birgə yaşamışdır. Maddi durumunun zəif olduğu üçün həmin şəxsin adına "xxxx" MMC-dən kredit götürmüşdür. 250 manat pul. İşləyərək götürdüyü 250 manat pulu "xxxx" MMC-yə qaytarmışdır.Hal-hazırda həmin şəxsin adına heç bir kredit yoxdur. İddiaçı danışaraq bu mövzunu səmimi şəkildə yoluna qoymuşlar. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış BKC/LGL-14924/24 saylı məktuba əlavə edilmiş çıxarışla müəyyən olunur ki, ********* GSM nömrə (İMSİ: **********61684) xx.xx.1988-ci il təvəllüdlü X2 məxsusdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında elektron imza vasitəsilə (iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatları ilə) kredit müqavilələri bağlanmışdır. Bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənişlər gecikdirildiyi üçün bununla bağlı məlumat X1 kredit reyestri və "xxxx" MMC-nin kredit reyestr sisteminə ötürülmüşdür. Hazırda İddiaçı qeyd olunan kredit müqaviləsinin onun tərəfindən bağlanmadığını bildirərək, onun etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. -331.3-cü maddəsinə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır və ya iradə ifadəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərar, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərar). Qeyd edilməlidir ki, əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir. Mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında ilə formalaşdırılmış hüquqi mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd bağlanmamışdır, əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərini hazırki tələbin hüquqi əsasına tətbiqi zamanı iddiaçının mübahisə predmeti olan müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddiasının əsaslı olması müəyyən edilir. Belə ki, tərəflər arasında elektron qaydada kredit müqavilələri bağlanmışdır. Bununla belə İddiaçı qeyd olunan müqavilələrin onun tərəfindən deyil, başqa şəxs tərəfindən şəxsiyyət vəsiqəsi məlumatlarından istifadə edilməklə bağlandığını iddia edir. Bununla bağlı İddiaçı adına onun məlumatı olmadan kredit götürüldüyünü bildirərək, ərizə ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nə müraciət etmişdir. Nəticə olaraq Bakı şəhər Nərimanov rayon Polis İdarəsi 17-ci Polis şöbəsi tərəfindən İddiaçı ərizəsində göstərilən xüsusatlarla bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Məhkəmə qeyd edir ki, mübahisənin predmetini tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir və buna görə də əqdin etibarlı olması üçün şərtlərin mövcud olmamasına diqqət yetirilməlidir. Hazırkı tələb üzrə qeyd olunan şərtlərdən biri - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərt iddiaçı tərəfindən mübahisələndirilir və mübahisənin də əsasını o, təşkil edir ki, kredit müqaviləsi iddiaçı tərəfindən imzalanmamışdır, yəni, əqdin bağlanmasında onun iradə ifadəsi mövcud deyildir. Məhkəmə araşdırması zamanı, İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən halların araşdırılması məqsədilə, Şahid məhkəmə iclasına şahid qismində dəvət olunmuş (onun iştirakı üçün məhkəmə iclasları təxirə salınmışdır), lakin Şahid məhkəmə iclaslarında iştirak etməmişdir. Bununla belə məhkəmə sorğusuna əsasən İddiaçı ərizəsi əsasında toplanmış materiallar, habelə Şahid tərəfindən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə verilmiş izahat (onun təsdiq olunmuş surəti) Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Məktuba əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Şahid izahatının alınması məqsədi ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə dəvət olunmuş və onun izahatı alınmışdır. Şahid izahatında bildirmişdir ki, həqiqətən də İddiaçı ilə birgə yaşamışdır. Maddi durumunun zəif olduğu üçün həmin şəxsin adına "xxxx" MMC-dən kredit götürmüşdür. İşləyərək götürdüyü 250 manat pulu "xxxx" MMC-yə qaytarmışdır. Həmçinin məhkəmə araşdırması zamanı mübahisələndirilən kredit müqaviləsində qeyd olunan (mülki iş v. 37) əlaqə nömrəsinin (9********) iddiaçıya aid olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu ünvanlanmışdır. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış BKC/LGL-14924/24 saylı məktuba əlavə edilmiş çıxarışla müəyyən olunmuşdur ki, ********* GSM nömrə iddiaçıya deyil, X2 məxsusdur. Digər tərəfdən cavabdeh BOKT "xxxx" MMC tərəfindən (mülki iş v. 67) məhkəməyə təqdim edilmiş məlumatla - "xxxx" mobil tətbiqinin daxili sistemindən çıxarılmış fotoşəkillərlə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin imzalanması zamanı "xxxx" mobil tətbiqi vasitəsilə vətəndaş ilə birbaşa ünsiyyət qurmadan aparılan əməliyyatlar çərçivəsində vətəndaşın kimliyinin yoxlanılması üçün tədbirlər görülmüşdür. Belə ki, kredit müqaviləsi bağlanarkən vətəndaşın şəxsiyyət vəsiqəsinin ön və arxa tərəfindən çəkilmiş fotoşəkillər tətbiqə yerləşdirilmişdir. Eyni zamanda tətbiq vasitəsi ilə real vaxt rejimində şəxsin öz fotoşəklinin çəkilməsi xahiş edilmiş və tətbiqə yerləşdirilmişdir. Təqdim edilmiş şəxsiyyət vəsiqəsindəki fotoşəkil və çəkilmiş fotoşəkil arasında müqayisə aparılarkən qeyd olunan şəxslərin eyni şəxs olmadığı açıq-aşkar görünür. Məhkəmə qeyd edir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin bağlanması zamanı İddiaçı həqiqi iradə ifadəsi olmamış, iddiaçı qeyd olunan kredit müqaviləsini bağlamaq niyyətində olmamış, müqavilə predmeti olan pul məbləği onun mülkiyyətinə keçməmişdir. Bununla belə, onun iradəsinə zidd olaraq elektron qaydada cavabdeh ilə kredit müqaviləsi imzalanmışdır. Müqavilə bağlanarkən şəxsin iradə ifadəsinin olması isə əqdin – müqavilənin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərdən biridir. Onun olmaması isə müqavilənin etibarsızlığına dəlalət edir. Məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Belə olan halda məhkəmə yuxarıda qeyd edilənlərə, Mülki Məcəllənin 337.3-cü maddəsinə və Konstitusiya Məhkəməsinin müvafiq hüquqi mövqeyinə əsasən hesab edir ki, mübahisə predmeti olan kredit müqaviləsi bağlandığı andan özü-özlüyündə etibarsızdır. İddiaçı qeyd olunan müqaviləni bağlamaqda iradə ifadəsi olmadığı üçün onun etibarsız hesab olunması barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin “çəkdiyi 200 manat xərcin cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi “müqavilənin etibarsız hesab edilməsi” hissədə təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən hazırki mülki işlə bağlı dövlət rüsumundan başqa digər xərclərin çəkilməsinə dair sübutlar (qəbz və s.) iş materiallarına əlavə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli, məhkəmə xərci - ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, BOKT AZPUL MMC və İddiaçı arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli A**********560794310 saylı kredit müqaviləsi etibarsız hesab edilməli, bununla bağlı X1 kredit reyestri və "xxxx" MMC-nin kredit reyestr sistemində kredit tarixçəsində İddiaçı dair məlumatlar aradan qaldırılmalı, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat cavabdeh Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 124, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. BOKT "xxxx" MMC və İddiaçı arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli A**********560794310 saylı kredit müqaviləsi etibarsız hesab edilsin və bununla bağlı X1 kredit reyestri və "xxxx" MMC-nin kredit reyestr sistemində kredit tarixçəsində İddiaçı dair daxil edilmiş məlumatlar aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat cavabdeh Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar