Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3030/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdeh "Cavabdeh" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə,” İddiaçı cavabdeh “Cavabdeh" ASC-yə qarşı “əsassız silinmiş pul və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən onun adına hesablanmış və bank tərəfindən silinmiş 600 manat pulun alınaraq ona qaytarılması və 240 manat iddiaçının adına hesablanmış borcun silinməsi və dövlət rüsumu kimi köçürdüyü 30 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci ildə Sumqayıt şəhərində yerləşən DNS kompüter diller mərkəzində müqavilə bağlayaraq ACER markalı noutbuk almış və bununla əlaqədar olaraq Cavabdeh ASC ilə kredit müqaviləsi bağlamışdır.Lakin həmin noutbuk işləmədiyi üçün o qarantiya müddətində həmin kompüter şirkətə geri qaytarmışdır.Lakin buna baxmayaraq iddiaçı həmin kompyuterə görə banka aylıq ödənişləri vaxtında etmiş və xx.xx.2012-ci ildən ödənişləri dayandırmışdır. Banka ödəmiş olduğu pulları həmin şirkətdən geri tələb etdikdə pullar ona qaytarılmamış və o bundan sonra məhkəməyə müraciət etmişdir.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən onun iddia tələbi qismən təmin edilməklə, 1448,26 manat əsas borcun və 400 manat mənəvi ziyana görə təzminatın xxxxxxxxxxxxx MMC-dən onun nəfınə tutulması qət edilmiş və həmin qətnamə AR Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.Qətnamə icra olunmuş və iddiaçı həmin vəsaiti almışdır. Lakin onunla bank arasında bağlanmış 2 illik müqavilə müddəti xx.xx.2013-cü ildə başa çatmış,müqavilə üzrə almadığı və geri qaytardığı kompüterə görə cavabdeh bank ona borc və faiz hesablamaqda davam etmiş, müqavilə müddəti başa çatdıqdan sonra 3 il ərzində borcu ondan və ya DNS kompüter MMC-dən tələb etməmiş, yalnız iddia müddəti keçdikdən 6 il sonra,yəni 2019-cu ilin aprel ayında iddiaçının Finca bankdan xarici valyutada götürmüş olduğu kreditə görə ona 600 manat kompensasiya hesablandıqdan sonra həmin kompensasiyanı iddiaçının razılığı olmadan bu kompyuterə görə silmiş,hələ bu azmış kimi onun banka guya 240 manat da borclu qaldığını bildirmişdir. Bundan başqa bank bu illər ərzində hesablamalar aparmaqla ona 840 manat borchesablamış və 600 manat kompensasiya pulunu da razılığı olmadan silmişdir. Bundan başqa cavabdeh bu tip mübahisələr üzrə 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və iddiaya etiraz edərək məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır, belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-2512/2014 saylı və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)-1754/2014 saylı qətnamələrinə əsasən X5 "Cavabdeh" ASC-yə xx.xx.2011ci il tarixli kredit müqaviləsi üzrə 842.49 manat əsas, 148.76 manat faiz, 10 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumu ümumilikdə 1031.25 manat borcu olduğu müəyyən edilmişdir. Həmin işdə apelyasiya şikayətini Reyhan Yusifova vermişdir. Qətnamələr qanuni qüvvəsini almışdır. X8 məhkəmə mübahisələri bitdikdən sonra banka olan borcundan 100 manat ödəniş etməklə borcunu faktiki etiraf etmişdir. Bank, iddiaçının ərizəsində qeyd etdiyi kimi yəni müqavilənin icra müddəti başa çatdıqdan 6 il sonra deyil, əksinə, tam vaxtında X3 borcunu ödəməyi tələb etmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, AR Prezidentinin "Fiziki şəxslərə aid problemli kreditlərin həlli üçün əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanına əsasən X6 çatası 600 manat kompensasiya məbləği “Cavabdeh" ASC-yə ödəməli olduğu kredit borcun əvəzi olaraq X10 Palatası (hal-hazırda səlahiyyətlərini icra edən Mərkəzi Bank) tərəfindən borcun ödənilməsi üçün "Cavabdeh" ASC-yə yönəldilmişdir. X5 "Cavabdeh" ASC-yə borcu hələ ödənilmədiyi üçün Fərmanın tələblərinə əsasən vətəndaşa çatası kompensaşfya məbləği ilk növbədə yerinə yetirilməmiş öhdəliklərin icra edilməsinə yönləndirilir. Əgər artıq məbləğ qalarsa həmin qalıq məbləğ vətəndaşa qaytarılır. Qətnamələrdən göründüyü kimi X5 banka ümumilikdə 1031.25 manat borcu olmuş, bundan sonra 100 manat ödəniş etmiş, kompensasiyanın ödənilməsindən sonra və hal- hazırda da 331.25 manat borcu qalmışdır. Göstərilənləri nəzərə alınaraq, X5 banka qarşı “borcun silinməsi və pul” tələbi iddiası əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(010)-3697/2013 nömrəli xx.xx.2013-cü il tarixli Qətnaməsinin surətinə əsasən iddiaçı X8 cavabdehlər Cavabdeh ASC və “xxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi, istehlak kreditinə əsasən banka ödəniiən pul məbləğinin qaytarılması, zərərin əvəzi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilərək, xxxxxxxxxxxxx MMC-dən vurulmuş maddi ziyana görə 1448,26 (bir min dörd yüz qırx səkkiz manat, iyirmi altı qəpik) manat və mənəvi ziyan 400 (dörd yüz) manat tutularaq X6 ödənilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3262/2014 nömrəli, xx.xx.2014-cü il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdeh “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2512/2014 nömrəli, xx.xx.2014-cü il tarixli Qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC cavabdehlər Camalova (Yusifova) Reyhan Əlisoltan qızı və X2 qarşı “kreditin, ona hesablanmış faizlərin və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, qətnamə idə iddia qismən təmin edilərək, Camalova (Yusifova) Reyhan Əlisoltan qızı və X1 Cavabdeh ASCnin xeyrinə 842,49 manat məbləğində əsas borc, 148,76 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir; Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1754/2014 nömrəli, xx.xx.2014-cü il tarixli Qətnaməsinin surətindən görünür ki, cavabdehlər Camalova (Yusifova) Reyhan Əlisoltan qızı və X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-2512/2014 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1966cı il tarixdə doğulmuşdur; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı oğlu tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə xxxxxxxxxxxxx MMC-dən vurulmuş maddi ziyana görə 1448,26 (bir min dörd yüz qırx səkkiz manat, iyirmi altı qəpik) manat və mənəvi ziyan 400 (dörd yüz) manat tutularaq X6 ödənilməsi qət edilib, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qətnaməsin ilə n dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2512/2014 nömrəli, xx.xx.2014-cü il tarixli Qətnaməsi ilə Camalova (Yusifova) Reyhan Əlisoltan qızı və X1 Cavabdeh ASC-nin xeyrinə 842,49 manat məbləğində əsas borc, 148,76 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1754/2014 nömrəli, xx.xx.2014-cü il tarixli Qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamələr qanuni qüvvəyə minmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1754/2014 nömrəli, xx.xx.2014-cü il tarixli Qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən və xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən olunan borc həmin qətnamə ilə tutulmuş və bankın xeyrinə 842,49 manat məbləğində əsas borc, 148,76 manat məbləğində faiz borcu olması qət edilmişdir. Başqa sözlə həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən borcun əsaslı olub-olmamasına hüquqi qiymət verilmişdir. Bu səbəbdən iddia rədd edilməlidir. Məhkəmə «bank tərəfindən silinmiş 600 manat pulun alınaraq ona qaytarılması» tələbinə münasibətdə qeyd edir ki, AR Prezidentinin "Fiziki şəxslərə aid problemli kreditlərin həlli üçün əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanına əsasən X6 çatası 600 manat kompensasiya məbləği “Cavabdeh" ASC-yə ödəməli olduğu kredit borcun əvəzi olaraq X10 Palatası (hal-hazırda səlahiyyətlərini icra edən Mərkəzi Bank) tərəfindən borcun ödənilməsi üçün "Cavabdeh" ASC-yə yönəldildiyindən iddiaçının tələbi əsassızdır, təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh" ASC-yə qarşı “əsassız silinmiş pul və borcun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh" ASC-yə qarşı “əsassız silinmiş pul və borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3030/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3030/2020
21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver