Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3030/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Layiq oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Layiq oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Layiq oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 9975,28 manat əsas borc, 2403,78 manat faiz borcu və 155,39 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.534,45 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh1 18 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 10.000 manat kredit götürmüşdür. 18 may 2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 18 aprel 2022-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq Cavabdeh2 Layiq oğlu ilə 18 fevral 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il mayın 05-dək Cavabdeh1 banka 18 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə 9975,28 manat əsas borc, 2403,78 manat faiz borcu və 155,39 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.534,45 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 18 fevral 2020-ci il tarixli 22-MZ-3-0-90-20 saylı kredit müqaviləsindən görünür ki, borcluya illik 25 faizlə 24 ay müddətinə 10000 manat kredit verilmişdir. İş materiallarında olan 18 may 2020-ci il tarixli Əlavə Sazişdən müəyyən olunur ki, kreditin müddəti 18 aprel 2022-ci il tarixədək müəyyən edilmişdir. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. İş materiallarında olan 18.02.2020-ci il tarixli məxaric qəbzindən, ********** və ********** nömrəli ödəmə tapşırıqlarından müəyyən olunur ki, Cavabdeh1 iddiaçıdan müvafiq olaraq 2296 manat, 2533 manat və 5147 manat borc götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin 05.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 18 fevral 2020-ci il tarixli 22-MZ-3-0-90-20 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nə 9975,28 manat əsas borc, 2403,78 manat faiz borcu və 155,39 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.534,45 manat borcu vardır. İş materiallarında olan 18 fevral 2020-ci il tarixli 22-MZ-3-0-90-20 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 Layiq oğlu 18 fevral 2020-ci il tarixli 22- MZ-3-0-90-20 saylı kredit müqaviləsi üzrə borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mulki Məcəllənin 445.3-cü maddəsinə əsasin Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Eyni zamanda Cavabdeh2 Layiq oğlu zamin qismində Cavabdeh1 öhdəliklərini vaxtında və lazımınca icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən bank qarşısında məsuliyyət daşıyır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 18 fevral 2020-ci il tarixli 22-MZ-3-0-90-20 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Layiq oğlundan müştərək qaydada 9975,28 manat əsas borc, 2403,78 manat faiz borcu və 155,39 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.534,45 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Layiq oğlundan müştərək qaydada 9975,28 manat əsas borc, 2403,78 manat faiz borcu və 155,39 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12.534,45 (on iki min beş yüz otuz dörd manat qırx beş qəpik) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3030/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3030/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver