Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3032/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ndan və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 16 avqust 2019-cü il tarixli kredit müqaviləsi üzrə 5585.46 manat əsas borc, 837.85 manat faiz borcu və 53.7 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6477.01 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 avqust 2019cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 16 avqust 2019-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 7000 manat kredit götürmüşdür. 25.08.2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 25.02.2022 tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 16 avqust 2019-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin boıclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03 may 20212-dək Cavabdeh1 Sahih qızı nuıı banka 16 avqust 2019-cü il tarixli kredit müqaviləsi üzrə 5585.46 manat əsas borc. Ş37.85 manat faiz borcu və 53.7 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6477.01 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçı «Yelo Bank” ASC-nin nümayəndəsi X3 qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, hazırda maddi vəziyyətinin ağır olduğunu, pandemiya ilə əlaqədar işlərinin dayandığını, lakin borcu ödəməkdən boyun qaçırmadığını bildirərək, qərar qəbul edərkən onun maddi vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.08.2019-cu il tarixli 20-MZ1-1-0-566-19 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25% hesablanmaqla 24 ay müddətə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 20-MZ1-1- 0-566-19 saylı 16.08.2019-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin 20-MZ1- 1-0-566-19 saylı 16.08.2019-cu il tarixli kredit müqaviləsi əsasən bankdan kredit götürmüş Borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zamin öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 20-MZ1-1-0-566-19 saylı Kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 7000 aylıq 437,50 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 20-MZ1-1-0-566-19 saylı 16.08.2019-cu il tarixli Kredit müqaviləsinə 1 saylı Əlavə Sazişdən görünür ki, Müqavilənin 2.4. 2.4.1, 2.4.2 və 2.4.3.-cu yarımbəndlərl ləğv edilir. Muqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmış əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 5587.06( beş min beş yüz səksən yeddi 06 )AZN təşkil edir. Müqavilə üzrə kreditin müddəti 22.11.2021 tarixədək uzadılır.Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25( iyirmi beş ) % təşkil edir. Müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçun güzəşt müddəti 3 (üç) ay təşkil edir. İş materiallarında olan 20-MZ1-1-0-566-19 saylı 16.08.2019-cu il tarixli Zaminlik müqaviləsinə 1 saylı Əlavə Sazişdən görünür ki, Bu Saziş qüvvəyə mindiyi tarixdən Müqavilənin bağlı olduğu 20-MZ1-1-0-566-19 saylı 16,08.2019 tarixli Kredit müqaviləsi(bundan sonra-Kredit müqaviləsi) uzrə Müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdırilmışəsas borc, faiz borcu, ecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 5587.06( beş min beş yüz səksən yeddi 06 )AZN təşkil edir. Müqavilə üzrə kreditin müddəti 22.11.2021 tarixədək uzadılır. Kreditin illik faiz dərəcəsi 25( iyirmi beş ) % təşkil edir.Kredit üzrə əsas borc məbləğinin ödənilməsi uçun güzəşt müddəti 3 (üç ) ay təşkil edir. İş materiallarında olan 20-MZ1-1-0-566-19 saylı Kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 5587,06 manat krediti aylıq 437,53 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 20-MZ1-1-0-566-19 saylı 16.08.2019-cu il tarixli Kredit müqaviləsinə 28.08.2020-ci il tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, Müqavilə uzrə kreditin müddəti 25.02.2022 tarixədək uzadılır. Müqavilə uzrə əsas borc məbləğinin ödənilməsi ucun güzəşt müddəti 3 (uç ) ay təşkil edir. İş materiallarında olan 20-MZ1-1-0-566-19 saylı 16.08.2019-cu il tarixli Zaminlik müqaviləsinə 28.08.2020-ci il tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, Bu Saziş qüvvəyə mindiyi tarixdən Müqavilənin bağlı olduğu 20-MZ1-1-0-566-19 saylı. 2019-08-16 00:00:00.0 tarixli Kredit müqaviləsi (bundan sonra - Kredit müqaviləsi) üzrə:Müqavilə üzrə kreditin müddəti 25.02.2022 tarixədək uzadılır. Kredit üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 (uç ) ay təşkil edir. İş materiallarında olan 20-MZ1-1-0-566-19 saylı Kredit müqaviləsinə 25.08.2020-ci il tarixli 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 5585,46 manat krediti aylıq 437,41 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 23.04.2021-cu il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış Xəbərdarlıq məktubunun surətindən görünür ki, borcunun tam olaraq 5 iş günü müddətinə ödəməyi əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 20-MZ1-1-0-566-19 saylı 16.08.2019-cu il tarixli müqavilə üzrə 03.05.2021-ci il tarixə 5585,46 manat əsas borc, 837,85 manat faiz borcu, 53,7 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 0 manat, cəmi 6477,01 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş iddia üzrə Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas və faiz borcu, dəbbə pulu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması və faiz borcunun tutulması hissəsində tam əsaslıdır, belə ki cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, iş materiallarında olan, hesabdan çıxarışa, maliyyə arayışına və əsasən, cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 5585,46 manat məbləğində əsas, 837,85 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə 53,7 manat məbləğində cərimə borcu yaranmış borc məbləğinə mütənasib olduğundan həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki iş üzrə sübutları araşdıraraq yekun olaraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışından da görünür ki, cavabdehin 5585,46 manat əsas borc, 837,85 manat faiz borcu və 53,7 manat cərimə borcu olmaqla, ümumilikdə 6477,01 manat borc təşkil edir və cavabdehlər 25.02.2022-ci il tarixdə müddəti bitəcək müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən də məhz tələb olunan məbləğ müştərək qaydada tutulmalıdır. Beləliklə məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalı, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 avqust 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən iddiaçının xeyrinə əsas borc üzrə 5585,46 manat əsas borc, 837,85 manat faiz borcu, 53,7 manat cərimə cəmi 6477,01 manat borc tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 avqust 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 16 avqust 2019-cu il tarixli müqavilə üzrə 5585,46 manat əsas borc, 837,85 manat faiz borcu, 53,7 manat cərimə cəmi 6477,01 manat və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3032/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3032/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver