Məhkəmə qərarları › İş №2(005)-3037/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3037/2022

08.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3037/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən çıxarılma, kirayə pulu” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzildə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar iddia ərizəsinə dəqiqləşdirmə edərək bildirmişdir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzildə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuş, İddiaçı2 gəlin kimi ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. İddiaçılardan İddiaçı1 2014-cü ildən ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış, həmin mənzili təmir etdirmişdir. Məlumat üçün bildirilir ki, mərhum Nağıyev Emil (iddiaçının qardaşı) İddiaçı1 məxsus evi sataraq, satdığı mənzilin əvəzinə ona 2014-cü ildə hal-hazırki mənzili qeyri-rəsmi formada bağışlamışdır. ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı1 mərhum qardaşı X11 mərhum xalasından bağışlanma yolu ilə rəsmiləşdirilmiş daha sonra isə həmin ev Nağıyev Emil rəhmətə getdikdən sonra onun vərəsələrinə vərəsəlik yolu ilə keçmişdir. Bildirilir ki, 2014-cü ildən onlar mübahisələndirilən mənzildə hal-hazıra qədər yaşayırlar. Bununla bağlı həmin mənzilin yerləşdiyi binada yaşayan qonşuları akt tərtib edərək bu faktı notarial qaydada təsdiqləmişlər. Hal-hazırda iddiaçılar keçmiş mükiyyətçinin izni və razılığı əsasında həmin mənzildən bu günə qədər istifadə etmiş, təmir etmiş və müvafiq kommunal ödənişləri etmişlər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən çıxarılma tələbi”-nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlərin onlara məxsus əşyalarla birlikdə Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3, m.56 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə cavabdehlərin onlara məxsus əşyalarla birlikdə ünvan 2 ünvanda yerləşən mənzildən çıxarılmaları və qeyd olunan mənzildə yaşadıqları müddət ərzində 33600 manat (otuz üç min altı yüz) kirayə ödənişinin mənzilin mülkiyyətçisi Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia ərizəsində cavabdehlər ünvan 2 ünvanda yerləşən mənzildə 2014-cü ildən yaşadıqlarını və Nağıyev Emil (Cavabdehin qardaşı) guya İddiaçı1 evini sataraq, hazırki mənzili onun adına qeyri-rəsmi formada bağışladığını qeyd etmişdir. Bundan sonra isə cavabdehlər həmin mənzili mərhum xalaları tərəfindən qardaşı Nağıyev Emilə bağışladığını, daha sonra isə qeyd olunan mənzil Cavabdeh1 vərəsəlik qaydasında keçdiyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi qarşılıq iddia üzrə cavabdehlər onun mülkiyyətində olan müvafiq mənzili, əvvəl mərhum qardaşı tərəfindən satılaraq, onun əvəzində alındığını və ona qeyri-rəsmi bağışlandığını, bundan sonra isə əvvəl vermiş olduqları ifadələrə zidd olaraq həmin mənzili xalaları tərəfindən onun mərhum yoldaşına bağışlandığını bildirmişlər. Bildirir ki, ünvan 2 ünvanda yerləşən mənzil həqiqətən də, mərhum həyat yoldaşına xalası tərəfindən bağışlanmış və miras payı kimi vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. ünvan 2 ünvanda yerləşən mənzil cavabdehlərə müvəqqəti istifadə üçün verilmişdir. Qarşılıqlı iddia ərizəsinə edilmiş əlavəyə əsasən qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən mənzil Cavabdeh1 mülkiyyətindədir. Belə olduğu halda Cavabdeh1 ilkin iddia üzrə iddiaçılar , qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanda yerləşən mənzildə xx.xx.2014-cü ildən 2022-ci il tarixədək, yaşadıqları üçün kirayə pulunu tələb etmək hüququ vardır. Orta aylıq kirayə dəyərinin müəyyən olunması üzrə qiymətləndirilməsi üçün "xxxx" MMC-nə müraciət edilmişdir. "xxxx" MMC-i ünvan 2 ünvanda yerləşən mənzil orta aylıq kirayə dəyərinin müəyyən olunması üzrə qiymətləndirməni müvafiq daşınmaz əmlakın haqqında Hesabata əsasən 350,0 (üç yüz əlli) manat müəyyən edilmişdir. Belə olduğu halda, ilkin iddia üzrə iddiaçılar xx.xx.2014-cü il tarixdən 2022-ci ilin 19 dekabrına qədər ünvan 2 ünvanda yerləşən mənzildə yaşadıqları 96 ay üçün evin mülkiyyətçisinə (96 ay x 350 = 33.600 m) 33.600 manat ödəniş etməlidir. Qeyd olunanlara əsasən iş üzrə cavabdehlərin onlara məxsus əşyalarla birlikdə ünvan 2 ünvanda yerləşən mənzildən çıxarılmaları qeyd olunan mənzildə yaşadıqları müddət ərzində 33.600 manat kirayə ödənişinin mənzilin mülkiyyətçisi Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Vəkil1 ilkin iddia ərizəsini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ilk iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri 1 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı, 154917 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı1 ilə X13 arasında nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 1659 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Nağıyeva soyadı verilmişdir; Bakı Şəhəri 2 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 017047 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X23 xx.xx.2017-ci il tarixdə dünyaya gəlmişdir. Atası İddiaçı1, anası İddiaçı2dır. Bakı Şəhəri 2 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 614209 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X19 xx.xx.2021-ci il tarixdə dünyaya gəlmişdir. Atası İddiaçı1, anası İddiaçı2dır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində istifadədə olan 0.1176 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 10 mərtəbəli binada yerləşən 41.3 kv.m ümumi sahəsi olan 1 otaqlı 56 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 144 nömrəli reyestr kitabının 13933 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3 ünvanında yaşayan X14 , X6 və X20 tərəfindən imzalanmış ərizədən görünür ki, İddiaçı1 ünvan 2 ünvanda yerləşən mənzildə qeydiyyatsız yaşayır. MKTB-nin 115 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı1 həyat yoldaşı, İddiaçı2, oğlu, Nağıyev Nihad Nail oğlu , oğlu X10 ibarət tərkibdə ünvan 2 ünvanda yerləşən mənzildə yaşayırlar. **********324 saylı ərizəyə əsasən mərhum X9 həyat yoldaşı, Cavabdeh1 ünvan 2 ünvanda yerləşən mənzil və avtomobillərdən ibarət mirası qəbul etmişdir. **********325 saylı ərizəyə əsasən mərhum X9 övladı, Cavabdeh2 ünvan 2 ünvanda yerləşən mənzil və avtomobillərdən ibarət mirası qəbul etmişdir. **********326 saylı ərizəyə əsasən mərhum X9 övladı Cavabdeh3 ünvan 2 ünvanda yerləşən mənzil və avtomobillərdən ibarət mirası qəbul etmişdir. **********609 saylı ərizəyə əsasən mərhum X9 anası X15 öz payına düşən mirası gəlini Cavabdeh1 xeyrinə imtina etmişdir. **********610 saylı ərizəyə əsasən mərhum X9 atası X3 öz payına düşən mirası gəlini Cavabdeh1 xeyrinə imtina etmişdir. **********611 saylı ərizəyə əsasən mərhum X9 övladı X21 öz payına düşən mirası anası Cavabdeh1 xeyrinə imtina etmişdir. AZ-İ seriyalı, 018035 saylı doğum haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 xx xxxx 2003cü il tarixdə anadan olmuşdur. X4 anası Cavabdeh1dır. AZ-İİ seriyalı 363322 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh3 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. X4 anası Cavabdeh1dır. xx.xx.1998-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 22 iyul 1998ci il tarixdə anadan olmuşdur. X4 anası Cavabdeh1dır. Bakı Nikah Evi tərəfində verilmiş AZ-İ seriyalı 596458 saylı nikah haqqında şəhadətnaməyə X18 ilə Cavabdeh1 arasında 26 sentyabr 1997-ci il tarixdə nikah bağlanmışdır. Bakı Şəhəri 3 saylı Bakı Asan Xidməti Mərkəzinin verdiyi, AZ-İİ seriyalı 046633 saylı 14 oktyabr 2019-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X18 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 2245/2022 saylı Qərarından görünur ki, iddiaçılar X1 və X8 cavabdehlər Cavabdeh1 və X16, 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat ofisinə, maraqlı şəxs Yasamal rayon Qəyyumluq və Himayəçilik Komissiyasına və üçüncü şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə ə Yasamal Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(004)-673/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 3 saylı Bakı şəhəri Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 41.3 kv.m olan 1 otaqlı 56 saylı mənzilə X7 4/6 hissədə, ban nömrəsi WFOLXXGBVLXC64324, mühərrik nömrəsi və buraxılış ili 1999 olan “Ford Transit” yük markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh1 4/6 hissədə, ban nömrəsi SJNFBAJ10Z2916993, mühərrik nömrəsi 27386İW və buraxılış ili 2013 olan Nissan Qashqai minik markalı **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh1 4/6 hissədə, buraxılış ili 2001 olan “Mercedes Benz – Vito 110 CDİ” yük markalı **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh1 4/6 hissədə paylarının müəyyən edilməsinə dair 2V/266, 2V267, 2V268 və 2V269 saylı xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin qismən etibarsız hesab edilməsi və həmin vərəsəlik hüququ əsasında şəhadətnamələr əsasında verilmiş **********92-05101-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il tarixli çıxarışın, Nissan Qashqai minik markalı avtomobilə məxsus AC972433 nömrəli, Mercedes Benz – Vito 110 CDİ” yük markalı avtomobilə məxsus AC972431 nömrəli şəhadətnamələrin qismən ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3, ünvanda yerləşən ümumi sahəsi 41.3 kv.m olan 1 otaqlı 56 saylı mənzilə Cavabdeh1 3/6 hissədə və X1 1/6 hissədə, ban nömrəsi WFOLXXGBVLXC64324, mühərrik nömrəsi və buraxılış ili 1999 olan “Ford Transit” yük markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh1 3/6 hissədə və X1 1/6 hissədə , ban nömrəsi SJNFBAJ10Z2916993, mühərrik nömrəsi 27386İW və buraxılış ili 2013 olan Nissan Qashqai minik markalı **-HX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh1 3/6 hissədə X1 1/6 hissədə, buraxılış ili 2001 olan “Mercedes Benz – Vito 110 CDİ” yük markalı **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh1 3/6 hissədə X1 1/6 hissədə paylarının müəyyən edilməsi və həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli,2(103)-10204/2021 saylı qətnaməsi ilə iddiaçı X8 apelyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissəsində, yəni miras əmlaklara dair verilmiş qanun üzrə vərəsəlik hüququ hüququ haqqında şəhadətnamələrin qismən etibarsız hesab edilməsi, həmin vərəsəlik şəhadətnamələri əsasında miras mənzilə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və avtomobillərə dair verilmiş şəhadətnamələrin qismən ləğv olunması, miras əmlaklarda iddiaçı X1 1/6 hissədə payının müəyyən edilməsi və ona həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də rədd olunması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azrbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 2245/2022 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10204/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində pul ödəmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün Cavabdeh1 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında müəyyən edilmişdir ki, ilkin iddia tələbi üzrə, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzildə istifadə hüququnun tanınması, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən çıxarılma və kirayə haqqı tələbi”-nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlərin onlara məxsus əşyalarla birlikdə Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3, m.56 ünvanında yerləşən mənzildən çıxarılmaları, mənzildə yaşadıqları müddət ərzində 33600 manat (otuz üç min altı yüz) kirayə ödənişinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzildə 2014-cü ildən yaşayır və hazırda da həmin mənzildə yaşamaqdadırlar. Digər tərəfdən, işin faktiki hallarından göründüyü kimi ünvan 3 ünvanında yerləşən mənzil X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, şəxsin vəfatından sonra həmin əmlak Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə vərəsəlik qaydasında keçmiş, hazırda həmin şəxslərin paylı mülkiyyətindədir. Məhkəmə ilk iddia tələbinin dəlillərini əsaslı hesab etmir, belə ki, ilk öncə İddiaçı1 və İddiaçı2 mübahisəli mənzilə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Bu hüquq mövcud olmadığı halda ilk iddiaçıların tələbinin təmin olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Həmin tarixli qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yuxarıda istinad edilən maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü” prizmasından yanaşılır. Eyni yanaşma qismən Mülki Məcəllənin 228.1-ci maddəsində də müşahidə olunur. Belə ki, bu maddədə "ailə üzvləri" məfhumu ilə yanaşı "digər şəxslər" məfhumu da təsbit edilmişdir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Bununla belə, ilk iddiaçılar İddiaçı1 və Nağıyeva X5 Lalə Sabir qızına münasibətdə “ailə üzvü” deyil, “digər ailə üzvü” statusuna malik olan şəxsdir. Bu baxımdan da ilk iddiaçılar Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinə uyğun olaraq “digər ailə üzvü” kateqoriyasına aid edilməli və bu səbəbdən onun həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla mülkiyyətçilər arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə İddiaçı1 və İddiaçı2 ünvan 3 ünvanında istifadə hüququ yaranmamışdır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 və İddiaçı2 tələbində istinad etdiyi halı, yəni cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, ilk iddia rədd olunmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbini qismən əsaslı hesab edir, belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3, 56 saylı mənzil Cavabdeh1 4/6 hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, həmin əmlakı onun mülikyyətinə vərəsəlik yolu ilə keçmişdir. Qeyd ediləməlidir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, qarşılıqlı iddiaçı mübahisəli evdən istifadə etmək hüququnu reallaşdırmaq baxımından ilk iddiaçıların çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Ona görə ki, qeyd edilən ev iddiaçının mülkiyyətində olduğundan həmin cehiz əşyalarının həmin evdə qalması onun mülki qanunvericiliklə qorunan mülkiyyət hüququnu pozur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.6-sı maddəsinə görə, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Göründüyü kimi, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qarşılıqlı iddiaçı Cavabdeh1 adına 4/6 hissədə qeydiyyata alındığından, onun İddiaçı1 və İddiaçı2 məzildən çıxarılmasını tələb etmək hüququ var və bu tələbi əsaslıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin kirayə haqqı hissəsində əsaslı hesab etmir, belə ki, iddiaçı Cavabdeh1 ünvan 2 ünvanda yerləşən mənzili İddiaçı1 və İddiaçı2 əvəzli qaydada, kirayə müqaviləsi əsasında verilməsini sübut edə bilməmişdir. Tərəflər arasında kirayə münasibətinin yaranması iş materialları ilə müəyyən edilmədiyindən iddiaçı Cavabdeh1 mübahisəli mənzilə dair cavabdehlərdən kirayə ödənişi tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə görə, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3, 56 saylı mənzildən İddiaçı1 və İddiaçı2 əşyaları ilə birlikdə çıxarılmalı, qarşılıqlı iddia qalan hissədə rədd olunmalı, ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair ilk iddia tələbi rədd olunsun. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən çıxarılma, kirayə pulu” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3, 56 saylı mənzildən İddiaçı1 və İddiaçı2 onlara məxsus əşyaları ilə birlikdə çıxarılsın. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar