Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-306/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş zərərə görə 1725 manat maddi zərərin, dövlət rüsumuna görə ödənilmiş 38 manat və hüquqi xidmətə görə ödənilmiş 50 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Babək prospektində İddiaçı məxsus olan “Hyundaı Elantra” markalı, 99LS100 dövlət nömrə nişanlı avtomobillə hərəkət edirdim. Dönmə edən zaman qara rəngli moped idarə edən Cavabdeh İddiaçı avtomobilinə arxadan zərbə vurdu. Yol hərəkəti qaydalarını pozduğuna görə Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir və ara məsafələrinin qaydalarının pozulmasına görə 40 manat məbləğində cərimə edilmişdir. İddiaçı avtomobilinin isə arxa bufer və baqaj hissəsi əzilib. İddiaçı BDYPİ- də izahatı alınan vaxt şikayətçi olduğunu bildirdi və cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etdi. Lakin, Cavabdeh maddi zərəri ödəməkdən imtina edir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Auto Azerbaijan şirkəti tərəfindən avtomobilinin təmiri üçün 1725 manat xərc tələb edilir. Bu məbləğə ehtiyat hissələrinin alınması, dəmirçi və boya işləri də daxildir. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün 38 manat dövlət rüsumu ödəmiş və iddia ərizəsinin yazılması zamanı hüquqi xidmətə görə 50 manat ödəmişdir. Bu məbləğləri də ona vurulmuş zərər hesab edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı avtomobili artıq təmir etdiyini, lakin təmir xərcinin ödənilməsinə dair qəbz almadığını, bu barədə qüsur aktını məhkəməyə təqdim etdiyini bildirərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh təmir xərcini bir dəfəyə ödəmək imkanı olmadığını, hissə-hissə ödənilməsi üçün iddiaçı ilə razılığa gəlmək istəsə də, iddiaçının buna razı olmadığını bildirdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında qeyd olunur ki, “Hyundai” markalı, “Elantra” modelli 99ES100 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 1725 manat təmir xərci tələb olunur. Bakı Şəhər bpi DYPİ-nin YNHÜ şöbəsinin inspektoru Zaur Abbasov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh iadrə etdiyi mopedlə İddiaçı idarə etdiyini “Hyundai” markalı, “Elantra” modelli, 99ES100 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində mopedin qabaq hissəsi, avtomobilin arxa hissəsi zədələnmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərardan müəyyən olunur ki, Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən vəkil ödənişi təyinatı ilə 50 manat məbləğində pul Bakı Şəhəri 31 saylı Vəkil Bürosuna ödəniş etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, 9/8973 nömrəli ekspert rəyində qeyd olunur ki, nəzəri hesablama yolu ilə “Hyundai Auto Azərbaycan” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Hyundai” markalı, “Elantra” modelli 99ES100 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1629 manat müəyyən edilir. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan əmlak məlumatlarından müəyyən olunur ki, 2022-ci il buraxılışlı “Hyundai” markalı, “Elantra” modelli 99ES100 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. 75 nömrəli qüsur aktından müəyyən olunur ki, “Hyundai” markalı, “Elantra” modelli 99ES100 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissəsinə görə 389 manat, dəmirçi işinə görə 180 manat, plasmas işi 100 manat, armatur işi 150 manat, rəng işi 380 manat olmaqla cəmi 1199 manat təmir xərci ödənilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı mülkiyyətində olan və idarə etdiyi “Hyundai” markalı, “Elantra” modelli 99ES100 dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi mopedin toqquşması nəticəsində avtomobilə zərər dəymiş və buna dair "xxxx" MMC tərəfindən qüsur aktı tərtib edilmişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertizanın nəticəsi olaraq əldə edilmiş rəydən avomobilə vurulmuş zərərin aradan qaldırılması üçün 1629 manat pulun tələb olunduğu müəyyən edilmişdir. Cavabdeh avtomobilə zərər vurduğunu qəbul edir, lakin təmir xərcini ödəmək imkanı olmadığını bildirir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iş materialları ilə “Hyundai” markalı, “Elantra” modelli 99ES100 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti nəticəsində vurulması və hadisədə Cavabdeh təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd edir ki, nəqliyyət vasitəsinə vurulmuş zərərin məbləğini müəyyən etmək üçün mülki iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyindən avomobilə vurulmuş zərərin 1629 manat təşkil etdiyi müəyyən olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, avtomobil iddiaçı tərəfindən artıq təmir edilmişdir və faktiki təmir xərci 1199 manat təşkil etmişdir. Belə olan halda məhkəmə avtomobilin tam təmirinə faktiki sərf edilmiş pul məbləğinin cavabdehdən tutulmasını daha ədalətli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh “Hyundai” markalı, “Elantra” modelli 99ES100 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 1199 manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hüquqlarının müdafiəsi üçün iddiaçının vəkilə ödənilmiş 50 manat haqqın cavabdehdən alınıb ona ödənilməsi hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 115-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının vəkilin xidmətindən istifadə etməsi iş materiallarında olan ödəniş qəbzindən aydın olduğu üçün məhkəmə vəkil xərci olaraq 50 manat pulun cavabdehdən tutulmasını əsaslı və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 30 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda keçirilmiş məhkəmə ekspertizasının xərci olaraq 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinə ödənilməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsi və ya borcun tutulmasına möhlət verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Hyundai” markalı, “Elantra” modelli 99ES100 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 1199 (bir min yüz doxsan doqquz) manat, vəkil xərci olaraq 50 manat və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumuna görə 30 manat pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-306/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-306/2024
01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver