Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3064/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 10272 manat əsas, 250 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyət ilə məşğul olduğu mağazada onunla Cavabdeh arasında bağlanmış 07.09.2019cu il tarixli 348363 saylı Alqı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 11272 manat dəyərində olan inşaat materialları satılmışdır. AR mülki Məcəlləsinin 601-ci maddəsinin və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən 1000 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 aya bölərək, hər ay üçün 856 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 10272 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək ödəniş etməmiş, qalan 10272 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir. Müqavilə üzrə öhdəliklərini pozaraq aldığı əşyaların pulunu qanunzuz və əsassız olaraq ödəməmiş, iddiaçının biznes fəaliyyətinə 250 manat məbləğində ziyan vurmuş və iddiaçı həmin pul məbləğinin də borcludan tutulmalı olduğunu qanuni hesab edir. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Alqı-satqı müqavilələrinin 11.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh maddi vəziyyətinin pisləşməsini əsas gətirərək müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq, iddiaçının sahibkarlıq fəaliyyətinə ciddi ziyan vurmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iclasda iştirak edə bilməyəcəyinə görə iddia ərizəsinə iddiaçının iştirakı olmadan baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir və cavabdeh iştirak etmədiyi təqdirdə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 07.09.2019-cu il tarixli 348363 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı alıcı Cavabdeh 924 manat dəyərində 1 ədəd LP1PB24-C modelli kombi sistemi markalı məişət texnikası və 8288 manat dəyərində 1 ədəd “tikinti materialları” məişət texnikası satılmışdır və alıcı Cavabdeh satılan əşyaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Express kredit-Magnit” tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 2019-10-07 tarixdən 2020-09-07 tarixinədək hər ay üçün nəzərdə tutulmuş 856 manat ödənişi heç bir ay üçün ödəməmişdir, hazırda Cavabdeh cəmi 10422 manat omaqla, 10272 manat əsas borc və 250 manat cərimə borcu vardır. İş materiallarında olan 22.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh tərəflər arasında bağlanmış 07.09.2019-cu il tarixli 348363 saylı alqı-satqı müqaviləsinə əsasən 11272 manat dəyərində malı hissə-hissə ödəmək şərti ilə kreditlə götürmüşdür və 10272 manat məbləğində əsas və digər borcunu 3 gün ərzində ödəmdiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 07.09.2019-cu il tarixli 348363 nömrəli alqö-satqı müqaviləsinə əlavə edilmiş “satılmış əşyaların təhvil verilməsi haqqında” aktdan görünür ki, müqavilə predmeti olan cəmi 11272 manat dəyərində mallar alıcı Cavabdeh təhvil verilmişdir və o, bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən 22.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 07.09.2019-cu il trixli 348363 saylı alqı-satqı müqaviləsi üzrə 10272 manat ısas borcundan bu günədək ödəniş etməmiş,10272 manat əsas, 250 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı qarşısındakı öhdəliyini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, nisyə aldığı malın dəyərini iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10272 manat məbləğində əsas borc və 250 manat cərimə borcu İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və rüsumun iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10272 (on min iki yüz yetmiş iki) manat əsas borc, 250 (iki yüz ılli) manat cərimə borcu, cəmi 10422 (on min dörd yüz iyirmi iki) manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3064/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-3064/2021
17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver