Məhkəmə qərarları › İş №2(005)-3065/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3065/2020

25.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3065/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yanvar-fevral ayları üçün ödənilməmiş 262 manatın cavabdehdən tutularaq ona verilməsi, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında alimentin tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 2012-ci ildən etibarən nikah münasibətləri mövcud olmuşdur. Həmin nikahdan tərəflərin 2013-cü il təvəllüdlü İslam adlı övladları dünyaya gəlmişdir. xx xxxxxxx 2015-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2684/2015 nömrəli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq Cəfərova (Şəmiyeva) Nabat Vasif qızına verilməsi barədə qətnamə çıxarılmışdır. İddiaçı uşaq körpə olanda cavabdehin ödədiyi aliment ilə uşağın sağlam böyüməsini, sosial rifahının yüksək tutulmasını təmin edə bildiyini qeyd etmişdir. Lakin hal-hazırda uşaq böyüyüb, məktəbə getməli olduğunu, övladının sağlamlığı məhdud olduğu üçün adi məktəbə qəbul olunmadığını və övladının autizm xəstəliyindən əziyyət çəkdiyini də qeyd etmişdir. Autizm xəstələri üçün xüsusi fəaliyyət göstərən məktəb də oxumaq üçün isə aylıq təxminən 700-900 manat təhsil haqqı ödəmək məcburiyyətində olduğunu bildirmişdir. Övladının saxlanılma xərclərinin tək təhsil haqqı ilə məhdudlaşmadığını, yaşı artdıqca tələbatlarının da artdığını qeyd etmişdir. Cavabdehin hal-hazırda ödədiyi aliment miqdarının isə övladının nəinki təhsil haqqını, heç aylıq tələbatını da ödəmədiyini vurğulamışdır. Cavabdeh xəstə övladı ilə maraqlanmır və onun maddi tələbatı ödəmək üçün səy göstərmir. Cavabdehin imkanı maddi dəstək vermək üçün kifayət qədərdir. Həmçinin cavabdeh 2019-cu ilin yanvar ayında “xxxxxx” MMC şirkətində işləməyə başlamışdır. Lakin aliment ödəməkdən yayınmaq üçün iş yerini gizlətmişdir. İddiaçının bu barədə məlumatı olmuş və İcra məmuruna məlumat verdikdən sonra mart ayından başlayaraq cavabdehin əməkhaqqısından aliment tutulmağa başlamışdır. Yanvar-Fevral aylarında 2047.99 manat əməkhaqqı almışdır. Məhkəmə qətnaməsinə əsasən iddiaçıya 562 manat aliment ödəməli olduğu halda əvvəlki qaydada hər ay 150 manat olmaqla 300 manat iddiaçının hesabına pul köçürmüşdür. Yəni cavabdeh 262 manat iddiaçıya yanvar fevral aylarının əmək haqqısından ödəməli olduğu alimentin ödənilməsindən yayınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 bildirdi ki, iddiaçıya aliment bu günədək vaxtlı-vaxtında ödənilmişdir. Buna görə də, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 230732 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X9 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci tarixdə 301 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Şəmiyeva soyadı verilmişdir; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 05.1.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 204371 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 xx xxxxxxx 2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X5r; xx.xx.2006-cı il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, 05114081 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X8 xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır; xx.xx.2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X6 autizm xəstəliyi vardır, yüngül əqli geriləmə və davranış pozuntusu müşahidə olunur; “xxxxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş PN-RL-0508\20 nömrəli arayışa əsasən Cavabdeh həqiqətən xx.xx.2019-cu il tarixindən “xxxxxx” MMC-də boyaçı vəzifəsində işləyir və 699,44 manat əmək haqqı alır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2864/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq X7 verilməsi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1676/2016 nömrəli, xx xxxx 2016-cı il tarixli Qətnaməsinin surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi qismən ləğv olunaraq, iddia qismən təmin olunmuşdur. X1 üçün xx.xx.2015-ci il tarixindən başlayaraq xx.xx.2016-cı il tarixinədək hər ay Cavabdeh 50 (əlli) manat məbləğində aliment tutularaq X7 verilməsi qət edilmişdir; Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən, 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X10 adlı bir övladları var. Həmin uşağın saxlanılması üçün qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında hazırda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbindən görünür ki, uşağın saxlanılması üçün 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı qədər aliment tutulur, iddiaçınını aliment miqdarının bu həddə tutulması barədə irəli sürdüyü dəlili əsassızdır. Digər tərəfdən, “yanvar-fevral ayları üçün ödənilməmiş 262 manatın cavabdehdən tutularaq ona verilməsi” hissəsində iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin pulu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1676/2016 nömrəli, xx xxxx 2016-cı il tarixli Qətnaməsinin icra mərhələsində düzgün hesablanmadığı əsası ilə tələb edir. 262 manatın cavabdehdən tutulması qətnamənin icrası ilə bağlı oluduğundan, qeyd edilən məsələ iddia üzrə tələb kimi müəyyən edilsə də, hüquqi nəticə etibarı ilə qətnamənin icrası qaydasında həll olunmalı olduğundan iddia tələbi təmin edilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar