Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3075/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Prosessual qanunvericiliyə əsasən, istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsi verilərkən onun formasına və məzmununa və ərazi aidiyyətinə dair qanunla müəyyən edilmiş zəruri tələblərə riayət olunması iddianın məhkəmədə baxılmasının mümkünlüyü baxımından mühüm şərtlərdən biridir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan göründüyü kimi, Cavabdeh qeydiyyat ünvanı məlum deyil. Eyni zamanda qeyd edirəm ki, MPM-nin 36.1-ci maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, qanunverici “yaşayış yeri” ifadəsi ilə “rəsmi qeydə alınma” ifadəsini bir-birindən fərqləndirir. Hazırki işdən məlum olur ki, cavabdehin son yaşayış yeri bəlli deyil, buna dair sübut əlavə edilməyib. Bundan əlavə cavabdehin son yaşayış yeri kimi qeyd edilən ünvanda, yəni H.Məmmədov 9 küçəsində Nərimanov RPİ-nin inzibati binası yerləşir. Təbii ki, həmin ünvan cavabdehin yaşadığı ünvan ola bilməz. Bu baxımdan qeyd edilir ki, həmin ünvanda cavabdeh əvvəllər pasport qeydiyyatında olub. Pasport qeydiyyatı isə yaşayış ünvanı ilə eyniləşdirilə bilməz. Bu səbəbdən də hesab edirəm ki, iddiaçı iddia ərizəsi verərkən, cavabdehin Nərimanov rayonunun inzibati ərazisində məlum olan son yaşayış ünvanı barədə sübutları təqdim etməli idi. Əgər bu sübutu təqdim edə bilmirsə, cavabdehin əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə müvafiq məhkəməyə müraciət edə bilər. Belə olan halda isə hazırki mübahisənin iddia icraatı qaydasında baxıldığını, Azərbaycan Respublikası MPM-nin 35, 36, 149 və 152-ci maddələrinin müvafiq maddələrinin tələblərini nəzərə aldıqda, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasının mümkün olmadığı müəyyən olunur. Bu baxımdan iddiaçı cavabdehin əmlakının olduğu yer və ya məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq sübutlar təqdim etməklə, həmin məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçının hazırki mülki iş üzrə - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etməsi yolverilməzdir. Ona görə də iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra aidiyyət qaydalarına riayət etməklə müvafiq iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər və ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3075/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3075/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver