Məhkəmə qərarları › İş №2(005)-3088/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3088/2020

22.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3088/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin artırılmasi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AZ-İ seriyalı 323916 nömrəli xx.xx.2019-cu tarixli Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən onun Cavabdeh ilə nikahları pəzulmuşdur. Onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X11 anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2{005)-997/2019 nömrəli xx.xx.2019-cu İl tarixli qətnaməsinə əsasən uşaqlar onun yanında saxlanılmış və xx.xx.2019-cu il tarixindən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat olmaqla.cəmi 308 (üç yüz səkkiz) manat aliment hesablanaraq onun xeyrinə tutulmuşdur. Hesab edir ki, uşaqların bütün ehtiyyaclarının qarşılanması və yaxşı şərtlərdə yaşamaları üçün 308 (üç yüz səkkiz) manat iki uşaq üçün cox azdır. Cavabdeh alimentdən əlavə olaraq uşaqların saxlanılmasında heç bir köməklik göstərmir, hətta alimenti də vaxtı vaxtında ödəmir, uşaqların isə tələbatları artdığından ödənilməsi çətin olur. Bu səbəbdən o, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək 308 manat alimenti ödədiyini, taksi fəaliyyəti ilə məşgul olduğunu, başqa öhdəliyi olmadığını, tələb edilən aliment məbləğinin çox olmasını və bu səbəbdən iddiaçının alimentin miqdarının artırılması barədə iddiasının təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı qızı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2{005)-997/2019 nömrəli xx.xx.2019-cu İl tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Hüseynova (Əsgərova) Maynur Mehman qızı arasında xx xxxxxx 2014-cü ildə Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsində qeydə alınmış və 10 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, uşaqlar onun yanında saxlanılmış və xx.xx.2019-cu il tarixindən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat olmaqla.cəmi 308 (üç yüz səkkiz) manat aliment hesablanaraq Cavabdeh oğlundan tutularaq Hüseynova (Əsgərova) Maynur Mehman qızına verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 323916 №-li Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2019-cu il tarixdə Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən pozulmuşdur. İş materiallarında olan AZ-İV seriyalı, 044596 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı, 440390 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Beləliklə, məhkəmədə tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2{005)-997/2019 nömrəli xx.xx.2019-cu İl tarixli qətnaməsinə əsasən Cavabdeh ilə Hüseynova (Əsgərova) Maynur Mehman qızı arasında xx xxxxxx 2014-cü ildə Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsində qeydə alınmış və 10 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, uşaqlar onun yanında saxlanılmış və xx.xx.2019-cu il tarixindən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay sabit pul məbləğində 154 (yüz əlli dörd) manat olmaqla.cəmi 308 (üç yüz səkkiz) manat aliment hesablanaraq Cavabdeh tutularaq Hüseynova (Əsgərova) Maynur Mehman qızına verilməsi qət edilmişdir. İddiaçı hazırki iddia ilə ölkədə uşaqların saxlanması üçün yaşayış minimumu haqqında qanuna əsasən aliment məbləğinin artırıldığını bildirir. Bu səbəbdən də, iddiaçı təyin olunmuş alimentin məbləğinin artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2019-cu il üçün “yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2019-cu il üçün minimum yaşayış həddi uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.2-ci bəndində qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. X15 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilərək sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə xx xxxxxx 2003-cü il təvəllüdlü X2 və xx xxxxxxxx 2004-cü il təvəllüdlü X1yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə tərəfindən hər ay hər uşaq üçün sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı və dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 997/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği hər uşaq üçün artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində olmaqla, ümumlikdə 340 (üç yüz qırx) manat aliment hesablanaraq İddiaçı ödənilsin. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar