Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3120/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı BOKT QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1186,88 manat əsas, 351,35 manat faiz, 63,63 manat cərimə, cəmi 1601,56 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı" X4 Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 24 (iyirmi dörd) ay müddətinə ödəmək şərti ilə 1450 (bir min dörd yüz əlli manat) AZN məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də öhdəliyi yerinə yetirmir. Borclunun xx xxxx 2019-cu il tarixli N219-0***-******* nömrəli kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixə əsas borcu 1186.88 (bir min yüz səksən altı manat səksən səkkiz qəpik) AZN, faiz borcu 351.05 (üç yüz əlli bir manat beş qəpik) AZN və gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 0.50 faiz dərəcəsində cərimə borcu 63.63 (altmış üç manat altmış üç qəpik) AZN təşkil edir. Kredit üzrə ümumi borc 1601.56 ( bir min altı yüz bir manat əlli altı qəpik) AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasının davam etdirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı BOKT QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 219-0***-******* nömrəli Kredit Müqaviləsinin möhürlənmiş surətindən görünür ki, “Kreditor” “Borcalana” 24 ay müddətinə, xx.xx.2021-ci il tarixinədək 1450 manat məbləğində kredit verir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürür. Müqavilə üzrə kredit illik 44 faiz olmaq şərtilə ayrırır. İş materiallarında olan kreditor tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubunun təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2019-cu il tarixli № 219-0***-******* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixinə əsas borcu 1186,88 manat (bir min səkkiz yüz səksən altı manat səksən səkkiz qəpik) AZN və 414.68 (dörd yüz on dörd manat altmış səkkiz qəpik) AZN faiz borcu təşkil etməklə ümumi borcunun 1601.56 (bir min altı yüz bir manat əlli altı qəpik) AZN təşkil edir.Cavabdehdən borcun ödənilməyəcəyi təqdirdə xx.xx.2020-ci il tarixdən sonra hesablanacaq faiz və cərimə məbləğinin məcburi alınması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi bildirilir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2014-cü il tarixli №06- 01777-2014 saylı xüsusi razılıq (lisenziya) əsasında “Fin Trend” X4 Təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə təminatlı və təminatsız kreditlərin verilməsi, habelə “X4 təşkilatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunverciliyə müvafiq qaydada məşğul olmaq hüququ verilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 219-0***-*******-2 saylı ödəmə tapşırığı vərəqsinin möhürlənmiş surətindən görünür ki, Cavabdeh 1450.00 ( min dörd yüz əlli manat) məbləğində vəsaiti imzalmaqla qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi və Nərimanov RPİ tərəfindən verilmiş seriya AZE № 0******* nömrəli, xx.xx.2011-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci ildə Ermənistan Respublikasının, Ararat rayonunda anadan olmuş Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, ev. 10 A-da qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixə olan maliyyə arayışından görünür ki, 1186,88 manat əsas borc, 414,68 manat faiz borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 1186,88 manat əsas, 351,05 manat faiz, 63,63 manat cərimə, cəmi 1601,56 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1186,88 manat əsas, 351,05 manat faiz, 63,63 manat cərimə, cəmi 1601,56 manat manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyətinin xeyirinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı BOKT QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli №219-0***- ******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 1186,88 (min yüz səksən altı manat, 88 qəpik) manat əsas, 351,05 (üç yüz əlli bir manat beş qəpik) manat faiz, 63,63 (altmış üç manat 63 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1601,56 (bir min altı yüz bir manat əlli altı qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı BOKT QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3120/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3120/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver