Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-313/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh ASC-nə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh ASC-nə qarşı "xxxx" tələbinə dair cavabdeh ExpressBank ASC ilə İddiaçı1 arasında bağlanmış 12 mart 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar iddiasını onunla əsaslandırmışdır ki, ExpressBank ASC ilə oğlum İddiaçı1 arasında bağlanmış 12.03.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən ona 36 ay müddətinə, illik 19% hesablanmaqla 100.000 USD məbləğində kredit ayrılmışdır. Bank borc alana iki tranşla, birinci tranş 57000 (əlli yeddi min) ABŞ dolları, ikinci tranşla 43000 (qırx üç min) ABŞ dolları məbləğində olmaqla cəmi 100.000 USD məbləğində kredit vermişdir. Kredit borcalana istehlak məqsədilə verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən ilk tranşdan sonra aparılan monitorinqin nəticələrinə əsasən ikinci tranş verilir. İkinci tranş verildikdən sonra aylıq ödəniş qrafikinə müvafiq dəyişikliklər ediləcəkdir. Lakin bank ikinci tranşdan sonra ona yəni İddiaçı1 heç bir güzəşt etməyərək ilkin olaraq müqavilə şərtlərini özü pozmuşdur. Kredit müqaviləsndə də göstərildiyi kimi, kreditin təminatı olaraq İddiaçı2 məxsus Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən mənzil girov qoyulmuşdur. Bildirmişdir ki, onlar kredit götürülən mənzilin girov qoyulmasından eləcə də kreditin məbləğindən xəbəri olmayıb. Mən 1938-ci il təvəllüddür. Yaşlı insandır, 10 ildir evdən heç küçəyə çıxa bilmir. Gözləri görmür, ayaqları tutulub. Cavabdeh bank onun iştirakı, razılığı və imzası olmadan necə ola bilər ki, sözügedən müqaviləni bağlayıb. Müqavilə oğlu ilə bank arasında bağlansa da, girov olaraq onun şəxsi mülkiyyətindəki mənzil qoyulmuşdur. Qeyd edir ki, o, kredit götürəndə banka atasının yaşlı olduğunu və onun iştirakı olmadan evi banka girov qoya bilməyəcəyini birdirsə də, sonradan bank ondan ancaq çıxarışı gətirməyini istəmişdir. Daha sonra isə ona kredit xətti açılmış və kredit verilmişdir. Bildirmişdir ki, həmin tarixlərdə atası ona etibarnamə də verməmişdir. Yuxarıda qeyd etdiyi kimi, Bank “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönədiİməsinə" dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 18 iyul 2016-cı 2(011)- 3832/2016 saylı qətnaməsinə əsasən, tələbkar “ExpressBank ASC-nin xeyrinə cavabdehlərdən 69491,35 USD məbləğində borc tutulması, tutulacaq məbləğin ona məxsus Bakı şəhəri Xətai rayonu ünvan 2 ünvanında yerləşən 5 otaqlı 21 saylı mənzilə yönəldilməsi və həmin əmlakın hərracda ilkin satış qiyməti 105.000 manat olmaqla satılması və evdə yaşayanların evdən çıxarılması qət edilmişdir. Həmin icra sənədi üzrə icra hərəkətləri həyata keçirilmiş və ona məxsus olan Bakı şəhəri Xətai rayonu ünvan 2 ünvanında yerləşən 5 otaqlı 21 saylı mənzil açıq hərracda satılmadığından Banka təklif olunmuş və Bankın balansına götürülməklə mülkiyyətinə verilmişdir. Bütün bunlardan isə mülkiyyətçi olaraq xəbəri olmamışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 işə iddiaçıların iştirakı olmadan baxılıb iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin “Neftçilər” filialı ilə İddiaçı1 arasında bağlanmış 12 mart 2014-cü il tarixli 106850-0001/14 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank illik 19% dərəcəsi ilə 36 ay müddətinə qaytarmaq şərti ilə 100000 (bir yüz min) ABŞ dolları məbləğində kredit vermişdir; Cavabdeh Açıq Səhmdar Cəmiyyəti-ipoteka saxlayan ilə İddiaçı2-ipoteka qoyan və İddiaçı1borc alan arasında bağlanmış 12 mart 2014-cü il tarixli 106850-0001/14 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, 12 mart 2014-cü il tarixli 106850-0001/14 nömrəli istehlak krediti müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq İddiaçı2 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 107.000 (bir yüz yeddi min) manata qiymətləndirilən Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(011)-3832/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, ödəniş gününə qüvvədə olan məzənnə ilə 63004,61 (altmış üç min dörd dollar 61 sent) ABŞ dolları məbləğində əsas borc, 6286,74 (altı min iki yüz səksən altı dollar 74 sent) ABŞ dolları məbləğində faiz borcu və 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə, cəmi 69491,35 (altmış doqquz min dörd yüz doxsan bir dollar 35 qəpik) ABŞ dolları məbləğində Azərbaycan (Respublikası manatı, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat məbləğində dövlət rüsumu və iddia ərizəsinin verdilməsi üçün köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı1 alınaraq Cavabdeh ASC-yə ödənilməsi, tələbin İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək, prospekti, 90 saylı evin, 21 saylı mənzilinə yönəldilsin vəl ipoteka predmelinin ilkin ısatış qiyməti 105000 (yüz beş min) manat məbləğində olmaqla açıq hərracdan satılması, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 90 saylı evin, 21 saylı mənzilinin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 69491,35 (altmış doqquz min dörd yüz doxsan bir dollar 35 qəpik) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınması üçüri köçürülmüş 10 (on) manat məbləğində dövlət rüsumu və iddia ərizəsinin verdilməsi üçün köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh ASCyə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 90 saylı eyin, 21 saylı mənzili açıq hərracda satıldıqdan sonra İddiaçı1, İddiaçı2, X3, X5, X6, X7 və X8 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 90 saylı evin, 21 saylı mənzilindən çıxarılması və mənzil boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Araşdırma zamanı iddiaçı şəxsin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 12 mart 2014-cü il tarixli 106850-0001/14 nömrəli kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı isə şüurlu şəkildə öz iradə ifadəsini bildirməklə qeyd edilən kredit müqaviləsini imzalamışdır. İddiaçı bu müqavilənin bağlanmasına məcbur edilməmiş, əksinə pula ehtiyacı olduğu üçün təşəbbüskarı olmuşdur. Eyni zamanda Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(011)- 3832/2016 saylı qətnaməsi ilə hazırda mübahisələndirilən kredit müqaviləsinə hüquqi qiymət verilmiş və qətnamə çıxarılaraq ödənilməmiş borc məbləğinin tutulması qət edilmişdir. Bu halda məhkəmə hesab edir ki, bir məhkəmə qətnaməsi ilə qiymətləndirilmiş sübutların digər məhkəmə qətnaməsi ilə mötəbərliyinin mübahisələndirilməsi yol verilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıların mübahisələndirdiyi 12 mart 2014-cü il tarixli 106850-0001/14 nömrəli kredit müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından iddia rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçıla aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı2 və İddiaçı1 Cavabdeh ASC-nə qarşı "xxxx" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-313/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-313/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver