Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3146/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərər” tələbinə barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərər” tələbinə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının Cavabdeh2 və Cavabdeh1 qanunsuz sahibliyindən geri alınmasına, cavabdehin əşyaları ilə birlikdə çıxarılmasına, əldən çıxmış qazanc olaraq 40.800 manatın, ödədiyim 242 manat dövlət rüsumunun və iddiaçıya dəyən mənəvi ziyana əsasən cavabdehin real imkanlarını nəzərə alaraq vurduğu mənəvi ziyana görə 10.000 manatın, ümumilikdə 51042 manatın Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla onunla əsaslandırılmışdır ki, ünvan 1 üvanında yerləşən qeyriyaşayış binası xx.xx.2022-ci ildə adına tam mülkiyyət hüququ tanınmışdır. Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı olaraq İddiaçı arasında ünvan 1 üvanında yerləşən Qeyri-yaşayış binasına aid heç bir kirayə və ya notarial müqavilə bağlanmamışdır. Cavabdeh1 və Cavabdeh2 iddiaçı Bakı şəhəri Nərimanov rayonu, H.Əliyev prospekti ev-80 saylı üvanında yerləşən Qeyri- yaşayış binası xx.xx.2022-ci ildə alanda mebel satışı kimi fəaliyyət göstərirdilər. Həmin obyekti iddiaçıya satan şəxs iddiaçıya bildirmişdi ki, orada fəaliyyət göstərən MİNE MMC-nin təsisçiləri xx.xx.2022-ci il tarixdən oradan çıxacaqlar. Lakin Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq mülkiyyətində olan ünvan 1 üvanında yerləşən qeyri-yaşayış binasını zəbt etmiş və bu günə qədər mebel satış xidməti ilə məşğul olurlar. Cavabdehlərdən iddiaçıya məxsus olan qeyri-yaşayış binasından çıxmasını hər dəfə tələb edəndə iddiaçını aldadırlar və çıxmırlar. Artıq 6 aydır ki, cavabdehlər iddiaçıya məxsus olan Qeyri-yaşayış binasından çıxmırlar. İddiaçı hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırırlar, bu səbəbdəndə cavabdehlər iddiaçıya məxsus qeyri-yaşayış binasından çıxarılmalıdır. Halhazırda mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti,ev-80 saylı üvanında yerləşən qeyri-yaşayış obyektini bir neçə şəxs iddiaçı ilə qanuni şəkildə icarə müqaviləsi bağlayaraq aylıq 6800 manata icarəyə götürmək istəyir. Lakin Cavabdeh1 və Cavabdeh2 əmlakını zəbt etdiyindən o, öz mülkiyyətçi hüquqlarından istifadə edə bilmir. Hesab edir ki, bu 6 ay ərzində obyektini 6800 manata icarəyə versə idi artıq 40800 manat qazanc əldə edərdi. Tərəflərə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Lakin İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3146/2022 saylı mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, bununla bağlı iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı, iddiaçının iddia ərizəsindən imtinası qəbul edilərək, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddiadan imtina barədə ərizədən görünür ki, iş üzrə mübahisə məhkəmədən kənar qaydada həll edilmişdir, bu səbəbdən iddiaçı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə İddiaçı iddia ərizəsindən imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsindən imtinası qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərər” tələbinə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3146/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3146/2022
05.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver