Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3147/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yadigar qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yadigar qızına qarşı "qətnamənin icrasını ailənin digər üzvlərinə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yadigar qızına qarşı “qətnamənin icrasının ailənin digər üzvlərinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yadigar qızı ayrıayrılıqda iddia ərizəsinə etiraz edərək, tələbi əsassız hesab etdiklərini bildirdilər. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işə məhkəmə baxışı zamanı müəyyən olundu ki, X6 İddiaçı 22000 manat borc götürmüş, bu məbləğin 21000 manat hissəsini bir ay ərzində qaytaracağını bildirsə də qaytarmamışdır. Belə olan halda Manafov X1 Anar Akif oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 21000 manat pulun tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-3427/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Qətnamənin icra edilməsi mərhələsində X3 öldüyü müəyyən edilmişdir. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yadigar qızına qarşı “qətnamənin icrasının ailənin digər üzvlərinə həvalə edilməsi” iddia ərizəsi ilə müraciət edərək, qətnamə ilə müəyyən edilmiş cavabdeh X3 ona borclu olduğu, 21000 manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işin materialları ilə tanış olub, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, işə məhkəmə qaydasında baxılmalı olmadığı üçün icraata xitam verilməlidir. Belə ki, İddiaçı xeyrinə mərhum X6 tərəfindən 21000 manat pul ödənilməli olması barədə Nərimanov Rayon Məhkəməsinin artıq qanuni üvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Borcun şəxdin vərəsələrinə yönəldilməsi məsələsi isə məhkəmə baxışının predmeti deyil. Belə ki, “İcra haqqında “ Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığı əsası ilə (AR MPM 261.0.1) hazırki iddia ərizəsi üzrə mülki icraata xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yadigar qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-3452/2022 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3147/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3147/2022
03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver