Məhkəmə qərarları › İş №2(005)-3155/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3155/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3155/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3, Bakı Şəhəri 38 Saylı Notariat Ofisinə qarşı icra qeydinin və alqı-satqı müqaviləsinin ləğv edilməsi, borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3, Bakı Şəhəri 38 Saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı notariat ofisin xüsusi notariusu X5 qəbul etdiyi xx.xx.2023-cü il tarixli icra qeydin ləğv edilməsi, "Optimal Elektronika” MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsini ləğv edilməsi və 1799,99 (bir min yeddi yüz doqsan doqquz manat doqsan doqquz qəpik) borcun silinməsi, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 1350 (bir min üç yüz əlli) manatı və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu, ümümilikdə 1450 (bir min dörd yüz əlli) manatı Cavabdeh2 QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı Şəhəri 38 Saylı Notariat Ofisinin xüsusi notariusu X3 qəbul etdiyi xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi, Cavabdeh3 MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi və 1799,99 manat borcun silinməsi, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 1350 (bir min üç yüz əlli) manatı və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ümümilikdə 1450 (bir min dörd yüz əlli) manatı cavabdehlər Cavabdeh2 QSC və Cavabdeh3ndən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində İddiaçı tərəfindən Cavabdeh3 MMC mağazasından “Carrier 42QHA018N” markalı kondisoneri 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında 1799,99 (bir min yeddi yüz doqsan doqquz manat, doqsan doqquz qəpik) azn əldə etmişdir. Malı əldə edəndən sonra 3 gün müddətində mal işləməmişdir və bu barədə İddiaçı Cavabdeh3 MMC-nin qaynar xəttinə zəng edərək məlumat vermişdir. Qeyd olunan “Carrier 42QHA018N” markalı kondisoneri Cavabdeh3 MMC-nin sen-is işçiləri akt tərtib edərək təhvil almışdılar və müəyyən edilmişdir ki, qeyd olunan kondisionerin istəhsal qüsuru vardır, kondisionerin istehsal qüsuru olduğuna görə yenisi ilə əvəz edilmişdir. Kondisioneri yenisi ilə əvəz edəndə xx.xx.2022-ci il tarixində İddiaçı və Cavabdeh3 MMC tərəfindən yeni 40017937 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı- satqı müqaviləsi bağlanmışdır. Yeni alqı-satqı müqaviləsi bağlandığı zaman İddiaçı bildirilmişdir ki, əvvəl bağlanan 40014916 nömrəli nisyə alqısatqı müqaviləsi qüvvədən düşür və yeni bağlanan nisyə alqı-satqı satqı müqaviləsi ilə əvəz olunur. Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan kondisioner aksiyada olduğuna görə daha ucuz 1379,99 manat İddiaçı təklif edilir. Bundan əlavə olaraq, köhnə 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsi ilə bağlı ödənilmiş ilkin ödənişi 200 (iki yüz) azn manatı yeni 40017937 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin ödənişi olaraq qəbul etmişdilər. Bildirmək istəyirəm ki, 40017937 nömrəli. xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasında mənim tərəfimdən hər ay ödəniş edərək, xx.xx.2023-cü il tarixində müqavilə üzrə ödənişləri tam bitirmişdi. 2023-cü ilin iyun ayında İddiaçı Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev tərəfindən zəng edilmişdir və İddiaçı Yurycvnanı icra şöbəsinə dəvət etmişdir. İddiaçı icra şöbəsinə gələrək bilmişdir ki, onunla bağlı Bakı şəhəri 38 saylı notariat ofisin xüsusi notariusu X5 xx.xx.2023-cü il tarixində icra qeydi apararaq. xx.xx.2022-ci il tarixində bağlanmış 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsi ilə bağlı 1799 manat 99 qəpik və ödənilmiş 25 manat ümümilikdə 1824 manat 99 qəpik “Ferrum Kapital“' QSC-nin xeyrinə tutulması ilə bağl icra qeydini Nərimanov Rayon İcra Şöbəsinə təqdim etmişdir. İlkin olaraq qeyd etmək istəyir ki, xx.xx.2022-ci il tarixində bağlanmış 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında ona satılmış “Carrier 42QHA018N” markalı kondisonerin istehsal qüsuru olduğuna görə, qeyd olunan müqavilə ləğv edilmişdir və onun əvəzinə İddiaçı və “Optimal Elektronika" MMC tərəfindən yeni 40017937 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu barədə məlumatı Cavabdeh3 MMC tərəfindən pul tələbini “Ferrum Kapital" QSC-yə güzəşt edəndə məlumat verməli idi. Bundan əlavə olaraq, icra qeydi ilə bağlı notariusa müraciət etmkdən öncə, bununla bağlı Cavabdeh2 QSC tərəfindən İddiaçı bildiriş göndərilməli idi, lakin heç bir bildiriş Cavabdeh2 QSC tərəfindən İddiaçı göndırilməmişdir. İddia ərizəsində qeyd edilən faktlarla bağlı müraciət ərizəsini cavabdehlərə xx.xx.2023-cü il tarixində göndərilmişdir. Müraciət ərizələrdə xx.xx.2022-ci il tarixində bağlanmış 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi (öhdəliklərə xitam verilməsi), İddiaçı Cavabdeh3 MMC-yə və “Ferrum Kapital" QSC-yə borcun olmaması barədə arayışı verilməsi və bu barədə məlumatları Nərimanov Rayon İcra Şöbəsinə təqdim edilməsi cavadbehlərdəıı xahiş edilmişdir. Bakı şəhəri 38 saylı notariat ofisin xüsusi notariusu X5 ünvanlanan müraciət ərizəsində isə xx.xx.2023-cü il tarixli, 8İ-4092 reyestr nömrəli icra qeydini ləğv edilməsi xahiş edilmişdir. Qeyd olunan müraciətlərə cavab verilməsini xx.xx.2023-cü il tarixində xahiş edilmişdir, əks halda məhkəməyə müraciət edilməsi və hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilən məbləği, həmçinin ödənilən dövlət rüsumunu cavabdelılərdən tutulması ilə bağlı tələb irəli sürülməsi bildirilmişdir. Cavabdehlərə ünvanlanan xx.xx.2023-cü il tarixli müraciətlər cavabsız qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil idida tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi X4 iddia tələbini qismən qəbul etdiklərini, qeyd edilən müqavilə artıq ləğv edildiyindən tələbin bu hissədə rədd edilməsini, icra qeydinin ləğvi hissəsində təmin edilməsini xahiş etmişdir. Tərəflərindən "xxxx" QSC-yə müqavilənin ləğvi barədə məlumat verildiyini, icra qeydi ilə bağlı hərəkətlərin "xxxx" QSC tərəfindən edildiyindən tələbin onlara qarşı yönəldilməsini əsassız hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “Ferrum Kapital" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini pulun müştərək qaydada tutulması hissəsində qəbul etmədiklərini, onların da zərərçəkmiş tərəf olduğunu, Cavabdeh3 tərəfindən əslində mövcud olmayan tələbin onlara ötürüldüyünü bildirmiş, iddia tələbinin onlara münasibətdə rədd edilməsini xahiş etmişdir. Tərəflərindən iddiaçıya 04 aprel 2023-cü il tarixdə bildiriş göndərildiyini, həmin bildirişin iddiaçıya çatdırıldığını, yalnız bundan sonra icra qeydinin aparıldığı, lakin iddiaçının yalnız icra qeydinin çıxarıldıqdan iki ay sonra müqavilənin əslində ləğv edilmiş olduğunu və məhsulun əldə edilmədiyi barədə cavabdehi məlumatlandırdığını əlavə etmişdir. Belə olan halda "xxxx" QSC-nin heç bir öhdəlik daşımadığından hesab edir ki, tələblərin onlara yönəlməsi əsassızdır və təmin edilməməlidir. Cavabdeh Bakı Şəhəri 38 Saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, lakin məhkəmə dəftərxanası vasitəsilə müraciət edərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında müqavilə bağlanmış, müqavilə əsasında satıcı alıcıya müqavilədə nəzərdə tutulan malları, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürür. - xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında müqavilə bağlanmış, müqavilə əsasında satıcı alıcıya müqavilədə nəzərdə tutulan malları, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürür. - 21 iyul 2023-cü il maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh3 arasında imzalanmış xx.xx.2022-ci il tarixli borc 40017937 müqaviləsi üzrə öhdəlik Azərbaycan Kredit Bürosundan çıxarışda hesabata salınmışdır. xx.xx.2023-cü il tarixdə verilmiş 1,379,99 manat kredit tam bağlanıb və bu öhdəlik üzrə heç bir borc məbləği yoxdur. Həmin çıxarışdakı aktiv öhdəliyə tam xitam verilmişdir. Aktiv öhdəliklərin tam həcmi 0 manatdır. - Cavabdeh3 xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixində 40014916 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi və təhvil almadığı 1799,99 manat məbləğində məhsuldan imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli 40014916 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda xx.xx.2022 tarixli 40014916 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh3 sistemindəborc 0 manat təşkil edir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətində 40014916 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borcalanın adında olan 1799,99 manat artıq borc qalığı Cavabdeh3 öhdəliyidir. - 17 may 2023-cü il tarixli icra qeydindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı 40014916 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 1799 manat 99 qəpik tutulmuşdur. Borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1824 manat 99 qəpik pul tutulmuşdur. - xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsindən və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Cavabdeh3 İddiaçı qarşı olan tələb hüququ Cavabdeh2 MMC-yə keçmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə “Femida” Vəkil Bürsounun vəkili Vəkil arasında müqavilə bağlanmış və hüquqi yardımla bağlı 1350 manat ödəniş edilmişdir. - 04 aprel 2023-cü il tarixli bildirişdərn və xəbərnamədən görünür ki, "xxxx" QSC tərəfindən icra qeydinin aparılacağı barədə İddiaçı bildiriş göndərilmiş və 17 aprel 2023-cü il tarixdə "Həsənov" imzası ilə qəbul edilmişdir - İddiaçı tərəfindən "xxxx" QSC-yə ünvanlanmış ərizədən görünür ki, iddiaçı 23 mart 2023cü il tarixdə müraciət etmiş və həmin ərizə 24 iyun 2023-cü il tarixdə qəbul edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh3 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi və təhvil almadığı 1799,99 manat məbləğində məhsuldan imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli 40014916 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsindən və həmin faktorinq müqaviləsinə əlavə olunan 29 iyun 2022-ci il tarixli Sazişə əsasən Cavabdeh3 İddiaçı qarşı olan tələb hüququ Cavabdeh2 MMC-yə keçmişdir. "xxxx" QSC tərəfindən iddiaçıya bildiriş göndərilmiş, müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyindən notariusa müraciət edilərək 17 may 2023cü il tarixdə icra qeydi aparılmışdır. "xxxx" MMC tərəfindən "xxxx" QSC-yə müqavilənin ləğv edilməsi barədə məlumat verilməsinə daiir hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin Bakı Şəhəri 38 Saylı Notariat Ofisinin xüsusi notariusu X3 qəbul etdiyi xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi hissəsi əsaslıdır və iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, tələbkarın borc üzrə tələb hüququ olmadığından olmayan mübahisə üzrə icra qeydinin verilməsi əsassız olduğundan icra qeydi ləğv edilməlidir. Belə ki, icra qeydləri üzrə pul məbləğlərinin tutulması qaydasını müəyyən edən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”-nın 39.1-ci bəndinə əsasən, icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli. Eyni zamanda həmin Təlimatın 162-ci hissəsinə uyğun olaraq, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, notarius tərəfindən borcludan pul məbləğini tutmaq üçün icra qeydləri yalnız qanunvericiliklə müəyyən edilmiş müvafiq şərtlər daxilində verilə bilər. Həmin şərtlərdən biri də icra qeydlərinin iddia müddətləri ötürülməmiş tələblər üzrə verilməsidir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3 MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəllsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.4-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Hazırki iş materiallarından göründüyü kimi,İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixində 40014916 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi və təhvil almadığı 1799,99 manat məbləğində məhsuldan imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli 40014916 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmişdir. Hazırda xx.xx.2022 tarixli 40014916 saylı nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçının hər hansı borcu olmadığı halda, həmin müqavilə üzrə tələb hüququ Cavabdeh3 MMC tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ötürülmüş, nəticədə ləğv edilmiş, mövcud olmayan müqavilə üzrə icra qeydi aparılmış, iddiaçıdan öhdəliyin icra dilməsi tələb edilmişdir. Məhkəmə prosesində izahat verən hər iki cavabdehin nümayəndəsi iddiaçının borcunun olmadığını və müqavilənin ləğv edildiyini etiraf etmişdirlər. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, İddiaçı ilə “Femida” Vəkil Bürsounun vəkili Vəkil arasında müqavilə bağlanmış və hüquqi yardımla bağlı 1350 manat ödəniş edilmişdir. Məhkəmə vəkilə ödənilmiş 1350 manat puldan 200 manatın ağlabatan məbləğ olduğunu və kreditorun öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki bu hissədə tələb yalnız "xxxx" MMC-yə münasibətdə təmin edilməlidir. Belə ki məhkəmə prosesi zamanı tədqiq edilən sübutlarla "xxxx" MMC-nin əslində ləğv edilmiş müqavilə üzrə tələb hüququnun "xxxx" QSC-yə ötürüldüyü təsdiqini tapmışdır. "xxxx" QSC-yə "xxxx" MMC tərəfindən məlumat verilməsi ilə bağı sübut mülki işin materiallarında yoxdur. İddiaçının "xxxx" QSC-yə göndəridiyi bildirişlərin isə, icra qeydi artıq aparıldıqdan sonra çatması da mülki işin materialları ilə öz təsdiqini tapır. Belə olduğu halda məhkəmə hesab edir ki "xxxx" QSC-nin hərəkətkərində təqsir müəyyən edilməmişdir və iddiaçıya dəymiş maddi ziyanı "xxxx" tərəfindən ödənməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3, Bakı Şəhəri 38 Saylı Notariat ofisinə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü il tarixli icra qeydin ləğv edilməli, İddiaçı ilə "Optimal Elektronika” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, 1799.99 (bir min yeddi yüz doqsan doqquz manat doqsan doqquz qəpik) manat borc silinməli, hüquqi yardım göstəriliməsi ilə bağlı vəkilə ödənilmiş 1350 manat pulun 200 manatı və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ümümilikdə 300 manatı Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3, Bakı Şəhəri 38 Saylı Notariat ofisinə qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü il tarixli icra qeydin ləğv edilsin. İddiaçı ilə "Optimal Elektronika” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40014916 nömrəli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin, 1799.99 (bir min yeddi yüz doqsan doqquz manat doqsan doqquz qəpik) manat borc silinsin, hüquqi yardım göstəriliməsi ilə bağlı ödənilmiş 1350 manat pulun 200 manatı və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ümümilikdə 300 manatı Cavabdeh3 MMC-dən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar