Məhkəmə qərarları › İş №2(005)-3168/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3168/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3168/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxxx 2019-ci il tarixli kredit müqaviləsi üzrə 250.41 AZN əsas borc, 250,41 AZN faiz borcu və 45.7 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 342,22 AZN borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxxx 2019 -ci il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 40 lai/lə 12 a\ müddətinə 275 manat kredit götürmüşdür. “FİNtrend”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx"NikoyF' İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 855 N" Y\ xx xxx 7018 ci il tarix’i 004 №-li müqaviləyə xx xxxxxxx 2019-ci il tarixli hüquqların ötürülmə i barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend" Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “Nikoyf İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il iyunun 09 -dək Cavabdeh xx xxxxxxx 2019-ci il tarixli kredit müqaviləsi üzrə 250.41 AZN əsas borc , 48.61 AZN faiz borcu və 43.2 AZN’ cərimə borcu olmaqla ümumilikdə cəmi 342.22 AZN borcu vandır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh “İddiaçı '* ASC-nin xeyrinə xx xxxxxxx 2019-ci il tarixli kredit müqaviləsi üzrə 250.41 AZN əsas borc, 48,61 AZN faiz bocu və 43,2 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 342.22 AZN borcun, 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx/xx/2019-cu il tarixli, 8-1***-******* saylı kredit sazişinə əsasən İddiaçı ASC Cavabdeh ilə müqavilə bağlanmışdır. Bank cavabdehə istehlak məqsədləri üçün 12 ay müddətinə illik 40 % ödəmək şərtilə 275 manat məbləğində kredit limiti verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 250,41 manat əsas, 49,61 manat, 43,2 manat cərimə borcu vardır. İş materiallarında olan xx/xx/2019-cu il tarixli, 8-1***-******* saylı kredit sazişinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği 28,28 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 5 gün ərzində borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh 275 manat məbləğində kredit xətti açmağı, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 250,41 manat əsas borc, 48,61 manat faiz borcu və 43,2 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 342,22 (üç yüz qırx iki manat iyirmi iki qəpik) manat, həmçinin ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx/xx/2019-cu il tarixli, 8-1***-******* saylı kredit sazişi üzrə Cavabdeh 250,41 manat əsas borc, 48,61 manat faiz borcu və 43,2 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 342,22 (üç yüz qırx iki manat iyirmi iki qəpik) manat, həmçinin ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçıASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar