Məhkəmə qərarları › İş №2(005)-3173/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3173/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3173/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının, Cavabdeh Hüseynov Abbas İsa oğlunun iştirakı ilə, İddiaçı “xxxxxxx” MMC-nin cavabdeh Hüseynov Abbas İsa oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor “xxxxxxx” MMC ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1980-ci ildə Şərur rayonunda doğulmuş və hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olan borclu Hüseynov Abbas İsa oğlundan xx xxxx 2019-cu il tarixli müqavilə üzrə qalıq 816 (səkkiz yüz on altı) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 836 (səkkiz yüz otuz altı) manat məbləğində pul vəsaitinin alınaraq kreditor "xxxxxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 3173/2020 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Hüseynov Abbas İsa oğlu etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2018-ci il tarixli 2(005)-3173/2020 nömrəli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 3173/2020 nömrəli qərardadı ilə hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-3173/2020 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasında Hüseynov Abbas İsa oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, o həmin şirkətlə hər hansı bir müqavilə bağlamamış və məhkəmə əsassız olaraq sözügedən əmri çıxarmış və onun hüquqlarını pozaraq Mülki Prosessual Məcəlləsinin tələblərinə düzgün riayət etməmişdir. İşin faktiki hallarına əsasən hallarla razılaşmadığını, etiraz etdiyini bildirmişdir. İddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxxxxx” MMC ilə borclu Hüseynov Abbas İsa oğlu arasında bağlanmış xx.xx.2019cu il tarixli, FSK2178 nömrəli alqı-satqı müqaviləsinə əsasən “xxxxxxx” MMC cavabdeh Hüseynov Abbas İsa oğluna 12 ay müddətinə 816 manat məbləğində kredit verməyi, cavabdeh Hüseynov Abbas İsa oğlu isə həmin məbləği krediti götürməyi və həmin saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, ona hesablanmış faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq dəbbə pulunu ödəməyi barədə öhdəlik götürmüşdür; “xxxxxxx” MMC tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Hüseynov Abbas İsa oğlunun xx.xx.2019-cu il tarixli Kredit Sazişi üzrə xx.xx.2020ci il tarixə “xxxxxxx” MMC-yə 816 manat məbləğində faiz borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli, 000131 saylı ödəmə çekindən görünür ki, FSK2178 saylı müqavilə üzrə cavabdeh Hüseynov Abbas İsa oğlu 50 manat pul ödəmişdir; xx.xx.2020 il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, məhkəmədə iddia qaldırmaq üçün “xxxxxxx” MMC tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxxxxx” MMC ilə Hüseynov Abbas İsa oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FSK2178 nömrəli Kredit Sazişinə əsasən “xxxxxxx” MMC tərəfindən cavabdeh Hüseynov Abbas İsa oğluna 12 ay müddətinə 816 manat olan TV LG 32 Lİ570U almışdır. Cavabdeh Hüseynov Abbas İsa oğlu həmin əşyanı qəbul etmiş və saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə kredit məbləğinə hesablanmış faizləri, gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış dəbbə pulunu ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Hüseynov Abbas İsa oğlu üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməmiş, sazişlə müəyyən edilmiş məbləğlərdə və müddətlərdə ödənişlər etməmişdir. Nəticədə banka borcu yaranmışdır. İddiaçı Hüseynov Abbas İsa oğlunun xx.xx.2019-cu il tarixli Kredit Sazişi üzrə 816 manat məbləğində borcunun yarandığını bildirməklə bu borcun əmr icraatı qaydasında tutulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq əmri ilə bu məbləğ cavabdehdən tutulmuşdur. Lakin Hüseynov Abbas İsa oğlunun yazılı etirazı əsasında həmin əmr ləğv edilmiş və iş iddia icraatına keçmişdir. İddiaçı hazırda da həmin məbləği tələb edir. Cavabdeh qəbz təqdim edərək əsas məbləğdən 50 manat pul ödəmişdir. Eyni zamanda, əmr icraatı qaydasında məhkəməyə ərizə ilə müraciət edilərkən, “xxxxxxx” MMC tərəfindən hökumət ödəniş portalı vasitəsi ilə 30 məbləğində dövlət rüsumu ödənilmiş, lakin dövlət rüsumu istifadə edilmişdir. (qəbzin nömrəsi 475577585). Hazırda iddiaçı bu məbləği də cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə iddiaçının tələb etdiyi əsas məbləği ilə bağlı qeyd edir ki, müqaviləsi üzrə iddiaçı cavabdehdən iddia tələbində qeyd olunan məbləğdə, 816 (səkkiz yüz on altı) manat məbləğində əsas borc tələbi qismən əsaslıdır, belə ki, cavabdeh həmin müqavilə üzrə 50 manat ödəniş etmək barədə qəbz təqdim etmiş, lakin cavabdeh başqa ödənişlər etməsini bildirsə də, bu barədə sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdeh Hüseynov Abbas İsa oğlundan 766 manat pul "xxxxxxx" MMC-xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbi ilə bağlı qeyd edir ki, məhkəmə əmri haqqında ərizəyə əsasən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilməsi barədə qəbz istifadə olunub, buna görə də ödənilməmiş rüsum üçün pul iddiaçının xeyrinə tutula bilməz. İş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə alınmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Hüseynov Abbas İsa oğlundan 766 (yeddi yüz altmış altı) manat məbləğində borc “xxxxxxx” MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Hüseynov Abbas İsa oğlundan 766 (yeddi yüz altmış altı) manat məbləğində borc “xxxxxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu olaraq ödənilməmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Hüseynov Abbas İsa oğlundan tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar