Məhkəmə qərarları › İş №2(005)-3174/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3174/2021

01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3174/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh Xudiyev Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Xudiyev Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xudiyev Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xudiyev Cavabdeh 07 fevral 2012-ci il təvəllüdlü Xudiyev Hikmət Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində (175 manat) alimentin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, cavabdeh Xudiyev Cavabdeh ilə 2011-ci il tarixidə rəsmi nikaha girməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan 07 fevral 2012-ci il təvəllüdlü Hikmət adlı övladı dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuş və nəticədə 16 oktyabr 2017-ci il tarixində nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Qeyd edilənlərlə bağlı 07 fevral 2012-ci il təvəllüdlü övladı Xudiyev Hikmət Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə alimentin sabit pul məbləğində hər ay 130 (yüz otuz) manat ödənilməsi qət edilmişdir. İddiaçı bildirir ki, övladları böyüdükcə maddi çətinlikləri də artmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Xudiyev Cavabdeh iddianı qəbul etmədi və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Belə ki, Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 28 noyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 642086 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Xudiyev Hikmət Cavabdeh oğlu 07 fevral 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 24 fevral 2012-ci il tarixdə 380 nömrəsi ilə qeyd edilmişdir. Atası Xudiyev Cavabdeh, anası İddiaçı yazılmışdır; Bakı Şəhəri Nərimanov Rayon Şəhkəməsinin 2(005)-4562/2017 saylı, 12.10.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Xudiyev Cavabdeh ilə X3 arasında Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində 02 aprel 2011-ci il tarixdə, akt qeydləri kitabında 377 nömrə qeydiyyatla bağlanılmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 07 fevral 2012-ci il təvəllüdlü Xudiyev Hikmət Cavabdeh oğlu anası X2 yanında qalması, tərəflərin birgə nikahlarından doğulmuş 07 fevral 2012-ci il təvəllüdlü Xudiyev Hikmət Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 22 may 2017-cl İİ tarixdən başlayaraq Xudiyev Cavabdeh hər ay 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulması, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulması, qətnamənin alimentin tutulması hıssəsinöe dərhal icra olunması, iş üzrə ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu Xudiyev Cavabdeh aid edilməsi qət edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının yanında saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı hər uşağa 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(005)-4562/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 07 fevral 2012-ci il təvəllüdlü Xudiyev Hikmət Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Xudiyev Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar