Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3179/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn tərəfindən onun etibarından sui-istifadə edərək aldadıb aldığı 2500 manat və bunu nəticəsində ona dəymiş 750 manat olmaqla, cəmi 3250 (üç min iki yüz əlli) manat məbləğində real maddi zərərin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Qasımov X4 rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)- 31/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, Cavabdeh tamah məqsədi ilə onun etibarından sui-istifadə edərək yaşadığı İsmayıllı rayon İvanovka kəndində açılışı olacaq Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binasına mühafizəçi kimi işə düzəldəcəyinə vəd verərək xx xxxxx 2019-cu ildə kəndimizin mərkəzində ondan 1500 manat, bundan bir neçə saat sonra isə onun evinin qarşısında 500 manat və bundan bir neçə gün sonra isə İsmayıllı şəhərində Ə.Ələkbərzadə küçəsində 500 manat almaqla ümumilikdə 2500 manat məbləğini alaraq verdiyi vədi yerinə yetirməmiş, onu aldadaraq pulunu öz şəxsi mənafelərinə xərcləyərək maddi zərər vurmuşdur. Cavabdeh barəsində ona və digər zərərçəkmişlərə qarşı dələduzluq əməlinə görə barəsində AR CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanaraq iş məhkəməyə verilmişdir, İsmayıllı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)-31/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bütün istintaq dövründə və məhkəmə prosesləri dövründə hökm çıxarılanadək cavabdeh onu aldatmışdır ki, ona dəymiş zərəri tam ödəyəcəkdir. Lakin məhkəmə prosesi başa çatdırılmış, hökm oxunmuş, lakin dəymiş zərər ödənilməmişdir. Cavabdehdən pulunu almaq üçün üç dəfə Bakı şəhərinə gedib gəlməyə 150 manat, haqqında cinayət işinin istintaqı zamanı beş dəfə və iki aya yaxın davam edən beş məhkəmə prosesinə rayon mərkəzinə gəlb-getməyə 100 manat xərc çəkmiş, 2500 manat məbləğində pulunun bir ildən artıq cavabdehdə qalması nəticəsində 500 manat faydanın əldən çıxması ilə əlavə 750 manat zərər dəymişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin digər iclaslarında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirakını təmin edilməsi və ya iddia ərizəsinə cavabdehin münasibətinin yazılı surətdə məhkəməyə təqdim edilməsi barədə məktub məhkəmə tərəfindən cavabdehin hazırda cəza çəkdiyi, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməklə göndərilməsinə baxmayaraq, məhkəmə iclasında cavabdehin iştirakı təmin edilməmiş və iddiaya dair münasibət bildirirməklə ərizə təqdim etmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı məhkəməyə teleramla müraciət etmiş və göstərmişdir ki, İsmayıllı rayonu pandemiyə ilə bağlı xüsusi karantin rejmində olan ərizədir, ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İsmayıllı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)- 31/2020 saylı hökmün surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinəəsasən ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilməsi, Cavabdeh ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - xx xxxx 2020-ci il tarixdən hesablanması, Hökm qanuni qüvvəyə minənədək Cavabdeh həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Penitensiar müəssisəsi müəyyən edilməsi və qərarın surəti həmin müəssisəyə göndərilməsi hökm edilmişdir; Hökmlə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs İddiaçı ifadə verərək Elçin Muxtara və onun valideynlərinə mühafizəçi işinin olduğunu və bundan ötrü 2500 manat rüsum olaraq pul verilməli olduğunu demişdir. ….O Elçinə zəng edərək üçüncü adamı tapdığını bildirmiş vəbu danışıqdan üç saat sonra Elçin onun yaşadığı evin qarşısına gəlmişdir. O. Zahiri həmin yerə çağırmış və Elçin eynilə ona və Muxtara dediklərini Zahirə də demişdir. Zahir orada 2500 manat məbləğində pulu işə düzəlməsindən ötrü rüsum pulu kimi Elçinə vermişdir. Bundan sonra mütəmadi olaraq Elçin ona zəng edərək mühafizə işi ilə bağlı sənədlərini hazırladığını bildirmişdir məsələdən beş aydan da artıq vaxt keçmiş, lakin işləri düzəlməmişdir. Elçinin onları aldatdığını başa düşərək pullarını qaytarmağı tələb etmişlər. Elçinin pulu qaytarmaq istəmədiyini görərək 2019-cu ilin dekabr ayının sonunda Muxtarın atası Tahir ilə birlikdə Bakı şəhərinə getmişdir. Orada Elçinlə görüşərək bir daha pullarını tələb etmişlər. Elçin qısa zamanda onların pullarını qaytaracağını demişdir. Bu məsələdən xeyli müddət keçsə də Elçin onun pulunu qaytarmamış və o, bu barədə polisə müraciət etmişdir. Hazırda ona vurulmuş ziyan təqsirləndirilən şəxs Cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh iddia tələbinə münasib bildirməklə məhkəməyə göndərdiyi ərizəsində bildirmişdir ki, ididaçının pul tələbi iddiası ilə razıdır. Lakin həmin pulu hazırda ödəmək iqtidarında deyil. Həmin pulun ödənilməsinə və qətnamənin icrasına cəzasını çəkənə qədər möhlət verilməsini istəyir. xx.xx.2020-ci il tarixli qəbzə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İsmayıllı rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(037)- 31/2020 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş şəxs İddiaçı əmlakını (2500 manat məbləğində pulunu) aldatma yolu ilə ələ keçirməklə dələduzluq etdiyi müəyyən edilmiş və X6 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən aldatma yolu ilə ələ keçirdiyi ona məxsus 2500 manat məbləğində pul vəsaitinin qaytarmadığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “X2rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Bununla belə məhkəmə belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməli, Cavabdeh 2500 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia tələbinin 750 manat maddi zərərin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ona həmin məbləğdə zərər dəyməsi barədə sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddia tələbi həmin hissədə rədd olunmalıdır. Məhkəmə Cavabdeh qətnamənin icrasına möhlət verilməsi ilə bağlı irəli sürdüyü hala münasibətdə qeyd edir ki, hazırkı məsələyə baxılması qətnamənin icrası mərhələsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin tələbinə uyğun olaraq mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2500 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən vəAzərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3179/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3179/2020
25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver