Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3179/2022 25.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 46950 manat pul və ödənilmiş 30 manat dövlət rüsumun tutulmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə və ona əlavə edilmiş barışıq sazişi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq əldə olunması səbəbindən həmin barışıq sazişinin təsdiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirdi və barışıq sazişinin təsdiqlənməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə İddiaçı və Cavabdeh arasında 23 noyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamaq qərarına gəlirlər:
1. Cavabdeh hazırkı mülki iş üzrə iddia tələbini 10.000 həcmində qəbul edir, qəbul etdiyi tələb üzrə ilkin olaraq razılaşdırılmış məbləğdən 2.000 manat ödəyir, qalıq məbləğ hər ay üçün 200-300 manat olmaqla hissə-hissə ödənilir. 2.İddiaçı bu mülki iş üzrə iddia tələblərindən tamamilə - imtina edir və iş üzrə icraata xitam verilir. Beləliklə bu Sazişlə tərəflər arasında tənzimlənməyən heç bir borc qalmır. İddiaçı cavabdehlə bu mübahisə üzrə borc tələbinə dair gələcəkdə hər hansı mübahisə açmayacaq. 3.Barışıq Sazişi qətnamə qüvvəsinə malikdir və tərəflər onu sazişdə göstərilən vaxtda icra etmədikdə bu Saziş üzrə məhkəmə tərəfindən icra vərəqəsi verilərək məcburi icraya yönəldilir. 4.Tərəflər MPM-nin 52-ci maddəsinin tələbləri, doğurduğu hüquqi nəticələr ilə tanışdırlar və bu şərtləri qəbul edirlər. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Mehriban Əfəndizadə