Məhkəmə qərarları › İş №2(005)-319/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-319/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-319/2021 20.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Cavabdeh1 vəkili Vəkil Ağasəməd oğlunun iştirakı ilə, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6891,54 ABŞ dolları əsas, 7051,75 ABŞ dolları müqavilə üzrə hesablanmış faiz, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1025,28 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14968,57 ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30,40 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.01.2013-cü il tarixli, 112.PC.3104.290113.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləsinə əsasən, cavabdehə 7 ay müddətinə, illik 30% ödənilmək şərtilə 2500 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. 19.08.2015-ci il tarixli 6 saylı əlavə razılığa əsasən Kreditorla Borcalan arasında bağlanmış 29.01.2013-cü il tarixli, 112.PC.3104.290113.00001 saylı kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləsinə uyğun ayrılmış kredit (kredit xətti) istifadəçinin xeyrinə 8500 ABŞ dolları məbləğində, kredit xəttinin müddəti isə 31.08.2017-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə 112.CL.290113.00001/e saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin X2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin cavabdeh Hacıyevə Larİsa Vyaçeslavovna kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 6891,54 ABŞ dolları əsas, 7051,75 ABŞ dolları faiz, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1025,28 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14968,57 ABŞ dolları məbləğində borcu mövcuddur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil Ağasəməd oğlu iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə onların icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin vəkilinin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: 29.01.2013-cü il tarixli, 112.PC.3104.290113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqavilədən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 həmin müqavilənin hər səhifəsin deyil, yalnız müqavilənin sonunda “İstifadəçi” qrafasını imzalamışdır. 19.08.2015-ci il tarixli, 112.PC.3104.290113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə 6 saylı əlavə razılıqdan görünür ki, həmin sənədin səhifələrindəki imzalar aşkar şəkildə Cavabdeh1 29.01.2013-cü il tarixli, 112.PC.3104.290113.00001 nömrəli kredit müqaviləsindəki imzadan fərqlidir. 19.08.2015-ci il tarixli, 112.PC.3104.290113.00001/e nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləsin səhifələrində olan imza ilə 19.08.2015-ci il tarixli, 112.PC.3104.290113.00001 nömrəli kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında müqaviləyə 6 saylı əlavə razılıqdakı imza eynidir. 29.01.2013-cü il tarixli, 112.PC.3104.290113.00001/a nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilədəki borc alan və zamin qrafalardakı imzalar sonradan bağlanmış 19.08.2015-ci il tarixli, 112.PC.3104.290113.00001/e nömrəli zaminlik müqaviləsindən fərqlidir. 26.08.2021-ci il tarixli 9/4025 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən kredit müqavilələri üzrə iş materiallarında məxaricmədaxil orderlərinin olmaması, borcalanın hesablarından çıxarışlar tam olmadığından bank tərəfindən kredit məbləğlərinin verilməsini, faizlərin, cərimələrin hesablanmasını və Cavabdeh1 kredit müqavilələri üzrə "xxxx" ASC-yə borcunun olmasını müəyyən etmək mümkün olmamışdır. 20.09.2021-ci il tarixdə Cavabdeh1 vəkili Vəkil Ağasəməd oğlu məhkəməyə vəsatət təqdim etmiş və vəsasətit onunla əsaslandırmişdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş materıallardan görünür ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh1 29.01.2013-cü il tarixdə "xxxx" ASC-nin Xətai filialında “Kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması” haqqında müqavilə bağlayaraq 2500 ABŞ dolları kredit götürmüş və bir neçə dəfə “Əlavə Razılıq” sazişləri ilə həmin müqavilənin müddətini uzatmışdır. 29.08.2013-cü ildə Əlavə razılıq N3 əsasən həmin müqavilənin müddəti bir il müddətinə uzadaraq kredit həcmi 5500 ABŞ dolları müəyyən edilmişdir. 30.08.2013-cü il tarixdə (yəni bir gün sonra) artıq uzadılmış müqaviləni yenidən “Əlavə Razılıq” N4 sazişi ilə qeyri müəyyən müddətə uzadaraq kredit həcmini 8500 ABŞ dollarına qədər artırılmışdır. Sonuncu dəfə 19.05.2015-ci il tarixdə "Əlavə Razılıq” N6 sazişi ilə kredit müqaviləsi qeyri müəyyən müddətə uzadılmışdır. Göstərilən sənədlər öyrənildikdə müəyyən olunur ki, həm müqavilə, həmdə "Əlavə Razılıq” sazişləri qeyri müəyyən formada, qanun tələblərinə uyğun olmadan bağlanmışdır. Hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh1 dediyinə görə həmin müqavilə kredit yox debet kimi bağlanmış və öz vəsaitlərini xərcləmişdir. «Kredit kartlarının əldə edilməsi və onlardan istifadə olunması haqqında” müqavilə öyrənilərkən məlum olur ki, həmin müqavələnin əsas mətn olan, bütün şərtlər, öhdəliklər, vəzifələr və digər bunu kimi əhəmiyyət kəsb edən məlumatlar L V.Hacıyeva tərəfindən ümümiyyətlə imzalanmamış, yalnız müqavilənin sonuncu vərəqəsində (iş üçün əhəmiyyət kəsb edən məlumatlar olmayan yalnız tərəflərin rekvizitləri olan səhifə) Cavabdeh1 "İSTİFADƏÇİ” sözü altında imzası var. Həmin müqavilə düzgün və qanun tələblərinə uyğun tərtib edilməmişdir. Həmin müqavilənin ilk vərəqləri bütün bu uzun müddət ərzində bank tərəfindən sonradan dəyişdirilə və lazim olan hər bir məlumat, şərt, vəzifə, öhdəlik qeyd olunma ehtimalı olduğunu göstərir. Hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh1 Azərbaycan Respublikasının vətəndaşı olmaqla, milliyətçə rusdur və Azərbaycan dilini pis bilir, demək olar ki bilmir. Cavabdeh1 artıq 25 ilə yaxındır ki, heç bir yerdə işləmir və kredit ödəmə iqtidarında deyil. Müqavilə bağlanan ərəfədə bu amillər bank tərəfindən tam öyrənməli idi. Azərbaycanda kredit müqavilələrin bağlanma təcrübəsindən görünür ki, kredit ödəmə imkanları olmayan, heç bir yerdə işləməyən şəxslərə, bank tərəfindən kredit verilməsində imtina olunur. 29.08.2013-cü il tarixli "Əlavə razılıq N3” və 30.08.2013-cü il tarixli “Əlavə Razılıq” N4 sazişlərin 1 gün və 3000 ABŞ dolları fərqi ilə bağlanması şübhə doğurur. 19.08.2015-ci il tarixdə "Əlavə Razılıq” N6 sazişi öz mətnində bir-birinə zidd olan, iş üçün əhəmiyyət kəsb edən cümlələr əks etdirir. Sazişin 1.1-ci bəndində “müqaviləyə əsasən kredit xəttin müddəti 31 avqust 2017-ci il tarixinədək uzadılır” cümləsi, 3.1-ci bəndində isə ”müqavilə qeyri müəyyən müddətə bağlanır" cümləsi istifadə olunur. İddia tərəfindən məhkəməyə digər sənədlərlə birlikdə "Əlavə Razılıq” N3, “Əlavə Razılıq N4 və "Əlavə Razılıq” N6 təqdim edilmiş, lakin sıra nömrəsi ilə "Əlavə Razılıq" N1, "Əlavə Razılıq" N2 və "Əlavə Razılıq” N5 məhkəməyə qeyri müəyyən səbəblərdən təqdim olunmamışdır. İddia tərəfinin təqdim etdiyi sənədlər natamam bank müqaviləsi formasına riayət edilmədən tərtib edilmişdir Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəf cavabdeh ilə kredit müqaviləsi bağlanmasını ərizədə qeyd etsə də, məhkəməyə sübut kimi təqdim etdiyi kredit müqaviləsi və ona əlavələrdəki səhifələrdə imzaların aşkar şəkildə fərqli olduğu müəyyən olunur. Bundan başqa ekspert rəyindədə qeyd olunmuşdur ki, kredit müqavilələri üzrə iş materiallarında məxaric-mədaxil orderlərinin olmaması, borcalanın hesablarından çıxarışlar tam olmadığından bank tərəfindən kredit məbləğlərinin verilməsini, faizlərin, cərimələrin hesablanmasını və Cavabdeh1 kredit müqavilələri üzrə "xxxx" ASC-yə borcunun olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəf iddianın təmin olunması üçün əsaslı sübutlar təqdim etməmiş, təqdim etdiyi sübutlar şübhə yaratdığından, iddianın təmin olunmasına yetərli deyil. Həmçinin cavabdeh tərəfindən məhkəməyə borcun etirafına dair ərizə daxil olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd olunması daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 955 2-ci maddəsinə əsasən “Bank hesabı müqaviləsinin yazılı formasına riayət edilməməsi bi, müqavilənin etibarsızlığına səbəb olur. Belə müqavilələr əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondundan tutularaq, 30 (otuz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondundan tutularaq, 30 (otuz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar