Məhkəmə qərarları › İş №2(005)-3190/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3190/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3190/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs X6 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “Bank of Baku" ASC arasında 30.07.2018-ci il tarixdə bağlanmış CP/82916/64 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" ASC arasında CP/82916/64 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 48 ay müddətinə aylıq 320 manat 51 qəpik pul ödəmək şərtilə 10000 manat məbləğinlə kredit verilmişdir. Sözügedən kredit məbləği onun adına götürülsə də, üçüncü şəxslər X8 və X13 verilmişdir. Onlar isə vəd etdikləri kimi kredit məbləğini vaxtı-vaxtında banka ödəməmişlər. Qeyd edir ki, bankın öz işçisi saxta şəxsiyyət vəsiqəsi düzəltməklə şəkli qardaşı X7 digər məlumatlar isə ona məxsus olan şəxsiyyət vəsiqəsi və DQ seriyalı, 009675 nömrəli zabitin saxta şəxsi vəsiqəsi düzəltməklə saxta kredit müqaviləsinin bağlanmasını təşkil etmişlər. Sözügedən məsələ ilə bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılmış və 1-1(093)-92/2020 saylı, 13.08.2020-ci il tarixli qərar ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd etdiyi xüsusatlardan göründüyü kimi kredit müqaviləsinin bağlanması düzgün sənədlər əsasında həyata keçirilməmiş, saxta şəxsiyyət vəsiqəsi və zabitin şəxsi vəsiqəsi əsasında aparılmışdır. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı vəkili X12 məhkəmə iclasında iddıanın təmin olunmasını xahiş etmişdir. Əvvəli məhkəmə iclasında iştirak etmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X14 iddia ərizəsinə dair hər hansı bir fikir bildirməmişdir. Əvvəli məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, pula ehtiyacı olduğu üçün Hakimə zəng vurmuş və ondan kredit götürməsini istəmişdir. Hakimin adına öhdəlik olduğundan ona qardaşının adına kredit götürməyi təklif etmişdir. İddiaçı adına onun şəxsiyyət vəsiqəsi məlumatlarında saxtakarlıq etmək yolu ilə qardaşı Hakim kredit götürmüşdür. İddiaçı bütün bu məsələlərdən xəbəri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs X6 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxs şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin və üçüncü şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Məhkəmə iclasında X10 şahid qismində ifadə verərək bildirmişdir ki, o, İddiaçı qardaşıdır. O, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsində xidmət göstərərkən X9 və X16 onun qrup komandirləri olmuşlar. 4 il müddətində onlarla birlikdə xidmət etmiş, bir otaqda qalmış, onlara etibarı olmuşdur. 5 il Biləcəridə xidmət göstərdikdən sonra Qəbələ hərbi hissəsində xidmətini davam etdirmiş orada olarkən Zahid ona zəng etmiş və anasının xəstə olduğunu, faizə də olsa pul götürmək lazım olduğunu bildirmişdir. Daha sonra Hakimin adına kredit götürməyi təklif etmiş, lakin o, özünün başqa kredit müqaviləsi üzrə zaminliyi olduğundan mümkün olmayacağını bildirmiş, Zahid isə bankda tanışı olduğunu, həll edə biləcəyini bildirmişdir. Hakimə ailə üzvlərinin şəxsiyyət vəsiqələrini göndərməsini tapşırmışdır. O, isə özünün, atasının, anasının və qardaşının şəxsiyyət vəsiqələrini taksi ilə Zahidə göndərmişdir. Qardaşına onun sənədlərini göndərməsi barədə heç bir məlumat verməmişdir. Zahid vaxtı-vaxtında pulu ödəcəyini, heç bir problem yaranmayacağını demişdir. Sənədlər hazır olduqdan sonra Zahid ona məzuniyyət götürüb gəlməsini təklif etmiş, onlar Ayna Sultanovda kafedə oturub söhbət etmiş, Zahid ona sənədləri verib banka yaxınlaşmağı, orada sadəcə olaraq kreditə pul götürmək istədiyini deməli olduğunu bildirmişdir. Onun şəxsiyyət vəsiqəsinə qardaşı İddiaçı məlumatları yerləşdirilmiş, sənədlərdə saxtalaşdırma edilmişdir. 10.000 manat məbləğində kredit götürmüş, həmin pulun 3500 manatı Zahidin təklifi ilə özündə qalmışdır. İlk aylar Zahid ödənişləri vaxtı-vaxtında etmiş, sonradan anasının və həyat yoldaşının vəziyyəti ağır olduğundan ödənişləri edə bilməmişdir. Qubada olan 10 hektarlıq torpaq sahəsini satıb krediti bağlayacağını demişdir. Belə olduqda o özündə saxladığı 3500 manatı və kartında olan pulu, ümumilikdə 5000 manatı ödəmiş, faizlə birgə kredit müqaviləsi üzrə 6500 manat ödənilməmiş hissə qalmışdır. Sonradan qardaşı İddiaçı işə düzəlmək üçün yoxlamadan keçərkən adına kredit müqaviləsi olduğunu öyrənib, ona yığmışdır. Qardaşına hər şeyi olduğu kimi etiraf etmiş, valideynləri ilə birlikdə Qubaya getmiş atası krediti yarı-yarıya ödəməyi təklif etmişdir. Zahid, pulu aybaay ödəyəciyini demiş, 2 ay ərzində ardıcıl ödənişlər etmiş, daha sonra yenidən gecikmələr olmuşdur. Sonuncu dəfə aralarındakı razılaşmaya əsasən krediti 5000- 5000 bölüb ödəmək qərarına gəlmiş, lakin ödəniş günü Zahid zəng vuraraq krediti bağlaya bilməyəcəyini, pulu tapmadığını demişdir. İşdə olan Bakı Hərbi Məhkəməsinin 13.08.2020-ci il tarixli, 1-1(093)-92/2020 saylı qərarının surətindən görünür ki, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməsi, maddi sübut kimi tanınmış 30.07.2018-ci il tarixli CP\82916\64 nömrəli kredit sazişi, 30.08.2018-ci il tarixli 1 nömrəli əlavə-ödəniş cədvəli, İddiaçı adına olan «Kapital bank» ödəniş kartı üzrə 27.07.2017-ci il tarixdən 27.07.2018-ci il tarixədək olan saxta çıxarış, İddiaçı adına hazırlanmış, lakin Əlizadə Hakimin fotoşəkli yapışdırılmış DQ seriyalı, 009675 nömrəli zabitin saxta şəxsi və AZE seriyalı 15493678 nömrəli vətəndaşın saxta şəxsiyyət vəsiqələrinin kserosurətləri cinayət işinin materiallarında saxlanılması, təqsirləndirilən şəxs X4 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməsi, Bakı şəhəri 14 saylı Vəkil Burosunun vəkili X15 istintaq zamanı 20 (iyirmi) iş saatı müddətində göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, Ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 132 (yüz otuz iki) manat pul təqsirləndirilən şəxs X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qərara alınması qərara alınmışdır. Azərbaycan Respublikası Prokurorluğu Bakı Hərbi Prokurorluğunun 21.04.2021-ci il tarixli, HP-111/2061 saylı X7 ünvanlanmış məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə qəbul olunmuş 21 aprel 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla əməllərinizdə Azərbaycan Respublikası CM-nin 178, 310 və 320.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barənizdə həmin maddələrlə aparılan cinayət işi təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında CP/82916/64 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 48 ay müddətinə aylıq 320 manat 51 qəpik pul ödəmək şərtilə 10.000 manat məbləğinlə kredit verilmişdir. Sözügedən kredit məbləği onun adına götürülsə də, üçüncü şəxslər X11 və X13 verilmişdir. İddiaçı ilə bank arasında kredit verilməsinə dair hər hansı bir danışıq və İddiaçı tərəfindən ərizə verilməmişdir. Qeyd olunan müqavilə saxta şəxsiyyət vəsiqəsi düzəltməklə iddiaçının adınan bağlanmış, lakin iddiaçının qeyd olunan müqavilədən xəbəri olmamışdır. Sözügedən məsələ ilə bağlı cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılmış və 1-1(093)-92/2020 saylı, 13.08.2020-ci il tarixli qərar ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd etdiyi xüsusatlardan göründüyü kimi kredit müqaviləsinin bağlanması saxta əsasında həyata keçirilmiş, saxta şəxsiyyət vəsiqəsi və zabitin şəxsi vəsiqəsi əsasında aparılmışdır. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələblərinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bakı Hərbi Məhkəməsinin 13.08.2020-ci il tarixli, 1-1(093)-92/2020 saylı qərarı ilə X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməsi, maddi sübut kimi tanınmış 30.07.2018-ci il tarixli CP\82916\64 nömrəli kredit sazişi, 30.08.2018-ci il tarixli 1 nömrəli əlavə-ödəniş cədvəli, İddiaçı adına olan «Kapital bank» ödəniş kartı üzrə 27.07.2017-ci il tarixdən 27.07.2018-ci il tarixədək olan saxta çıxarış, İddiaçı adına hazırlanmış, lakin Əlizadə Hakimin fotoşəkli yapışdırılmış DQ seriyalı, 009675 nömrəli zabitin saxta şəxsi və AZE seriyalı 15493678 nömrəli vətəndaşın saxta şəxsiyyət vəsiqələrinin kserosurətləri cinayət işinin materiallarında saxlanılması, təqsirləndirilən şəxs X4 ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməsi, Bakı şəhəri 14 saylı Vəkil Burosunun vəkili X15 istintaq zamanı 20 (iyirmi) iş saatı müddətində göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, Ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 132 (yüz otuz iki) manat pul təqsirləndirilən şəxs X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qərara alınması qərara alınmışdır. Göründüyü kimi İddiaçı ilə “Bank of Baku" ASC arasında 30.07.2018-ci il tarixdə bağlanmış CP/82916/64 nömrəli kredit müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla, həmçinin saxta sənədlər əsasında bağlanmışdır. Belə ki, İddiaçı xəbəri olmadan saxtakarlıq edilməklə onun adından iradəsinə zidd əqd bağlanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində göstərdiyi hallar məhkəmə qarşısında təqdim etdiyi sənədlər, şahid ifadəsi və üçüncü şəxsin izahatı ilə sübuta yetirildiyindən iddianın əsaslı olmasına heç bir şübhə qalmamışdır. Bu səbəbdən iddia təmin edilərək, İddiaçı ilə “Bank of Baku" ASC arasında 30.07.2018-ci il tarixdə bağlanmış CP/82916/64 nömrəli kredit müqaviləsi etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə “Bank of Baku" ASC arasında 30.07.2018-ci il tarixdə bağlanmış CP/82916/64 nömrəli kredit müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar