Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3191/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı "xxxxxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxxxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxxxxx” Kommersiya Bankı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə 2017,43 AZN əsas, 11,43 AZN faiz, cəmi 2028,86 AZN və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı «xxxxxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2017,53 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə «xxxxxxx» KB ASC-yə 2017,43 AZN əsas, 11,43 AZN faiz, cəmi 2028,86 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxxxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxxxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixli, 7589rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixli, 1243sSTB/13 saylı və xx.xx.2014-cü il tarixli, 4668nkBANK/14 saylı kredit müqaviləsi üzrə 2017,53 manat restrukturizasiya olunmuş və "xxxxxxx” Kommersiya Bankı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5315.29 (beş min yüz on beş manat, iyirmi doqquz qəpik) AZN məbləğində kredit verilmişdir; "xxxxxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair sazişə əsasən tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1243sSTB/13 saylı kredit müqaviləsi üzrə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq xx xxxx 2019-cu il tarixindən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 40.51 AZN (qırx manat 51 qəpik) faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur; "xxxxxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair sazişə əsasən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4668nkBANK/14 saylı kredit müqaviləsi üzrə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq xx xxxx 2019-cu il tarixindən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 58.58 AZN (əlli səkkiz manat 58 qəpik) faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur; "xxxxxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 7589rstBANK/19 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 1,68 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 43.00 manat, sonuncu ay xx.xx.2024-cü il 37,90 manat ödəməli idi; "xxxxxxx” Kommersiya Bankı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, 7589rstBANK/19 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə "xxxxxxx” Kommersiya Bankı ASC-yə 2017,43 məbləğində əsas, 11,43 məbləğində faiz, cəmi 2028,86 manat məbləğində borcu var; "xxxxxxx” Kommersiya Bankı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən 3 iş günü müddətinə qeyd olunan borcun ödənilməsi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir; xx.xx.2017-ci il tarixdə 2 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1973-cü il tarixdə Ermənistan, Stepanavan rayonunda anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxxxxx” Kommersiya Bankı ASC tərəfindən qaldırılmış iddia üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxxxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 7589rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2017,53 AZN məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair sazişlərə əsasən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4668nkBANK/14 saylı və xx.xx.2013-cü il tarixli 1243sSTB/13 saylı müqavilələr üzrə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq xx xxxx 2019-cu il tarixindən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 58.58 AZN və 40.51 AZN faiz borcları hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur. Cavabdeh həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı "xxxxxxx” Kommersiya Bankı ASC Cavabdeh xx.xx.2019-cu il tarixli, 7589rstBANK/19 saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə banka 2017,43 məbləğində əsas, 11,43 məbləğində faiz, cəmi 2028,86 manat məbləğində borcunun yarandığını qeyd etmişdir və həmin məbləğləri cavabdehdən tələb edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kredit razılaşması üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi tam təmin edilməli, Cavabdeh 2017,43 manat məbləğində əsas borc "xxxxxxx” Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxxxxx” Kommersiya Bankı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 7589rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə 2017,43 məbləğində əsas, 11,43 məbləğində faiz, cəmi 2028,86 manat məbləğində kredit borcu və habelə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxxxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 7589rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə Cavabdeh 2017,43 (iki min on yeddi manat, qırx üç qəpik) məbləğində əsas, 11,43 (on bir manat, qırx üç qəpik) məbləğində faiz, cəmi 2028,86 (iki min iyirmi səkkiz manat, səksən altı qəpik) manatın, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxxxxx” Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3191/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3191/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver