Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-32/2020 28.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə birgə nikahdan olan xx.xx.2008-ci il təvvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq, hər ay 214 (iki yüz on dörd) manat sabit pul məbləğində alimentin, həmçinin 2009-cu ilin iyul ayından etibarən ödənilməmiş aliment məbləği 414 (6*69=414) manat, 2010-cu il üçün ödənilməmiş aliment məbləği 888 (12*74=888) manat, 2011-ci il üçün ödənilməmiş aliment məbləği 936 (12*78=936) manat, 2012-ci il üçün aliment məbləği 1068 (12*89=1068) manat, 2013-cü il üçün aliment məbləği 1140 (12*95=1140) manat, 2014-cü il üçün aliment məbləği 1260 (12*105=1260) manat, 2015ci il üçn aliment məbləği 1320 (12*110=1320) manat, 2016-cı il üçün aliment məbləği 1440 (12*120=1440) manat, ümumilikdə 8466 manat alimentin birdəfəlik onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X6 ilə 2007-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü X8 adlı oğulları anadan olmuşdur. Moskva vilayəti Korolyov məhkəmə rayonu 90 saylı məntəqəsinin Sülh Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qətnaməsinə əsasən onunla cavabdeh X6 arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Bundan əlavə Nərimanov rayon Məhkəməsinin 2(005)-9622/2016 sayli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşina çatanadək saxlanılması üçün Cavabdeh xx xxxxxx 2016-ci il tarixdən başlayaraq hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin çıxarılmasından indiyə kimi ölkədə xeyli bahalaşmanın olmasına, uşağın qida, geyim, təhsil və s. kimi zəruri xərclərə görə məhkəmə tərəfindən sabit pul məbləğində tutulmuş 117 (bir yüz on yeddi) manat alimet olduqca aşağıdır. Alimentin aşağı olmasi səbəbindən cavabdehlə birgə nikahdan olan uşağın maddi təlabatının təmin edilməsində bir sıra çətinlikləri yaranmışdır. Birgə nikahdan olan uşaq orta məktəbdə təhsil alır və təhsil xərcləri getdikcə artır. Lakin hazırki maliyyə vəziyyətində bütün bunları həyta keçirmək qeyri-mümkündür. Hesab edir ki, birgə nikahdan olan uşağın mənafeyini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını nəzərə alaraq onun saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmalı və cavabdehdən hər ay 214 (iki yüz on dörd) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Rusiya Federasiyasının vətəndaşı olması və həmin ölkədə yaşaması nəzərə alınmaqla Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(005)-3179/2018 nömrəli qərardadı ilə müvafiq məhkəmə tapşırığının Rusiya Federasiyasının aidiyyəti orqanına göndərilməsi qərara alınmışdır. Moskva vilayətinin Korolyov Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, məhkəmə tapşırığı icra olunmuş, yəni müvafiq sənədlər Cavabdeh təqdim edilmiş və onun iddia tələbinə dair münasibəti öyrənilmişdir. Cavabdehin izahatından görünür ki, o, alimentin miqdarının artırılması barədə iddia tələbini qəbul etmir, 2019-cu ildən 191 manat aliment ödəyir, pulu qardaşına göndərir, sonuncu isə həmin pulu iddiaçıya çatdırır. Azyaşlı uşağı var, fərdi sahibkardır, aylıq gəliri 80000 rubl təşkil edir. Himayəsində arvadı və iki uşağı var. Bundan başqa, birinci nikahından da böyük uşağı var, ona da könüllü köməklik göstərir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Moskva vilayətinin VVAQ Baş İdarəsinin Korolyevskiy VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-İK № 596632 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə X2 vilayətində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; Moskva vilayətinin VVAQ Baş İdarəsinin Puşkinsk VVAQ İdarəsi tərəfindən verilmiş Cəbrayıl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İİ-İK № 832840 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə xx xxxxxx 2009-cu il tarixdə 439 nömrə ilə nikahın pozulması haqqında akt qeydi tərtib olunmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9622/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçüm X1 xx xxxxxx 2016-cı il tarixdən başlayaraq hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənil-mə-si barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda ali-men-tin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məh-kəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sa-bit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hal-lar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 214 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən olunduğundan, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olduğundan, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırki iş üzrə yetkinlik yaşına çatmayan xx.xx.2008ci il təvəllüdlü X3 saxlanılmasına görə hər ay 170 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Bundan başqa iddiaçının 2009-2016-cı illər üzrə müəyyən məbləğdə alimentin tutulması tələbinə dair məhkəmə qeyd edir ki, həmin alimentin müəyyən hissəsinin tutulması icra qaydasında həll olunmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9622/2016 nömrəli xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçüm X1 xx xxxxxx 2016-cı il tarixdən başlayaraq hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırki iş üzrə iddiaçı tərəfindən aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlərin görülməsi, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırmasına dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin miqdarı artırılarkən miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırki iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumunun 170 manat olması nəzərə alınmaqla xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(005)-32/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-32/2020
28.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver