Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3209/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı, İddiaçı Cavabdeh ASC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh ASC-dən 893,57 manat və 30 manat dövlət rüsumunun qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğvi prosesində olan "Dəmir Bank'* ASC - nin cavabdeh "Avtoscrvis” MMC, İddiaçı qızma qarşı borcun tutulması tələbi barədə mülkü iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 07 may 2018 - ci il tarixli, 2(060) - 5813/2018 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apeliyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Sumqayıt şəhər məhkəməsinin 07 may 2018 - ci il tarixli 2 (060) 5813/2018 saylı qətnaməsi ilə iddası ləğv prosesində olan "Dəmir Bank” ASC - nin cavabdeh "Avtoservis'MMC - yə (zamin) İddiaçı qızma qarşı borcun tutulması tələbi barədə iddiası qismən təmin edilmiş cavabdehdən 893.57 azn pul tutularaq iddiaçıya verilməsi, qalan hissəsi isə təmin edilməməsi qəl edilmişdir. (Hakim İ.Mahmudov) Həmin qətnamədən cavabdeh İddiaçı şikayət vermişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384.02,393 və 402 maddələrini rəhbər tutaraq 25 iyun 2019-cu il tarixli, 2(105)-299/2019 saylı Sumqayıt Apelliyasiya Məhkəməsinin qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2018-ci il tarixli 2 (060) 5813/2018 saylı qətnaməsi ləğv olunub. Lakin bu müddət ərzində onun əmək haqqından 893,57 azn tutularaq, "xxxx" ASC-yə ödənilib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 vəsatət təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh ASC müflis elan edildiyindən və ləğvedici təyin edildiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsində sadalanan hallar sırasında bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddiaların dayandırılması, bank barəsində digər məhkəmə icraatına başlanılmaması və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi baqqında məhkəmə qərardad çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hüquqi şəxs ləğv edildiyindən, eləcə də müvafiq iddia tələbi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə habelə iddiaçıya izah edir ki, o, müvafiq iddia ərizəsi ilə cavabdehin ləğvedicisinə qarşı tələblə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-ci və 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3209/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3209/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver