Məhkəmə qərarları › İş №2(005)-3219/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3219/2020

30.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3219/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5865 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 5895 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB; VOEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İddiaçı' İstehsalat Birliyi xx.xx.2015-ci il tarixli, 1 saylı ‘Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə" (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evin təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana 'İddiaçı' İB-nin Bakı Regional qazın satışı Departaınentı tərəfindən **********01011 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2 yarımbəndının (bu Müqavilənin və "X2 nın tələblərinə əməl etmək) və 'X2 nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla, bundan əlavə sayğaca vizual müdaxilə etməklə təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən 'Təbii X2n pozulması haqqında' aktlar tərtib edilmişdir. Belə ki. xx.xx.2016-cı il tarixli 080962 saylı akta əsasən 320,20 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akta əsasən 215,90 manat, 02.01,2017-ci il tarixli ******* saylı akta əsasən 622 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 648.20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 663,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 788,40 manat. xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 262,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 219 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 219,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 199 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 111.60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 111,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 111,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 111,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 55,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 99 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 99 manat. xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 99 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 99 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 99 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 99 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 25,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 25,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 25,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 25,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 25,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 25,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 99 manat, xx.xx.2019cu il tarixli ******* saylı akta əsasən 208,80 manat dəymiş ziyan hesablanmışdır. Ümumilikdə 5713,90 manat dəymiş ziyan məbləği hesablanmışdır. Bundan öncə cavabdehin 151,10 manat Birliyə borcu, cəmi 5865 manat borcu var. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 5865 manat pul məbləğinin konüllu ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Eyni zamanda cavabdeh xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək etirazında bildirmişdir ki, iddiaçının ona qarşı qaldırmış olduğu iddia tələblərini qəbul etmir. Həmin iddia ona qarşı qanunsuz, qeyri etik, yoxlanılmadan və təkrarən 2-ci dəfə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırılıb. Belə ki, iddia ərizəsində guya ona məxsus olan fərdi yaşayış evində iddiaçı qaz sayğacı quraşdırıb. Onu da qeyd edir ki, ona məxsus ümumiyyətlə fərdi yaşayış evi yoxdur, o, Nərimanov rayonu ərazisində yerləşən 17 mərtəbəli binanın 15-ci mərtəbəsində yaşayır. Həmin mənzildən başqa da ona məxsus heç bir yerdə mənzil yoxdur, o cümlədən də fərdi yaşayış evi. Yaşadığı mənzildə də smart kartlı G-4 markalı 14** AZ ***1 14019318 nömrəli qaz sayğacı quraşdırılıb, heç bir zaman da o, iddiaçının dediyi kimi "təbii qazı talamamış”, nə də “oğurluq hallarına” yol verməmişdir. Bu xüsusiyyətlər onun təbiətinə uyğun deyil və belə sözlərin onun ünvanına deyilməsini özünə təhqir sayır. Ona qarşı bu təhqiramiz iddianı qaldıran İddiaçı İB-nin əməkdaşlarına bildiri ki, **********1011 saylı qaz sayğacını ona məxsus mənzilə quraşdırmayıblar və onunla da həmin sayğacın quraşdırılması barədə heç bir müqavilə bağlanmayıb, elə bir müqavilədə də onun imzası yoxdur. Heç bir vaxt da göstərilən aktlar ona qarşı tərtib edilməyib, o da elə aktları imzalamamışdır. Azərbaycan vətəndaşına qarşı ağır iddia qaldırıb 5865 AZN pul tələb etməklə Nərimanov rayon Məhkəməsinə 2-ci dəfə eyni iddia ilə müraciət edirlər. Bu iddianı qaldıran İddiaçı İB 1-ci dəfə 2018-ci ilin iyul ayında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə analoji “faktlarla“ müraciət etmiş və xx xxxx 2018-ci ildə Nərimanov rayon Məhkəməsində hakim Əliyev Abbas Baba oğlunun sədrliyi ilə həmin iddiaya baxılmış, müəyyən olunmuşdur ki, ona qarşı qaldırılan iddia tam əsassız, qanunsuzdur, İddiaçı İB-nin səviyyəsiz əməkdaşlarının yarıtmaz fəaliyyəti nəticəsində naməlum şəxslərə qanunsuz, müqaviləsiz qaz sayğacları quraşdırılır, bu səbəbdən də külli miqdarda qaz israfçılığına yol verilir. İsraf olunan qazın pulunu isə yığa bilmədikləri üçün onun kimi günahsız, bu əməllərə heç bir adiyyəti olmayan vətəndaşlara qarşı da məhkəmələrdə minlərlə, on minlərlə iddialar qaldırılıb, pullar tələb olunur. İddiaçının iddiası xx.xx.2018-ci il tarixli 2(005)-2844/2018 nömrəli Nərimanov rayon Məhkəməsinin qətnaməsinə təmin edilməmiş, ona qarşı iddialar rədd edilmişdir. İddiaçı İB Azərbaycan Respublikasının MPM-nin 233.3 maddəsinin tələblərini pozub, (Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəflərdən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər) iddia müddətini keçirəndən 2 il sonra təkrarən ona qarşı Nərimanov rayon Məhkəməsində eyni iddia tələbi sürmüşdür. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 1 N-li müqavilədən görünür ki, “İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında qaz paylayıcısı ilə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan **********01011 saylı Abonentin Saldosundan görünür ki, Cavabdeh 2013-cü il tarixdən 2019-cu il tarixədək 855 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə zərər 3202 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2016-cı il tarixdə 080962 №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə zərər 2159 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2016-cı il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə zərər 3110 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2017-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə zərər 3241 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2017-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə zərər 3318 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2017-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 3942 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2018-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 3942 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2018-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 1314 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2018-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 1095 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2018-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 1098 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2018-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 995 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2018-ci il tarixdə 015835 №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 558 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2018-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 558 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2018-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 558 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2018-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 558 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2018-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 558 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2018-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 990 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2018-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə zərər 990 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2018-ci il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 990 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2019-cu il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 990 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2019-cu il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2019-cu il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 990 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2019-cu il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 252 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2019-cu il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 252 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2019-cu il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 252 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2019-cu il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 252 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2019-cu il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 252 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2019-cu il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2019-cu il tarixdə ******* №-li akt tərtib olunmuşdur İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 990 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2019-cu il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1260 №-li aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni xətt qaynaqla kəsilmişdir. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə zərər 2088 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana dair “Təbii X2nın pozulması" haqqında xx.xx.2019-cu il tarixdə ******* №-li akt tərtib olunmuşdur. İş materiallarında olan ayr-ayrı vaxtlarda tərtib edilmiş aktlardan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmələr ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2844/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “Azəriaz” İstehsalat Birliyinin Cavabdeh qarşı təbii X2nın pozulmasına görə yaranmış borcun və debitor borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacına qeyri-qanuni birləşmələrin olduğu müəyyən edilmiş və bu barədə İddiaçı əməkdaşları tərəfindən ayrı-ayrı tarixlərdə aktlar tərtib edilmişdir. Nəticədə abunəçiyə təbii qazdan qeyri-qanuni istifadəyə görə 5865 manat hesablanaraq iddiaçının xeyrinə ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, təbii qazdan qeyri-qanuni istifadəyə görə Cavabdeh təqsirlidir və iddiaçıya vurduğu ziyana görə maddi ziyan daşıyır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, təbii qazdan qeyri-qanuni istifadəyə görə 5865 manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 5865 (beş min səkkiz yüz altmış beş) manat pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar