Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3227/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “Ferrum Capital” X1 Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Ferrum Capital” X5 Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Ferrum Capital” X1 xeyrinə 568,94 (beş yüz altmış səkkiz manat doxsan dörd qəpik) manat məbləğində əsas və 34,48 (otuz dörd manat qırx səkkiz qəpik) manat məbləğində cərimə borcunun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Ferrum Capital” X5 kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, X6 ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 981 (doqquz yüz səksən bir) manat dəyərində nisyə aldığı malın 300 (üç yüz) manatını ilkin olaraq ödəmiş, qalan 681 (altı yüz səksən bir) manatı isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 aymüddətində ödəməyi öhdəsinə götürmüşdür. “Ferrum Capital” X5 ilə fiziki şəxs X6 arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X3 Cavabdehqarşı olan 681 (altı yüz səksən bir) manatməbləğindəki tələb hüququ “Ferrum Capital” X2 keçmişdir. Eyni zamanda, tələb hüququnun “Ferrum Capital” X2 keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 nömrəli əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 nömrəli əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh sonuncu dəfə xx xxx 2020-ci ildə ödəniş etmişdir. Cavabdehin bu günə 568,94 (beş yüz altmış səkkiz manat doxsan dörd qəpik) manat məbləğində əsas və 34,48 (otuz dörd manat qırx səkkiz qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Eyni zamanda, həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş X6 ilə Cavabdeharasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli PSZ000040 nömrəli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən cavabdeh 981 (doqquz yüz səksən bir) manat dəyərində nisyə aldığı malın 300 (üç yüz) manatını ilkin olaraq ödəmiş, qalan 681 (altı yüz səksən bir) manatı isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 aymüddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş X7 ilə İddiaçı arasında imzalanan xx xxxxxx 2019-cu il tarixli R-298/19 nömrəli tələbin güzəşti barədə faktorinq müqaviləsinin və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişin surətindən görünür ki, müvafiq müqavilə və sazişə əsasən X4 X8qarşı olan 681 (altı yüz səksən bir) manatməbləğindəki tələb hüququ “Ferrum Capital” X2 keçmişdir. İş materiallarına əlavə edilmiş tələb hüququnun “Ferrum Capital” X2 keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya göndərilmiş xx xxxxxx 2020-ci il tarixli müvafiq bildirişin surətindən görünür ki, ümumilikdə 603,42 (altı yüz üç manat qırx iki qəpik) manat məbləğində qalıq borcu 3 (üç) gün müddətində tam olaraq ödənilməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh iddiaçı “Ferrum Capital” X2 568,94 (beş yüz altmış səkkiz manat doxsan dörd qəpik) manat məbləğində əsas və 34,48 (otuz dörd manat qırx səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 603,42 (altı yüz üç manat qırx iki qəpik) manat məbləğində qalıq borcu müəyyən edilmişdir. Beləliklə, müəyyən olundu ki, X6 ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 981 (doqquz yüz səksən bir) manat dəyərində nisyə aldığı malın 300 (üç yüz) manatını ilkin olaraq ödəmiş, qalan 681 (altı yüz səksən bir) manatı isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay aymüddətində ödəməyi öhdəsinə götürmüşdür. X7 ilə İddiaçı arasında imzalanan xx xxxxxx 2019-cu il tarixli R-298/19 nömrəli tələbin güzəşti barədə faktorinq müqaviləsinin və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X4 Cavabdehqarşı olan 681 (altı yüz səksən bir) manatməbləğindəki tələb hüququ “Ferrum Capital” X2 keçmişdir. Tələb hüququnun “Ferrum Capital” X2 keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya göndərilmiş xx xxxxxx 2020-ci il tarixli müvafiq bildirişin surətindən görünür ki, ümumilikdə 603,42 (altı yüz üç manat qırx iki qəpik) manat məbləğində qalıq borcunun 3 (üç) gün müddətində tam olaraq ödənilməyəcəyi təqdirdə iddiaçı şəxs tərəfindən məhkəmədə mülki iddia qaldırılacağı barədə Cavabdeh xəbərdar edilmişdir. Cavabdeh iddiaçı “Ferrum Capital” X2 568,94 (beş yüz altmış səkkiz manat doxsan dörd qəpik) manat məbləğində əsas və 34,48 (otuz dörd manat qırx səkkiz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 603,42 (altı yüz üç manat qırx iki qəpik) manat məbləğində qalıq borcu müəyyən edilmişdir. Məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər; 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə, yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər; 657.3-cü maddəsinə əsasən faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 568,94 (beş yüz altmış səkkiz manat doxsan dörd qəpik) manat məbləğində əsas və 34,48 (otuz dörd manat qırx səkkiz qəpik) manat məbləğində cərimə borcu, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı olmaqla, cəmi 633,82 (altı yüz otuz üç manat səksən iki qəpik) manatməbləğində pul vəsaititutularaq “Ferrum Capital” X2 ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3227/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3227/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver