Məhkəmə qərarları › İş №2(005)-323/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-323/2022

28.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-323/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istifadə etdikdən sonra ona məxsus əmlakın istifadə etdikləri 2-ci və 3-ci mərtəbədə yerləşən mənzilinə vurduğu maddi zərərə görə 20130 (iyirmi min yüz otuz) manat pulun və mənəvi zərərə görə isə 3000 manat pulun, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı müvafiq iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, “Elit SRC Group" MMC ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istifadə etdikdən sonra ona məxsus əmlakın istifadə etdikləri 2-ci və 3-cii mərtəbələrinin döşəmə (pıtı olan lamina-parketləri, pilləkənləri və məlıəcərlərini, divarların və tavanın şpaklyovka və rəngini, sanuzelin kafel- metlax və krantıları, sistilik və cərəyan sistemini yararsız vəziyyətə salaraq ona təhvil vermədən çıxıb getmişlər. Qeyd edir ki, “Legitim Qiymətləndirmə və Consulting" MMC tərəfindən əmlakıma dəymiş zərərlə bağlı qiymətləndirmə aparılmışdır və ümumi zərər olaraq 20130 (iyirmi min yüz otuz) manat məbləğində müəyyən olunmuşdur. Onlara dəfələrlə məlumat verməyinə baxmayaraq ona dəymiş zərəri ödəməkdən boyun qaçırırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçı şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda 07.03.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh tərəf olaraq Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” iddia tələbinə dair ərizə ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə vurulmuş ziyana görə 20130 (iyirmi min yüz otuz) manat maddi, 3000 (üç min) manat mənəvi ziyan və ödənilmiş 30 (otuz) manat pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı qızma ödənilməsi məhkəmədən xahiş edilmişdir. Aşağıda göstərilənlərə əsasən, İddiaçı cavabdeh tərəf olaraq Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi barədə” iddia tələbi rədd edilməlidir. İlk öncə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hazırki İddiaçı qızma məxsus deyildir. Həmin əmlak X3 məxsusdur. Bu isə o deməkdir ki, iddiaçının hazırki iddia tələbinə münasibətdə subyektiv hüququ yoxdur. 27 avqust 2012-ci il tarixli (Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəjıət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan əlavə, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X7 ilə Cavabdeh MMC arasında sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsi vardır. Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2(103)-4733/2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X8 və X1 ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılması, X9ma təhvil verilməsi, iddiaçı X2 58 797 manat pul məbləğinin alınaraq Cavabdeh MMC-yə verilməsi, iddiaçı X7 tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh MMC-yə pulun ödənilməsi ilə cavabdehlərin ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılaraq boşaldılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli 2( 103)-4733/2018-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-11/2022 saylı 16.02.2022-ci il tarixli qərardadı vardır. İddiaçı iddia ərizəsində maddi ziyanın kim tərəfindən, nə vaxt və hansı şəraitdə vurulması barədə hər hansı mülahizə qeyd etməmişdir. Belə ki, həmin qeyri-yaşayış sahəsi uzun müddətdir ki, təxminən 2019- cu ilin may ayından etibarən Cavabdeh MMC-nin istifadəsində deyildir. Həmin vaxtdan hazırki vaxtadək ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində Cavabdeh MMCnin fəaliyyəti olmamışdır və adıçəkilən qeyri-yaşayış sahəsindən istifadə edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" MMC-nin 01.09.2021-ci il tarixli, 130/2021 №-li hesabatdan görünür ki, ünvan 5 ünvanında yerləşən 3 mərtəbə və mansard hissədən ibarət 280 kv.m ümumi sahəli qeyri-yaşayış obyektinin 2-ci və 3-cü mərtəbələrinə dəymiş ziyanın ümumi miqdarı 20.130 manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 107, mənzil 8A X10 adına 06.10.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 X4 adına 09.10.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-4733/2018 saylı, 05.07.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X5 və (müstəqil tələb irəli sürən üçüncü şəxs) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-902/17 saylı, 20 dekabr 2017-ci il tarixli qətnaməsinin qismən, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına aid hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilməsi, iddiaçı X2 58797 (əlli səkkiz min yeddi yüz doxsan yeddi) manat almaraq ^EYıt SRC Group” MMC-yə verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh MMC-nin iddiasının qalan hissədə təmin edilməsi, qətnamənin cavabdehlərin apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı X7 tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh MMC-yə pulun ödənilməsi ilə cavabdehlərin ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılaraq qeyri-yaşayış sahəsinin boşaldılması eyni vaxtda icra edilməsi, iddiaçı X7 tərəfmdən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, onun tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-11/2022 saylı, 16.02.2022-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, borclu X3 məxsus olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi İddiaçı ona məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, qeyd edilən ünvanın mülkiyyətçisi X6r. Bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla təsdiq olunmuşdur. Məhkəmə belə hesab edir ki, İddiaçı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırsa da belə bir tələblə iddia qaldırmağa subyektiv hüquqlarının olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar