Məhkəmə qərarları › İş №2(005)-3230/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3230/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3230/2020 02.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 İddiaçı X1 xeyrinə müştərək qaydada İddiaçı ASC-ııin xeyrinə xx xxxx 2019 il tarixli kredit müqaviləsi üzrə banka 230.64 manat əsas borc, 8.65 manat faiz borcu və kredit müqaviləsi üzrə xx xxxx 2020 il tarixdən, xx xxxxxx 2020 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 2.3 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 241.59 (iki yüz qırx bir manat əlli doqquz qəpik) manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 1000 (min) manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxx 2020-ci ilədək Cavabdeh1 banka xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 230.64 (iki yüz otuz manat altmış dörd qəpik) manat əsas borc, 8.65 (səkkiz manat altmış beş qəpik) manat faiz borcu və kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 2.3 (iki manat otuz qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 241.59 (iki yüz qırx bir manat əlli doqquz qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh1 xx xxxx 2019-cu il larixli kredit müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən “xxxxxx” İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 1000 (min) manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, borcun təminatı olaraq Cavabdeh2 ilə İddiaçı ASC arasında xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər İddiaçı ASC qarşısında birgə məsuliyyət daşıyır və borcludur. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 1000 (min) manat məbləğində kredit vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh1 hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 İddiaçı X3nə230.64 (iki yüz otuz manat altmış dörd qəpik) manat əsas borc, 8.65 (səkkiz manat altmış beş qəpik) manat faiz borcu və kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 2.3 (iki manat otuz qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 241.59 (iki yüz qırx bir manat əlli doqquz qəpik) manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı X3 tərəfindən cavabdehlərə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, müvafiq kredit müqaviləsi üzrə hesablanmış ödənilməmiş borcun 5 gün müddətində qaytarılması, əks təqdirdə müvafiq iddia ərizəsi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi ilə bağlı bank cavabdeh şəxsi xəbərdar etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 oğu ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı 00****** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1989-cu il tarixdə Şəki şəhərində anadan olmuş Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ASAN 1 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1982-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş Cavabdeh2 oğu ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı X3 tərəfindən 20 (iyimi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, Cavabdeh1 xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 28 faizlə 12 ay müddətinə 1000 (min) manat kredit götürmüşdür.Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışlar. xx xxxxxx 2020-ci ilədək Cavabdeh1 banka xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 230.64 (iki yüz otuz manat altmış dörd qəpik) manat əsas borc, 8.65 (səkkiz manat altmış beş qəpik) manat faiz borcu və kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixdən, xx xxxxxx 2020ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 2.3 (iki manat otuz qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 241.59 (iki yüz qırx bir manat əlli doqquz qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”.Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-ııin xeyrinə xx xxxx 2019 il tarixli kredit müqaviləsi üzrə banka 230.64 manat əsas borc, 8.65 manat faiz borcu və kredit müqaviləsi üzrə xx xxxx 2020 il tarixdən, xx xxxxxx 2020 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 2.3 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 241.59 (iki yüz qırx bir manat əlli doqquz qəpik) manat borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı X1 xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar