Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3230/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə bəndlərinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korperasisiyası” Açıq Səhmdar Cəmiyyətindən 20271 (iyirmi min iki yüz yetmiş bir) manat maddi ziyanın, ödənilmiş dövlət rüsumu 30-manatın, nümayəndə və vəkil üçün ödənilmiş 71 manat 50 qəpik pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 21 dekabr 2011-il tarixli, 14640-№-li mənzilin alqı-satqı müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində, Nərimanov rayon ərazisində 1937-saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa etdirdiyi 8 saylı binanın, 3-cü blok, 341-saylı 3 otaqdan ibarət, ümumi sahəsi 135.02-kv.metr göstərilən mənzili ona, yəni İddiaçı satmış, mənzil həmin tarixdən ona təhvil verilmişdir. Müqavilənin şərtlərinə görə onun tərəfindən müqavilədə göstərilən 8 saylı yaşayış binasının, 3-cü blok, 341-saylı 3 otaqdan ibarət, ümumi sahəsi 135.02- kv.metr göstərilən mənzilin hər kvadrat metri üçün 788,88-manat olmaqla, 105.164 AZN pul cavabdehə tam ödənilmişdir. Cavabdeh tərəfindən ona 06 avqust 2020-ci il tarixdə verilmiş 00096-nömrəli maliyyə arayışından da görünür ki, onun Bakı şəhəri, Nərimanov rayonu, 1937- saylı məhəllədə "xxxx" ASC tərəfindən inşa olunmuş, Əliyar Əliyev küçəsi, bina 8, giriş 12, M17-m3, 135.02 kv.metr ümumi sahəsi olan mənzil üçün bağlanmış 14640-saylı, 21.12.2011-ci il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. Ona verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********663-05301-093122, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 08.09.2020-ci il olan, Azərbaycan Respublikası Əmlak X4 yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ÇİXARİŞ-dan görünür ki, ona, yəni İddiaçı "xxxx" ASC tərəfindən 14640-saylı, 21.12.2011-ci il tarixli müqaviləyə əsasən satılmış mənzilin ümumi sahəsi 115,2-kvadrat metrdir. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzilin texniki pasportunu və Çıxarışı alandan sonra bilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti mənzili ona satan zaman alqı-satqı müqaviləsinin şərtlərini pozaraq, ona müqavilədə göstərildiyindən ümumi sahəsi az mənzil sahəsi verməklə ona aldatmışdır. Həmin mənzilin ümumi sahəsi faktiki olaraq 115.2-kv.metr olduğu halda, cavabdeh tərəfindən müqavilədə mənzilin ümumi sahəsi 135.02kv.metr (135.02-115.2=19.82) göstərilməklə, 19.82 kv.metr artıq göstərilmişdir. Həmin sahəyə görə ondan 15.437.40-manat artıq pul alınmışdır. Onunla cavabdeh arasında bağlanmış sazişə uyğun olaraq cavabdehin əməkdaşlıq etdiyi “Beynəlxalqbank" ASC-i ilə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə mənzilin alqı-satqı müqaviləsində artıq göstərilən mənzil sahəsi üçün ödədiyim artıq məbləğin faizinə görə 4171.58-manat pul ödənmişdir. Həmçinin o, həmin mənzildə yaşadığı müddətdə hər ay mənzilin hər kvadrat metrinə görə 0.35-manat olmaqla hesablanan kommunal xərcləri də mənzilin ümumi sahəsini 135.02-kv.metr göstərməklə ondan kommunal xərcləri artıq alınmışdır. Artıq alınmış kommunal xərc 662-manat olmuşdur. Bununla da cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korperasisiyasf ASC-nin təqsiri üzündən ona 15.437.40+4171.58+662=20271-manat ziyan dəymişdir. O, cavabdeh tərəfindən ondan artıq alınmış pulun qaytarılması və vurulmuş zərərin ödənilməsi barədə cavabdehə rəsmi müraciət etsə də cavabdeh onun müraciətinə cavab verməmişdir. Bütün bunlara əsasən hesab edir ki, cavabdehin təqsiri üzündün ona dəymiş cəmi 20271 (iyirmi min iki yüz yetmiş bir) manat maddi ziyanın, ödədiyim dövlət rüsumu 30-manatın, nümayəndəm və vəkili üçün ödədiyi 71 manat 50 qəpik pul cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korperasisiyası" Açıq Səhmdar Cəmiyyətindən alınaraq ona verilməlidir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı qəbul etməyərək iddiaya yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı Cavabdehdən 21.12.2011-ci il tarixli, 14640 saylı alqı-satqı müqaviləsi əsasında mənzil (Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi küçəsi, bina 8, blok 3, mənzil 341) almışdır. 29.12.2007-ci il tarixli, 5221 saylı alqı-satqı müqavilələsinin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə mənzilin qiyməti 105164 manat müəyyən edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsinə mənzillərin divarlarının, arakəsmələrinin sahəsi, dəhlix və eyvanların sahəsi, habelə yardımçı sahələrdə daxildir. Nəzərə çatdırır ki, qeyd olunan bina layihə əsasında inşa edilmiş, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi tərəfindən 2012-ci ildə təsdiq olıunmuşdur. Mənzilin sahəsi mövcud ölçmə qaydaları əsasında hesablanaraq Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi küçəsi, bina 8, blok 3, mənzil 341 sahəsi 135.02 kv.m. müəyyən edilmişdir. Bina layihəyə uyğun tikilmiş, müvafiq dövlət qrumları tərəfindən qəbul edilmiş və istismarına icazə verilmişdir. Cavabdeh mənzilləri satarkən mənzillərin sahəsini alqı- satqı müqavilələrində layihədə qeyd olunan sahələrə uyğun göstərir. Cavabdeh mənzilləri kvadrat metrlə deyil, vahid qiymənlə satır. Mənzilin sahəsi inşa edilərkən həmin dövrdəki qaydalarla ölçülərək müəyyən edilmiş və sahəsi 135.02 kv mütr olmaqla müvafiq dövlət qrumları tərəfindən işçi layayihəsi təsdiq edilməklə inşa edilmişdir. Mənzil vahid qiymətlə satıldığı üçün bu günki qaydalarla hesablanaraq sahəsi daha az müəyyən edilsəydi də mənzilin qiyməti dəyişməyəcəkdi. İddiaçı alqı-satqı müqavilələrini bağlayarkən bilirdi ki, mənzillərin qiyməti vahid qiymətlə müəyyən edilib. Nəzərə çatdırır ki, Cavabdeh tərəfindən mənzillər İddiaçıya təhvil verilərkən İddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir prctenziyasının olmadığım təsdiq etmişdir. İddiaçı mənzilləri təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzillərin sahəsi ilə bağlı Cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Hazırda qeyd olunan binadakı mənzillərə reyestrdən çıxarışlar verilir və Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti mənzillərin sahəsini ölçərkən Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edir. Həmin qaydalara əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar(verandalar)-l,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İddiaçı iddia tələbində aldığı mənzillərin sahəsinin.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələrinə uyğun olmadığını əsas gətirir. Bununla bağlı qeyd etmək istəyirlər ki, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2012- ci il tarixli 392-İVQ nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək qüvvədə olan ərazi planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə qüvvəsini saxlayır. Qevd olunan Qanunun 7-ci bəndinə əsasən Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Həmin Qanunun 9-cu bəndinə əsasən Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətinə qüvvədədir. Mənzilin sahəsinin ölçülməsi müxtəlif dövrlərdə fərqli olduğuna və qanunvericiliyin dəyişməsi ilə ölçmə qaydaları dəyişdiyinə görə alqı satqı mtiqavilərində mənzillərin göstərilən ölçüləri hazırda verilən dövlət reyestrindən çıxarışlarda qeyd olunan mənzillərin sahələrinin ölçüləri ilə uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı iddiası əsassız olduğu üçün təmin edilməməsini bildirmişdir. Həmçinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, Cavabdeh tərəfindən mənzil İddiaçıya təhvil verilərkən İddiaçı təhvil-təslim aktında binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzili təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzilin sahəsi ilə bağlı Cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. Mənzilin alınmasından 10 il keçmiş, uzun müddətdən sonra iddiaçının əsassız iddialarla məhkəməyə müraciət etməsi tam qanunsuzdur. Azərbaycan Respublikası Mülki məcəlləsinin (bundan sonra “MM” adlanacaq) 373.1 -cı maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya verinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 372.2,-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-nin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-nin 373.3-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. MM-nin 373.4-ci maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.İddia müddətinin tətbiq edilməklə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 21.12.2011-ci il tarixli, 14640 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa etdirdiyi 8 saylı binanın, 3 blok, 341 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 135,02 kv.m olan mənzili alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 105164 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini hər ay hərkv.metri üçün 778,88 manat məbləğində ödəniş etməklə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 1.1-ci, 2.1-ci, 3.2.2.2.1 bəndləri). Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci maddəsində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir; -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin 06.08.2020-ci il tarixli, 00096 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu, 1937 saylı məhəllədə "xxxx" ASC tərəfindən inşa olunmuş, Ə.Əliyev küçəsi, bina 8, giriş 12, M 17-m3, 135,02 kv.metr ümumi sahəsi olan mənzil üçün bağlanmış 14640 saylı, 21.12.2011-ci il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. -"xxxx" ASC-nin İddiaçı ünvanlandığı məktubdan görünür ki, Baki şəhəri, Qaçaq Nəbi küçəsi, ev 2. mənzil 176 ünvanında yaşayan İddiaçı (ş/v: AZE********. Xətai RPİ 24.11.2010-ci il) ondan ötrü ki, 21.06.2012-ci il tarixdə Baki şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllədə. Ə.Əliyev küçəsi. 8 saylı bina, 3 blok, 341 saylı 3 otaqdan ibarət ümumi sahəsi 135.02 kv.m olan mənzil görə bağlanmış kredit müqaviləsinə əsasən (h/n: ********************) ona 52 ay müddətinə 51342.33 маnat məbləğində kredit verilmişdir. Kredit və ona hesablanmış faizlər tam ödənilmişdir və 04.02.2016-ci ilə banka ssuda borcu yoxdur. -X3 İndustrial Co LTD-nin 25.11.2019-cu il tarixli 1010/C saylı arayışından görünür ki, İddiaçı, "xxxx" ASC-nin inşa etdiyi ünvan 2 ünvanında yerləşən Kosmos yaşayış kompleksində bina 8, blok 3, mənzil 305-in 01 Yanvar 2020-ci il tarixinədək şirkətə olan kommunal borcunu tam olaraq ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 341 (yeni qaydalarla: AZ 1033, ünvan 3 ünvanda yerləşən mənzil sahəsi 115.2 kv. metr olmaqla İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi nömrəsi ilə 08.09.2020-ci il tarixdə qeydiyyat aparılmışdır; İddiaçı 01 aprel 2021-ci il tarixli məktubundan görnür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək, müvafiq müqavilədən irəli gələn mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli 10/3512 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalan”-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllədə Əliyar Əliyev küçəsi 8 nömrəli bina, 3-cü blok, 341 nömrəli mənzilin ümumi sahəsinin 107,76 m2 təşkil etdiyi müəyyən olunur, Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllədə Əliyar Əliyev küçəsi 8 nömrəli bina, 3-cü blok, 341 nömrəli mənzilin faktiki ümumi sahəsinin (balkona azalma əmsalı tətbiq olunmadıqda) 114,91 kv.m təşkil müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq aparılmış hesablamalarla müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllədə Əliyar Əliyev küçəsi 8 nömrəli bina, 3-cü blok, 341 nömrəli mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə sahəsi hesablandıqda həmin mənzilin sahəsinin 129,0 m2 təşkil etdiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllədə Əliyar Əliyev küçəsi 8 nömrəli binanın, 3-cü blok, 341 nömrəli mənzilin işçi layihəsinə uyğun olaraq inşa edildiyi müəyyən olunur. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, mülki işin mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 21 dekabr 2011-il tarixli, 14640-№-li mənzilin alqı-satqı müqaviləsi ilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində, Nərimanov rayon ərazisində 1937-saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa etdirdiyi 8 saylı binanın, 3-cü blok, 341-saylı 3 otaqdan ibarət, ümumi sahəsi 135.02-kv.metr göstərilən mənzili İddiaçı satmış, mənzil həmin tarixdən İddiaçı təhvil verilmişdir. Müqavilənin şərtlərinə görə onun tərəfindən müqavilədə göstərilən 8 saylı yaşayış binasının, 3-cü blok, 341-saylı 3 otaqdan ibarət, ümumi sahəsi 135.02- kv.metr göstərilən mənzilin hər kvadrat metri üçün 788,88-manat olmaqla, 105.164 AZN pul cavabdehə tam ödənilmişdir. İddiaçı 01 aprel 2021-ci il tarixli ərizə ilə"xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək, müvafiq müqavilədən irəli gələn mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edilməsini xahiş etmiş, lakin bir nəticə əldə edilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli 10/3512 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhərində, Nərimanov rayon ərazisində 1937-saylı məhəllədə Əliyar Əliyev küçəsində inşa etdirdiyi 8 saylı binanın, 3-cü blok, 341-saylı 3 otaqdan ibarət mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə yaşayış evinin ümumi sahəsi 129,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59.1-ci bəndində əsasən Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci bəndində əsasən Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü bəndində əsasən Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-ında göstərilir: Balkon -fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança; 3. Yaşayış binasının və onun yerləşgələrinin sahələrinin, tikinti sahəsinin və tikinti həcminin hesablanması. 3.2 Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri diva və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında) məbəceərinyerləşdiyi sahə nəzərə alınmadan Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 21 dekabr 2011-ci il tarixli, 14640 saylı mənzilin alqı-satqı müqaviləsi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddia qismən əsaslıdır. Belə ki, fərdimüəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan “kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 437.1-ci maddəsinin şərtinin pozulması əsasından çıxış edilsə, iddiaçı hazırki iddianı verməkdə haqlıdır. Çünki alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh öz üzərinə alıcıya müqavilə üzrə şərtləşdirilmiş ölçüdə (miqdarda) olan əşyanı verməyi, alıcı isə həmin əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilədən də göründüyü kimi, cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada 135,02 kv.metr sahədən ibarət mənzili satmalı olduğu təqdirdə, qeyd edilən mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti ekspertizasının aparılmasının nəticəsi olaraq əldə edilmiş müvafiq rəylə müəyyən edilmişdir ki, 129,0 kv.metr sahədən (arakəsmələr daxil edilməklə) ibarət olan mənzili satmışdır. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Alıcı mənzilin müqavilədəki dəyərinin onun sahəsinə uyğun olaraq (135,02 kv.metr sahə üçün) müəyyənləşdirildiyini düşünərək, sözügedən mənzilin 105164 manat məbləğində dəyərləndirilməsini özü üçün münasib dəyər hesab etmiş və həmin şərtlərlə müqaviləni imzalamağa razılıq vermişdir. Hazırda iddiaçı şəxs məhkəmədən ona dəymiş zərərin ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçıya dəyən zərər mənzilin müqavilədə göstərilən sahəsi, yəni 135,02 kv.metr sahədən ekspert rəyi ilə müəyyən edilmiş real sahəsi 129,0 kv.metr sahə çıxılmaqla, ekik qalan 6 kv.m-1kv.m üçün nəzərdə tutulmuş dəyəri ilə hasili hesablanmaqla müəyyən edilməlidir. (778.88 x 6=4.673,28 manat) Bundan başqa məhkəmə cavabdehin iddianın müddəti tətbiq etməklə, iddiadan imtina barədə qərar çıxarılması barədə ərizəsinə münasibət bildirərək aşağıdakəları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizə ilə razılaşmır. Belə ki, cavabdeh daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il olduğunu qeyd edərək iddia müddətinin ötürüldüyünü bildirmişdir. Lakin məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddiası maddi zərərin pdənilməsi ilə bağlı olduğundan iddia müddəti tətbiq edilə bilməz. Bundan başqa iddiaçıya müqavilə üzrə hüquqlarının pozulması mənzilə çıxarış əldə edərkən, yəni 08.09.2020-ci il tarixdə məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu, hüquqi xidmətə görə 71,50 (yetmiş bir manat, əlli qəpik) məbləğində pul cavabdehə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4.673,28 (dörd min altı yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) manat məbləğində maddi ziyan, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, hüquqi xidmətə görə 71,50 (yetmiş bir manat, əlli qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3230/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3230/2021
13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver