Məhkəmə qərarları › İş №2(005)-3237/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3237/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3237/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X4, Cavabdeh ASC-nin nümayəndəsi Ömərov Şahin Akif oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “müqavilənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC Xəzər filialı İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 17-xx-xx-102660 saylı müqavilənin ləğv edilməsi və 676,11 (altı yüz yetmiş altı manat, on bir qəpik) ABŞ dolları yəni, 1195,27 manat faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ASC Xəzər filialı arasında xx.xx.2015-ci il tarixli, 25-xx-xx-014121 saylı müqailə bağlanmış, həmin kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün 48 (qırx səkkiz) ay müddətinə, illik 28% (iyirmi səkkiz) olmaqla, İddiaçı 2515 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçının manatla kredit əldə etmək istəyinin əksinə olaraq müqavilədə həmin məbləğ ABŞ Dolları ilə rəsmiləşdirilmiş, bu barədə tərəfə əlavə məlumat verilməmiş, aylıq ödəniş 87,65 manat qeyd olunmaqla müqavilənin ayrılmaz tərkib hissəsi əlan 1 saylı əlavə təqdim edilmişdir. Bütün bunlara baxmayaraq aylıq 87.65 (səksən yeddi manat, altmış beş qəpik) manat olmaqıa kredit borcu ödənilmişdir. Həmin Fərmanın tələblərinə əsasən Maliyyə X2 və "Cavabdeh”ın rəhbərliyi tərəfindən 676 (altı yüz yetmiş altı) ABŞ dolları yəni, 1195,27 manat borcun restrukturizasiya olunmasına dair müqavilə olduğuna həmin borcun silinməsinin mümkün olmadığı qeyd edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 9329/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən 2260,7 ABŞ dollar əsas və 676,11 ABŞ dollar borclu İddiaçı tutularaq Cavabdeh ASC-yə ödənilməsi müəyyən olunmuş və 2260,7 ABŞ dollar əsas borc tam şəkildə tələbkara ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Ömərov Şahin Akif oğlu iddianı qəbul etməmiş və iddiaya etiraz edərək məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır, iddiaçı öz iddiasında qeyd etdiyi kimi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Məlum Fərmanının tələblərinə əsasən onunla "Cavabdeh" ASC arasında xx.xx.2019-cu il tarixdə 17-xx-xx-102660 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilədə də iddiaçının bildirdiyinin əksinə olaraq, borcun silinməsi haqqında heç bir tələb yoxdur. İddia tələbindən görünür ki, iddianın əsas mahiyyəti həmin kredit müqaviləsinin ləğvidir. Sözügedən müqavilə də "Cavabdeh" ASC tərəfindən məlum Fərmandan irəli gələn tələblər əsasında tərtib edilmişdir. Məlum Fərmana görə isə vətəndaşların sərəncamına veriləcək kompensasiyanın məbləğinin müəyyən edilməsi, vətəndaşlarla yeni restrukturizasiya müqavilələrinin bağlanması, qalıq borcların müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X2 (indiki hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı) tərəfindən müəyyən edilir. Buna sübut edən xüsusat Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən tərtib edilən "Problemli kreditlərin kompensasiyasına" dair çıxarışdır. Həmin çıxarışda da İddiaçı qalıq borc məbləği Mərkəzi Bank tərəfindən 1195.33 nanat məbləğində müəyyən edilmişdir. "Cavabdeh" ASC həmin çıxarış əsasında iddaçı ilə 1195.33 manat məbləğində olmaqla xx.xx.2019-cu il tarixdə 17-xx-xx-102660 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. Göründüyü kimi kreditor olaraq "Cavabdeh" ASC-nin və ya digər bank və kredit təşkilatlarının sərbəst şəkildə vətəndaşların sərəncamına veriləcək mqdarını müəyyən etməsi, yeni restrukturizasiya müqavilələrinin bağlanması, qalıq borcların müəyyən etməsi səlahiyyətləri yoxdur. İddiaçı cavabdeh "Cavabdeh" ASC-nə qarşı "müqavilənin ləğv edilməsi və borcun silinməsi" iddia tələbi inzibati səciyyəli olduğundan əsassız və qanunsuzdur. Belə ki, iddia tələbi inzibati oqanın (Azərbaycan Respublikasının Mərkəzi Bankının və s.) məcburetmə - öhdəliyinin icrası, öhdəliyin ləğvi haqqında birləşdirilmiş tələb olduğundan iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankını cavabdeh qismində, "Cavabdeh" ASC-ni isə üçüncü şəxs qismində qoymaqla inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməli idi. İddia tələbindən irəli gələn vəzifələr Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə tənzimlənir ki, bu səlahiyyət də "Cavabdeh" ASC-nə aid deyildir. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alınaraq, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və borcun silinməsi” tələbi iddiası əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə cavabdeh "Cavabdeh" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 25-xx-xx-014121 saylı kredit müqaviləsinə əsasən "Cavabdeh" ASC İddiaçı 48 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 2515 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh İddiaçı isə həmin məbləğdə krediti qəbul etməyi, kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, hesablanmış faiz borcunu ödəməyi, habelə gecikmələrə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür; Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 25-xx-xx- 014121 saylı kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 87,66 ABŞ dolları ödəməli idi; Maliyyə X2nın internet saytından çıxarılan məlumatın surətinə əsasən İddiaçı xx xxxxxx 2015-ci il tarixinə 1356,42 manat kompensasiya, 1195,33 qalıq borc və 2551,75 manat xx.xx.2019-cu il tarixinə əsas kredit borcu müəyyən olunmuşdur; İddiaçı ilə cavabdeh "Cavabdeh" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 17-xx-xx-102660 saylı kredit müqaviləsinə əsasən "Cavabdeh" ASC İddiaçı 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 1195,27 manat məbləğində kredit verməyi, cavabdeh İddiaçı isə həmin məbləğdə krediti qəbul etməyi, kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, hesablanmış faiz borcunu ödəməyi, habelə gecikmələrə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür; Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 17-xx-xx- 102660 saylı kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 1 AZN, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 25,41 AZN ödəməli idi; İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış ərizəsinə əsasən o xx xxxxx 2015-ci il tarixdə Cavabdeh ASC Xəzər filialından 23-xx-xx-014121 saylı kredit müqaviləsinə əsasən manatla alınmış məbləğ müqavilədə dollarla tərtib olunub. Azərbaycan Respublikasının Hörmətli Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həll ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli № 551 Fərmanına uyğun olaraq 1195.27 manat məbləğindəki qalıq əsas kredit borcun restrukturizasiya olunması zamanı Sizin banka və Maliyyə X2 tərəfindən faiz borcu 676 dollar silinməsinə baxılmamışdır. Sonra Sizin tərəfınizindən xx.xx.2019-cu il tarixində Azadlıq filialına dəvət olunmuş, şikayətinə baxılıb həll olunacağını bildirilmiş və həmin gündə yeni kredit müqaviləsi bağlanıldı. Onun tərəfindən yeni müqavilə tərtib olunan zaman bildirilmiş, sizin qalıq məbləğinə 676 dollar faiz borcu restrukturizasiya olunacaq və silinəcək. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış ərizəsinə əsasən mən xx xxxxx 2015-ci il tarixdə Cavabdeh ASC Xəzər filalından 23-xx-xx-014121 saylı kredit müqaviləsinə əsasən manatla alınmış məbləğ müqavilədə dollarla tərtib olunub. Azərbaycan Respublikasının Hörmətli Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həll ilə bağlı əlavə tədbirlər haqqında“ xx.xx.2019-cu il tarixli № 551 Fərmanına uyğun olaraq 1195.27 manat məbləğindəki qalıq əsas kredit borcun restrukturizasiya olunması zamanı Sizin banka və Maliyyə X2 tərəfindən faiz borcu 676 dollar silinməsinə baxılmayıb. Sonra Sizin tərəfınizindən xx.xx.2019-cu il tarixində Azadlıq fılalına dəvət olundum şikayətimə baxılıb həll olunacağını bildirdiniz və həmin gündə yeni kredit müqaviləsi bağlanıldı. Sizin tərəfinizdən yeni müqavilə tərtib olunan zaman bildirdiniz ki, sizin qalıq məbləğinə 676 dollar faiz borcu restrukturizasiya olunacaq və silinəcək. Ona görə də Sizin tərəfinizdən xx.xx.2019-cu il tarixində bağlanmış № 17-19-23- 102660 kredit müqaviləsinə etiraz edirəm, ləğv olunsun, restrukturizasiya düzgün aparılmadığına görə icrası dayandırılsın və yenidən baxılmasını tələb etmiş, ona görə də Sizin tərəfinizdən xx.xx.2019-cu il tarixində bağlanmış № 17-19-23- 102660 kredit müqaviləsinə etiraz etmiş, ləğv olunsun, restrukturizasiya düzgün aparılmadığına görə icrası dayandırılsın və yenidən baxılmasını tələb edirəm. Azərbaycan Respublikasının Hörmətli Prezidentinin yuxarıda qeyd olunan Fərmanın icrası restrukturizasiya ilə əlaqədar düzgün icra olunmayıb və faiz borcu silinməyib. CavabdehASC-nin Azadlıq fılalı tərəfindən xx.xx.2019-cu il tarixində bağlanmış № 17-xx-xx-102660 kredit müqaviləsinin ləğv olunmasına nəzarət edəsiniz və müvafiq köməklik edilməsini xahiş etmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli, 26-07970- 2020 saylı məktubunun surətinə əsasən İddiaçı ərizəsinə cavab olaraq, qeyd edilən məsələ “Cavabdeh" ASC ilə birgə araşdırılmış və bank tərəfindən təqdim edilmiş məumata əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmana uyğun olaraq 1195.27 manat məbləğindəki qalıq əsas kredit borcunuzun restrukturizasiya olunması məqsədilə onunla bank arasında xx.xx.2019-cu il tarixində yeni kredit müqaviləsi rəsmiləşdirilmişdir. Hər bir şəxs özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını müdafiə və təmin etmək məqsədi ilə qanunvericiliyə müvafiq olaraq məhkəmə müdafiəsindən istifadə etmək hüququna malkdir. Bununla əlaqədar Fərman çərçivəsində bankla aralarında imzalanmış restrukturizasiya müqaviləsindən narazılığı məhkəmə qaydasında mübahisələndirə bilməsi bildirilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı oğlu tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "Cavabdeh" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 17-xx-xx-102660 saylı kredit müqaviləsinə əsasən "Cavabdeh" ASC İddiaçı 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 1195,27 manat məbləğində kredit verməyi, cavabdeh İddiaçı isə həmin məbləğdə krediti qəbul etməyi, kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, hesablanmış faiz borcunu ödəməyi, habelə gecikmələrə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür; Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 17-xx-xx-102660 saylı kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 1 AZN, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 25,41 AZN ödəməli idi. Hazırda iddiaçı müqavilənin ləğv edilməsi və 676,11 (altı yüz yetmiş altı manat, on bir qəpik) ABŞ dolları yəni, 1195,27 manat faiz borcunun silinməsiini xahiş edir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 422-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur (maddə 421.1). Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4-cü maddələr). İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar müqavilənin ləğvinə əsas ola biləcək halları kimi qiymətləndirilə bilməz Çünki tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıya 1195,27 manat məbləğində kredit verilmiş və müqavilənin şərtlərinə əsasən kredit ödənişlərini bir neç ay 1 manat olmaqla həyata keçirmiş, sonradan ödənişləri dayandırmışdır. Həmin kredit müqaviləsi bağlanarkən iddiaçı bilirdi ki, müqavilənin müddəti, hüququi nəticələri nədən ibarətdir. İddiada qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı müqavilənin ləğv edilməsi üçün əsas olan hallar göstərə bilməmişdir. Bu baxımdan məhkəmə iddiaçının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı qeyd etdiklərini əsaslı hesab etmir, belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə məhz elə bu əsasla ləğv edilə bilməz. Məhkəmə müqavilənin ləğvi ilə yanaşı, iddiaçının 1195,27 manat məbləğində brrcun silinməsinə münasibətdə qeyd edir ki, bu tələb əsassızdır, təmin oluna bilmz. Belə ki, iddiaçı 1195,27 manat borcun restrukturizasiya olunmasına dair müqaviləni könüllü imzalamış, əqd bağlanan zaman iddiaçının həmin əqdin məzmununun səhv başa düşməsini iddia etmək inandırıcı və ağlabatan deyildir. Araşdırma zamanı İddiaçı ilə cavabdeh "Cavabdeh" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 17-xx-xx-102660 saylı kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Müqavilənin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı əqdi imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. İddiaçı tərəfindən müqavilənin məzmununda yanılmanın olması mümkün deyildir. Digər tərəfdən, iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya vacib əhəmiyyətli yanaşmadan bəhs etmək mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Müqavilənin ləğvinin nəticələrini tənzimləyən bu maddi hüquq normalarından göründüyü kimi, müqavilənin ləğv edilməsi zamanı tərəflərin öhdəliklərinə xitam verilərək, öhdəliklər üzrə icra edilmişlərin biri-birindən tələb edilməsinin istisna edilməsi yalnız müqavilənin xarakterindən ayrı qaydanın irəli gəlmədiyi hallarda mümkündür. Mülki Məcəllənin 422.3-cü maddəsindən göründüyü kimi, məhkəmənin müqaviləni ləğv edərkən onun ləğvinin nəticələrinin müəyyənləşdirilməsi imkanı məhz tərəflərdən birinin bununla bağlı tələbinin irəli sürülməsi ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.3-cü maddəsinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “müqavilənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “müqavilənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia rədd еdilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar