Məhkəmə qərarları › İş №2(005)-3239/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3239/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3239/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı oglunun cavabdeh “xxxx” ASC-yə qarşı “borcun tam ödənilməsi barədə arayışın verilməsi və artıq ödənilmiş 292 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oglu cavabdeh “xxxx” ASC-yə qarşı “borcun tam ödənilməsi barədə arayışın verilməsi və artıq ödənilmiş 292 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcun tam ödənilməsi barədə arayışın verilməsi və artıq ödənilmiş 292 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən "Cavabdeh” ASC-nin ona qarşı pul tələbi təmin edilərək iddiaçıdan 1229.6 manat məbləğdə kredit borcu, 689.27 manat məbləğdə faiz borcu olmaqla, cəmi 1918.9 manat və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun alınıb CavabdehASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli, 2(107)-784/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəmə Mühasibatlıq Ekspertizasının rəyi ilə onun 27.05.2016-cı il tarixədə banka 1216.53 manat əsas borc üzrə, 25.14 manat faiz borcu olması müəyyən olunmuşdur. Ancaq məhkəmə qətnaməsindən o gec xəbərdar olduğundan qətnamə üzrə icra vərəqəsi əmək haqqına yönəldilmiş, 27 yanvar 2016-cı il tarixdən sonra 1534 manat banka ödəniş etdiyi hesab çıxarışla təsdiq olunur. İddiaçı nümayəndəsi və vəkili Ruhiyyə Kərimli işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Mingəçevir şəhər məhkəməsinin 29 dekabr 2017-ci il tarixli, 2(051)-851/2017 saylı qətnaməsinə əsasən "Cavabdeh” ASC-nin iddiası təmin edilərək İddiaçı 1229.6 manat məbləğdə kredit borcu, 689.27 manat məbləğdə faiz borcu olmaqla, cəmi 1918.9 manat və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun alınıb CavabdehASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2021-ci il tarixli 09/1055 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 17 may 2014-cü il tarixli K-1469M/F saylı kredit müqaviləsi üzrə İddiaçı 18 dekabr 2018ci il tarixə banka olan borcu aşagdakı kimi müəyyən olunur. O cümlədən 18.12.2018-ci il tarxdə əsas borc üzrə 303.23 manat, faiz borcu 0,81 manat müəyyən olunur.Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 17 may 2014-cü il tarixli K-1469M/F saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən banka ödənilmiş artıq ödəniş müəyyən olunmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci madəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır; 954.1-ci maddəsinin tələbinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür; 959.1-ci maddəsinin tələbinə görə bank müştərinin hesabına daxil olmuş pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda və ya bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın; 965.2.4-ci maddəsində nəzərdə tutulmuşdur ki, dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 29 dekabr 2017-ci il tarixli, 2(051)-851/2017 saylı qətnaməsinə əsasən "Cavabdeh”ASC-nin iddiası təmin edilərək İddiaçı 1229.6 manat məbləğdə kredit borcu, 689.27 manat məbləğdə faiz borcu olmaqla, cəmi 1918.9 manat və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun alınıb CavabdehASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı oglu cavabdeh “xxxx” ASC-yə qarşı “borcun tam ödənilməsi barədə arayışın verilməsi və artıq ödənilmiş 292 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcun tam ödənilməsi barədə arayışın verilməsi və artıq ödənilmiş 292 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2021-ci il tarixli 09/1055 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 17 may 2014-cü il tarixli K-1469M/F saylı kredit müqaviləsi üzrə İddiaçı 18 dekabr 2018ci il tarixə banka olan borcu aşagdakı kimi müəyyən olunur. O cümlədən 18.12.2018-ci il tarxdə əsas borc üzrə 303.23 manat, faiz borcu 0,81 manat müəyyən olunur.Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 17 may 2014-cü il tarixli K-1469M/F saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən banka ödənilmiş artıq ödəniş müəyyən olunmadı. Araşdırma zamanı iddiaçı şəxs İddiaçı iddia ərizəsində iddia etdiyi 292 manat artıq ödəməsinin olması və borcunun olmaması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bank, yəni cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla bağlı cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı oglunun cavabdeh “xxxx” ASC-yə qarşı “borcun tam ödənilməsi barədə arayışın verilməsi və artıq ödənilmiş 292 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oglunun cavabdeh “xxxx” ASC-yə qarşı “borcun tam ödənilməsi barədə arayışın verilməsi və artıq ödənilmiş 292 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar