Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3241/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 200000 manat ziyanın kompensasiya şəklində ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin mümkünlüyü məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2955/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(005)-3077/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “özəlləşdirmə qəbzlərinə görə kompensasiya” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardadlar onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-673/2021 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı ona vurulmuş 60.000 manat maddi ziyanın ödənilməsini, hazırki iddia ərizəsində isə 200000 manat maddi ziyanın ödənilməsini tələb edir. Qətnamə ilə iddiaçı cavabdeh tərəfindən ona maddi ziyanın vurulmasını sübuta yetirə bilmədiyindən iddia təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, hazırki iddia tələbinin dəyəri artmış olsa da, mahiyyət etibarilə iddiaçı eyni əsaslardan çıxış edərək, eyni predmet və eyni cavabdehə qarşı ikinci dəfə məhkəmədə iddia qaldırır. Həmçinin qeyd edilən qərardadlardan aydın olur ki, İddiaçı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə eyni məzmunlu iddia tələbi ilə müraciət etmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(005)-4639/2021 saylı və 29 iyun 2022-ci il tarixli, 2(005)-3001/2022 saylı qərardadları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Yuxarıda sadalanan məhkəmə aktlarından iddiaçı tərəfindən şikayət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin eyni Məcəllənin 153.5 və 153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, iddianın icraata qəbul edilməsindən imtina edilərsə, iddiaçı yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, ərizəçi yalnız həmin qərardaddan şikayət verə bilər. Hazırki iş üzrə iddiaçı isə eyni tərəf, eyni predmet, eyni əsaslarla (yalnız iddianın məbləği fərqli) mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, eləcə də eyni iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi ilə bağlı məhkəmənin bir neçə qanuni qüvvəyə minmiş qərardardı olmasına baxmayaraq, həmin məhkəmə aktlarından (qətnamə və qərardaddan) şikayət vermədən, yenidən eyni iddia ilə məhkəməyə müraciət etmişdir. Müvafiq iddia ərizəsinin icraata qəbul edilməsi isə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməz hesab edilir. Mülki Prosessual Məcəllənin 153.3 və 153.4-cü maddələrinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3241/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3241/2023
04.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver