Məhkəmə qərarları › İş №2(005)-3247/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3247/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3247/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə İddiaçı Ləğv prosesində olan İddiaçıASC-nin nümayəndəsi-X3 Cavabdeh-Cavabdeh2, onun vəkili Yusifov Ülvi Rövşən oglunun iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçıASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçıASC-nin ləğvedicisi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 300.070 (üç yüz min yetmiş) manat əsas borcun, kreditdən istifadəyə görə hesablanmış 64.365 (altmış dörd min üç yüz altmış beş) manat faiz borcunun və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 281.276 (iki yüz səksən bir min iki yüz yetmiş altı) manat əsas borcun, 60.569 (altmış min beş yüz altmış doqquz) manat faiz borcunun, ümumilikdə isə 706.280 (yeddi yüz altı min iki yüz səksən) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub Ləğv prosesində olan İddiaçıASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Ləğv prosesində olan İddiaçıASC ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli 02 saylı və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqavilələri bağlanmışdır. Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 02 saylı kredit müqaviləsinə əsasən illik faizi 12% olmaqla 24 ay müddətinə 325.500 manat və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən illik faizi 12% olmaqla 12 ay müddətinə 281.400 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinə əsasən borcalan kredit qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq Cavabdeh1 keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcun ödənilməsindən yayınmışdır. Digər Cavabdeh2 ilə xx.xx.2011-ci il tarixli və xx.xx.2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Müqaviləyə görə o, borclunun kreditor qarşısında öhdəliyinin tam icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. Hal-hazırda Cavabdeh1 xx.xx.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə əsas borcu 300.070 (üç yüz min yetmiş) manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcu 64.365 (altmış dörd min üç yüz altmış beş) manat, cəmi isə 364.435 (üç yüz altmış dörd min dörd yüz otuz beş) manat və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə isə əsas borcu 281.276 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcu 60.569 (altmış min beş yüz altmış doqquz) manat, cəmi isə 341.845 (üç yüz qırx bir min səkkiz yüz qırx beş) manat faiz təşkil edir. Ləğv prosesində olan İddiaçıASC tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 300.070 (üç yüz min yetmiş) manat əsas borcu, 64.365 (altmış dörd min üç yüz altmış beş) manat faiz borcu, cəmi 364.435 (üç yüz altmış dörd min dörd yüz otuz beş) manat kredit borcu və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 281.276 manat əsas borcu, 60.569 (altmış min beş yüz altmış doqquz) manat faiz borcu, cəmi 341.845 (üç yüz qırx bir min səkkiz yüz qırx beş) manat borcu, ümumilikdə isə hər iki müqavilə üzrə 706.280 (yeddi yüz altı min iki yüz səksən) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçıASC-nin ləğvedicisi X1 ödənilməsi qət edilmişdir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsindən xəbəri olmamış, ümumiyyətlə məhkəmə iclasından xəbəri olmamış, yalnız icra mərhələsində məlumatı olmuşdur. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(2(005)- 274/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2018 nömrəli, xx.xx.2020 -ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-274/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçıX5 nümayəndəsi ---------------------------X4 iddia tələbinin məznununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək ona münasibətdə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 oglu məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azər-bay-can Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dindəyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: iş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli, 02 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçıASC Cavabdeh1 illik 12% faiz olmaqla, 24 ay müddətinə 325.500 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 02 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün sonuncu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 07 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçıASC Cavabdeh1 illik 12% faiz olmaqla, 12 ay müddətinə 281.400 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 07 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün sonuncu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 300.070 (üç yüz min yetmiş) manat əsas borcu, 64.365 (altmış dörd min üç yüz altmış beş) manat faiz borcu, cəmi 364.435 (üç yüz altmış dörd min dörd yüz otuz beş) manat borcu və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 281.276 (iki yüz səksən bir min iki yüz yetmiş altı) manat əsas borcu, 60.569 (altmış min beş yüz altmış doqquz) manat faiz borcu, cəmi 341.845 (üç yüz qırx bir min səkkiz yüz qırx beş) manat borcu, ümumilikdə isə hər iki müqavilə üzrə 706.280 (yeddi yüz altı min iki yüz səksən) manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq, bildiriş və pretenziya məktublarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçıASC tərəfindən borcun ödənilməsi üçün xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 32541 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 300.472,42 manat əsas borcunun, 951,50 manat faiz borcunun; xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 281.322,50 manat əsas borcunun, 12.566,03 manat faiz borcunun olması müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçıASC ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixli 02 saylı və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqavilələri bağlanmışdır. Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 02 saylı kredit müqaviləsinə əsasən illik faizi 12% olmaqla 24 ay müddətinə 325.500 manat və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən illik faizi 12% olmaqla 12 ay müddətinə 281.400 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 ilə xx.xx.2011-ci il tarixli və xx.xx.2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Müqaviləyə görə o, borclunun kreditor qarşısında öhdəliyinin tam icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin icrası üçün onunla birgə və eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 1.1-ci bəndinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il tarixli 02 saylı və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqavilələri üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Ləğv prosesində olan İddiaçıX6 cavabdehilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 02 saylı nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş xx.xx.2011-ci il tarixdə, sonuncu ödəniş xx.xx.2013-cü il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizləri ən geci xx.xx.2013-cü il tarixdə qaytarılmasını razılaşdırmışlar. Eyni zamanda Ləğv prosesində olan İddiaçıX6 cavabdehilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 07 saylı nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş xx.xx.2013-cü il tarixdə, sonuncu ödəniş xx.xx.2014-cü il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizləri ən geci xx.xx.2014-cü il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2011-ci il tarixli 02 saylı və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin Cavabdeh2 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2014-cü və xx.xx.2015-ci il tarixlərədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh2 aid hissədə rədd edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Cavabdeh1 tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas məbləğdə tam təmin olunmalı, faiz məbləgdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 32541 nömrəli ekspert rəy ilə müəyyən olunmuş xx.xx.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 951,50 manat faiz borcu; xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 12.566,03 manat faiz borcu tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 300.070 (üç yüz min yetmiş) manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 951.50 (doqquz yüz əlli bir manat əlli qəpik) manat faiz borcu və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 281.276 manat əsas borc, 12.566,03 (on iki min beş yüz altmış altı manat üç qəpik) manat faiz borcu, ümumilikdə isə 594.863,53 (beş yüz doxsan dörd min səkkiz yüz altmış üç manat əlli üç qəpik) manat borciddiaçı Ləğv prosesində olan İddiaçıX5 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2011-ci il tarixli 02 saylı kredit müqaviləsi üzrə 300.070 (üç yüz min yetmiş) manat əsas borc, kreditdən istifadəyə görə hesablanmış 951.50 (doqquz yüz əlli bir manat əlli qəpik) manat faiz borcu və xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi üzrə 281.276 (iki yüz səksən bir min iki yüz yetmiş altı) manat əsas borc, 12.566,03 (on iki min beş yüz altmış altı manat üç qəpik) manat faiz borcu, ümumilikdə isə 594.863,53 (beş yüz doxsan dörd min səkkiz yüz altmış üç manat əlli üç qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçıX5 xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh1 tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar