Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3277/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlaka (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1.555 (bir min beş yüz əlli beş) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ilə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə, müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. xx xxxxxx 2018-ci il tarixli 506-K nömrəli əmrlə administrator vəzifəsinə keçirilmiş, xx xxxxxx 2020-ci il tarixli 026 nömrəli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixdə “Oba-Nərimanov 10” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair aktlara əsasən yekun ziyan məbləği 1.802 (bir min səkkiz yüz iki) manat məbləğində zərər vurması məlum olmuşdur. xx xxxxxx 2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”dən məlum olur ki, borclu Cavabdeh kreditor İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə 1.578 (bir min beş yüz yetmiş səkkiz) manat məbləğində borcun yarandığını tam etiraf etmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 247 (iki yüz qırx yeddi) manat mələğində güzəşt edilmiş, qalıq borc 1.555 (bir min beş yüz əlli beş) manat məbləğində təşkil etmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla da, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək və Mülki Məcəllələrinin müvafiq müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X1 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli əmək müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin İddiaçılər Şəbəkəsinə xx xxxx 2017-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və əmək haqqı ştat cədvəlinə əsasən 153 (bir yüz əlli üç) manat olmaqla ödənilməsi müəyyən edilmişdir; “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli “X1” haqqında müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-200-ci maddələrinə əsasən işçilərə verilən sərvətlərin saxlanılması, emalı, satışı, daşınması və ya istehsal prosesində tətbiri ilə bilavasitə əlaqədar vəzifələr tutan və ya bu cür işləri yerinə yetirən 18 yaşına çaymış işçi ilə onun tutduğu vəzifə və qurduğu iş üzrə onunla X1 haqqında tələbləri özündə əks etdirir. Maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və qeyd edilmiş müvafiq vəzifələri icra etməyə borcludur (1-ci maddə); “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, tərəflər arasında xx xxxx 2017-ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul edilməklə, əmək haqqının ştat cədvəlinə əsasən 153 (bir yüz əlli üç) manat olmaqla ödənilməsini nəzərdə tutan müddətsiz əmək müqaviləsi bağlanmışdır; “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2017-ci il tarixli 318-K nömrəli əmrindən çıxarışın məzmunundan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin İddiaçılər Şəbəkəsinə xx xxxx 2017-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, əmək haqqının ştat cədvəlinə əsasən 153 (bir yüz əlli üç) manat olmaqla ödənilməsi əmr edilmişdir. Əsas kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi göstərilmişdir; “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2018-ci il tarixli 506-K nömrəli vəzifə dəyişikliyi haqqında əmrdən çıxarışın məzmunundan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə xx xxxxxx 2018-ci il tarixdən administrator vəzifəsinə keçilməsi, əmək haqqının ştat cədvəlinə əsasən 175 (bir yüz yetmiş beş) manat olmaqla ödənilməsi əmr edilmişdir. Əsas kimi tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavə və işçinin razılıq ərizəsi göstərilmişdir; “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli “X1” haqqında müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-200-ci maddələrinə əsasən işçilərə verilən sərvətlərin saxlanılması, emalı, satışı, daşınması və ya istehsal prosesində tətbiri ilə bilavasitə əlaqədar vəzifələr tutan və ya bu cür işləri yerinə yetirən 18 yaşına çaymış işçi ilə onun tutduğu vəzifə və qurduğu iş üzrə onunla X1 haqqında tələbləri özündə əks etdirir. Maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və qeyd edilmiş müvafiq vəzifələri icra etməyə borcludur (1-ci maddə); “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış departamenti-vəzifə (administrator) təlimatının məzmunundan görünür ki, administrator işlədiyi mağazada çalışan əməkdaşların fəaliyyətinə nəzarət edən, satış hədəflərinin reallaşmasından məsul olan şəxsdir; xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixdə “Oba-Nərimanov 10” mağazasında aparılmış “İnventarizasiya Nəticələrinə” dair aktların məzmunlarından görünür ki, Cavabdeh yekun ziyan məbləği 1.802 (bir min səkkiz yüz iki) manat məbləğində zərər vurması məlum olmuşdur; “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnventarizasiya Şöbəsinin Araşdırma bölməsinə verilmiş inventarizasiya araşdırma prosesi zamanı tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli iltizamnamənin məzmunundan görünür ki, Cavabdeh araşdırma ilə tanış olmuş, heç bir narazıçılığının və etirazının olmadığını bildirmişdir; “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi fəaliyyətdə olan inventarizasiya komissiyasına verilmiş inventarizasiya araşdırması tam yekunlaşdırıldıqdan sonra rəsmiləşdirilmiş xx xxxxxx 2020-ci il tarixli iltizamnamənin məzmunundan görünür ki, Cavabdeh araşdırma ilə razı qaldığı müəyyən edilmişdir; xx xxxxxx 2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”nin məzmunundan görünür ki, borclu Cavabdeh kreditor İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə 1.578 (bir min beş yüz yetmiş səkkiz) manat məbləğində borcun yarandığını tam etiraf edir (1.1-ci və 1.2-ci bəndlər). Tərəflər arasında razılaşdırılmış şərtə əsasən borclu borc məbləğini xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 131,50 (bir yüz otuz bir manat əlli qəpik) manat məbləğində olmaqla 12 (on iki) ay ərzində tam olaraq borcverənə ödəməyi öhdəsinə götürmüşdür (2.1-ci bənd); Cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli ərizəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir; “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 026 nömrəli əmrdən çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış 1 şöbəsinin administratorunun əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilməsi, son haqq-hesabı olan istifadə edilməmiş 15,59 (on beş tam yüzdə əlli doqquz) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əsas kimi Cavabdeh ərizəsi göstərilmişdir; xx xxxxxx 2020-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin məzmunundan görünür ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən cəmiyyətin 026 nömrəli əmri ilə tərəflərin birinin təşəbbüsü ilə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən) xitam verilmişdir; İddiaçı Cavabdeh ünvanladığı xx xxxx 2020-ci il tarixli DN-3035 nömrəli xəbərdarlıq məktubunun surətindən və məzmunundan görünür ki, İddiaçı Nərimanov 10 filialında onun administrator vəzifəsində işlədiyi dövrdə fəaliyyətinin xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixlərdə yoxlanılmış və 1.802 (bir min səkkiz yüz iki) manat əskik məbləği aşkarlanmışdır .Vəzifə təlimatına, eləcə də, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən (administrator ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır) administrator olaraq ona etibar edilmiş əmlakdan 1.802 (bir min səkkiz yüz iki) manat əskikgəlmə aşkar edilməklə, cəmiyyətə həmin məbləğdə maddi ziyan vurduğu müəyyən edilmişdir. Keçən dövr ərzində 247 (iki yüz qırx yeddi) manat məbləğində güzəşt edilmiş faktiki qalıq borcu 1.555 (bir min beş yüz əlli beş) manat məbləğində təşkil etmişdir. Bu baxımdan, 3 (üç) gün müddətdə maddi ziyanı cəmiyyətə ödənilməsi, əks təqdirdə onun barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir; İddiaçı xx xxxx 2020-ci il tarixli “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışın məzmunundan görünür ki, xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixlərdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 1.802 (bir min səkkiz yüz iki) manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 1.802 (bir min səkkiz yüz iki) manat məbləğində çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 247 (iki yüz qırx yeddi) manat məbləğində pul vəsaiti cəmiyyət tərəfindən güzəşt edilməklə 1.555 (bir min beş yüz əlli beş) manat (1.802-247=1.555) məbləğində borcu qalmışdır; 2 saylı Ərzai Vergilər Baş İdarəsinin müvafiq çıxarışının surətindən görünür ki, xx xxxx 2016-cı il tarixdə ********** nömrəli VÖEN ilə qeyd edilən idarədə qeydiyyatdan keçən əvvəlki adı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti olan hazırkı adı İddiaçı hüquqi ünvanı ünvan 1 qeyd edilmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ilə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə, müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və onunla “X1” haqqında müqavilə imzalanmışdır. xx xxxxxx 2018-ci il tarixli 506-K nömrəli əmrlə administrator vəzifəsinə keçirilmiş, xx xxxxxx 2020-ci il tarixli 026 nömrəli əmrlə Cavabdeh işdən azad edilmişdir. xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixlərdə “Oba- Nərimanov 10” mağazasında Cavabdeh çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində onun cəmiyyətə xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair aktlara əsasən yekun ziyan məbləği 1.802 (bir min səkkiz yüz iki) manat məbləğində zərər vurması məlum olmuşdur. Tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”yə əsasən borclu Cavabdeh kreditor İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə 1.578 (bir min beş yüz yetmiş səkkiz) manat məbləğində borcun yarandığını tam etiraf etmişdir. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 247 (iki yüz qırx yeddi) manat mələğində güzəşt edilmiş, qalıq borc 1.555 (bir min beş yüz əlli beş) manat məbləğində təşkil etmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə müvafiq xəbərdarlıq məktubu göndərilmiş, lakin sonuncu tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur; 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1.555 (bir min beş yüz əlli beş) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3277/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3277/2020
08.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver