Məhkəmə qərarları › İş №2(005)-3279/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3279/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3279/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə icarə müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Lehiş Bağ massivində yerləşən əvvəllər sahəsi 0,25 ha olmuş 2013 saylı bağ sahəsiindən hazırda qalan 0,13 ha bağ sahəsinə anası Xeyransa Abdul qızı ilə icarə müqaviləsinin 1989-cu ildən bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1950-ci ildə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində anadan olmuş, valideynləri X10 və Xeyransa Abdul qızı olmuş və onların ailə üzvləri ilə birlikdə istifadəsində Bakı şəhəri Sabunçu rayonu Lehiş Bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 2013 saylı bağ sahəsi olmuş, həmin bağ sahəsinə dair Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının anası Xeyransa Abdul qızının aralarında xx.xx.1986-cı il tarixlil 5931 saylı müqavilə bağlanmışdır. 1988-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə vətəndaşların istifadəsinə yalnız sahəsi 0,12 ha olan bağ sahələrinin verilməsinin münkünlüyünə dair sərəncam verildikdən sonra iddiaçının anası Xeyransa Abdul qızının razılığı ilə sahəsi 0,25 ha bağ sahəsinin 0,12 ha bağ sahəsinə X6 ilə 2013 saylı və 15931 nömrəli xx.xx.1989-cu il tarixli icarə müqavəsi bağlanmışdır. Qalan 0,13 ha bağ sahəsi ilə iddiaçının anasının və onun ailə üzlərinin istifadəsində qalmışdır. xx.xx.1991-ci ildə iddiaçının anası Xeyransa Abdul qızı, xx.xx.1993-cü ildə isə atası X11 vəfat etmişdir. Anası vəfat etdiyindən sağlığında öz adına qalan 0,13 ha torpaq sahəsinə icarə müqaviləsini olmamış, buna baxmayaraq valideynlərinin vəfatından sonra bu günədək həmin bağ sahəsi iddiaçının istifadəsində qalmışdır. Hazırda xx.xx.1991-ci ildə vəfat etmiş anası Xeyransa Abdul qızından miras qalmış əmlaklara dair Bakı şəhəri 39 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmışdır. Bu əsaslarla iddiaçı hesab edir ki, mərhum anası Xeyransa Abdul qızı istifadəsində qalmış o,13 ha bağ sahəsinə axırıncı ilə icarə müqaviləsi bağlanmış hesab edilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili iddia iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə bildirmişdir ki, İddiaçı bağ qonşusudur. Ona məxsus 1745 saylı bağ sahəsi ilə iddiaçının istifadəsində olan bağ sahəsi bir yolun əks tərəflərində yerləşir, iddiaçının ata anası ilə üzbəüz qonşu olmuşlar. İllərlə qonşuluq münasibətləri davam etmişdir. Əvvəl hazırki iş üzrə mübahisə predmeti olan bağ sahəsi 25 sot idi, sonra yarısını iddiaçının valideynləri hansısa qohumlarına verdilər. Qalan hisəsinə əvvəl mərhum valideynləri, onlar rəhmətə getdikdən sonra isə iddiaçı özü sahiblik etmişdir. Mütəmadi olaraq iddiaçını həmin bağ sahəsində görür. İddiaçının bağ sahəsində müyvə ağacları var, onlara quluq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə bildirmişdir ki, onun da Ləhiş ərazisində bağ sahəsi vardır və uzun müddətdir ki, həmin bağ sahəsindən istifadə edir. İddiaçı mərhum valideynləri ilə yaxın qonşuluq münasibətləri olub. Onlar rəhmətə getdikdən sonra bağ sahəsinə İddiaçı qulluq etmiş, sahə onun istifadəsində və sahibliyində olmuşdur. İddiaçının istifadəsində olan bağ sahəsində tikili yoxdur, ağaclar vardır. Bağ sahəsindən başqa kiminsə istifadə etdiyinə şahid olmamışdır. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli, obyektiv, qərəzsiz və tam araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları İddiaçı məxsus, xx.xx.1966-cı il tarixli, AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1950-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X13, anası Xeyransa Abdul qızıdır. Xeyranisə Abdul qızının ölüm haqqında şəhadətnaməsindən görünür ki, o xx.xx.1991-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X8 ölüm haqqında şəhadətnaməsində görünür ki, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinin xx.xx.2017-ci il tarixli **********02 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2013 nömrəli bağ sahəsi (0,25 ha) 15931 nömrəli, xx.xx.1986-cı il tarixli müqavilə əsasında Xeyransa Abdul qızına icarəyə verilmişdir. İcarədarın razılıq ərizəsi əsasında sözügedən bağ sahəsi X2 adına keçirilmiş və onunla 2013 nömrəli bağ sahəsinə dair (müqavilədə bağın sahəsi 0,12 ha göstərilib) müqavilə bağlanmışdır. Yerdə qalan hissəyə dair Xeyranisə Abdul qızının adına müqavilə arxiv qovluğunda aşkar olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli №**********25 saylı məktubunun məzmunundan görünür ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi üzərində olan tikililərə icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə Xeyransa Abdul qızı arasında xx.xx.1986-cı il tarixli, 15931 saylı müqavilə bağlanılmışdır. Daha sonra icarədar sözügedən bağ sahəsinin X2 adına keçirilməsinə dair notarial qaydada təsdiq edilmiş xx.xx.1989-cu il tarixli ərizə ilə X5 müraciət etmişdir. Həmin razılıq ərizəsi və Bakı şəhər İcraiyyə Komitəsi bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1989-cu il tarixli, 10/370 nömrəli protokolu ilə 0,12 ha torpaq sahəsi olan 2013 saylı bağ sahəsi X2 adına keçirilmiş və onunla 15931 nömrəli müqavilə bağlanılmışdır və dövlət reyestrində qeydiyyata alınmışdır. Sorğu ilə əlaqədar olaraq bildirilir ki, Ləhiş bağ massivində yerləşən 2013 saylı bağ sahəsinin yerdə qalan hissəsinə dair (0,13 ha) Xeyransa Abdul qızının adına hər hansı sənəd arxiv qovluğunda aşkar edilməmişdir.di razılıq ərizəsi əsasında sözügedən bağ sahəsi X2 adına keçirilmiş və onunla 2013 nömrəli bağ sahəsinə dair (müqavilədə bağın sahəsi 0,12 ha göstərilib) müqavilə bağlanmışdır. Yerdə qalan hissəyə dair Xeyranisə Abdul qızının adına müqavilə arxiv qovluğunda aşkar olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, № **********90 saylı məktubunun surətindən görünür ki, Bakı əhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 2013 saylı bağ sahəsinə aid arxiv qovluğunda bağ sahəsinin ilkin cizgiləri mövcuddur. Sənədin surəti məhkəmə sorğusu əsasında verilə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusu əsasında təqdim edilən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ idarəsi, 2013 saylı sahəsinə dair arxiv qovluğunda olan sənədlər: 27 iyun 1986-cı il tarixli 15931 saylı ”bağ sahələrini uzunmüddətli icarəyə verilməsi barədə” müqavilədən görünür ki, Bağlar təsərrüfatı İdarəsi (icarəyə verən) ilə Xeyransa Abdul qızı (icarəyə götürən) arasında Ləhiş massivində yerləşən, sahəsi 0,25 ha, ərazisində 15,79 kv.m. ölçüsündə 1 otaq yerləşən 2013 saylı bağ sahəsi sonuncunun istifadəsinə verilmişdir. Müqavilənin 10-cu bəndinə əsasən, bağ sahəsi icarədarın ailə üzvləri olan Əzim Musa oğlu, Rzayeva Nazilə, Musayeva Təranə və Musayeva Gülnarə adlı ailə üzvlə birlikdə istifadəsi üçün verilmişdir. Müqavilənin 7-ci bəndi ilə icarədara hazırki müqavilənin yalnız adı çəkilən şəxslərin adına dəyişdirilməsinə icazə verilir. Müqavilənin 6-cı bəndinə əsasən, bağ sahəsinin ölçüsü 0, ha-dan artıq ola bilməz (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin №33/1218 saylı xx.xx.1962-ci il tarixli qərarına əsasən). 0,25 ha ölçüsü olan bağ sahəsi bölünə bilməz. Müqavilənin qüvvədə olma müddəti xx.xx.1984-cü il tarixdən 19 aprel 1994-cü il tarixədək müəyyən edilmişdir. xx.xx.1989-cu il tarixli ərizənin surətindən görünür ki, X9 İdarəsinə ərizə ilə müraciət edərək, 15931 nömrəli müqavilə ilə onun isifadəsinə olan bağ sahəsinin X2 adına keçirilməsinə etiraz etmir. 16 mart 1989-cu il tarixli aktdan görünür ki, Ləhiş massivində yerləşən 15931 saylı müqavilə ilə 1968-ci il tarixdən Xeyransa Abdul qızının istifadəsində olan 2013 saylı bağ sahəsinin X4 təhvil verilməsi ilə bağlı ərizə ilə tanış olmuşlar. Bağ sahəsində tikili yoxdur, meyvə ağacları var. N. Hacıyev tərəfindən imzalanmış arayışın surətindən görünür ki, Ləhiş massivi, 0,25 torpaq sahəsi, üstündə 15,79 kv.m tikili yerləşən 2013 saylı bağın icarədarı Xeyransa Abdul qızıdır. Hazırda icarədar həmin bağ sahəsinin X2 adına keçirilməsini xahiş edir. 31 oktyabr 1989-cu il tarixli və 10 may 2005-ci il tarixli 15931 saylı müqavilələrdən görünür ki, Ləhiş massivində yerləşən 2013 saylı bağ sahəsi X2 istifadəsinə verilmişdir. Bağın sahəsi 0,12 ha-dır. Müqavilədə göstərilmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 №-li Qərarına əsasən bağın torpaq sahəsinin ölçüsü 0, 12 ha-dan çox olmamalıdır. 1988-ci ilədək istifadəsinə bağ götürmüş vətəndaşlar üçün isə bu ölçü 0,25 ha-dır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X3 verilmiş 559389 saylı, 0507.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2013 saylı torpaq sahəsi (0,12 ha) X2 xüsusi mülkiyyətindədir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar Beləliklə, məhkəmə prosesində müəyyən olunmuşdur ki, İddiaçı anasının Xeyranisə Abdul qızının isifadəsində Bakı şəhəri Sabunçu rayonu Ləhiş Bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 2013 saylı bağ sahəsi olmuş, həmin bağ sahəsinə dair Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının anası Xeyransa Abdul qızının aralarında xx.xx.1986-cı il tarixli 5931 saylı müqavilə bağlanmışdır. 1988-ci ildə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin sərəncamı ilə vətəndaşların istifadəsinə yalnız sahəsi 0,12 ha olan bağ sahələrinin verilməsinin münkünlüyünə dair sərəncam verildikdən sonra iddiaçının anası Xeyransa Abdul qızının razılığı ilə sahəsi 0,25 ha bağ sahəsinin 0,12 ha bağ sahəsinə dair X6 ilə 2013 saylı və 15931 nömrəli xx.xx.1989-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Digər 0,13 ha bağ sahəsi ilə iddiaçının anasının və onun ailə üzlərinin istifadəsində qalmışdır. xx.xx.1991-ci ildə iddiaçının anası Xeyransa Abdul qızı, xx.xx.1993-cü ildə isə atası X11 vəfat etmişdir. Anası vəfat etdiyindən sağlığında öz adına qalan 0,13 ha torpaq sahəsinə icarə müqaviləsini olmamış, buna baxmayaraq valideynlərinin vəfatından sonra bu günədək həmin bağ sahəsi iddiaçının istifadəsində qalmışdır. Hazırda iddiaçı 0,13 ha bağ sahəsinə dair anası Xeyransa Abdul qızı ilə icarə müqaviləsinin 1989-cu ildən bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məkəmədən xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə görə məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsasdır. Həmin Məcəllənin 84.1-ci maddəsinin tələbinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 saylı sərəncamına əsasən qanuni olaraq vətəndaşlara verilmiş bağ sahələrinin onların mülkiyyətinə əvəzsiz qaydada verilməsinin müvafiq orqanlar tərəfindən rəsmiləşdirilməsi göstərilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində göstərilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, bağ sahəsinə dair münasibətlər 1989-cu ildə yarandığından hazırkı mübahisə xx.xx.2000-ci ilədək qüvvədən olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən həll edilməlidir. Qeyd olunan Mülki Məcəllənin 39-cu maddəsinin 1-ci hissəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə görə əqdlərin notarial qaydada təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Bu Məcəllənin 87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. 18. Mülki Məcəllənin 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir. Qeyd olunan normaların hüquqi mənasına görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Belə ki, əvvəlki mülki qanunvericilik əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədilə bir sıra digər təminatlar da nəzərdə tutmuşdur. Belə təminatlardan biri həmin Məcəllənin 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb olunan sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur. Həmin maddədə isə nəzərdə tutulmuşdur ki, qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyindən göründüyü ki, göstərilən maddənin (43-cü maddənin) tələblərinə görə tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Məhkəmə həmçinin şahid ifadələrinin sübut kimi qiymətləndirilə bilinməməsi ilə bağlı qeyd edir ki, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 may 2012-ci il tarixli qərarındakı hüququ mövqe ondan ibarət olmuşdur ki, “Əvvəlki mülki qanunvericilik eyni zamanda əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədi ilə bir sıra digər təminatlarıda nəzərdə tutmuşdur. Belə təminatlardan biri əvvəlki MM-in 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə Xeyransa Abdul qızı arasında xx.xx.1986-cı il tarixli, 15931 saylı müqavilədə bağın icarədarla birlikdə istifadə verildiyi ailə üzvlərinin siyahısında, ümumiyyətlə iddiaçının adı yoxdur. İddia ərizəsində iddiaçının anası tərəfindən bağın yalnız 0,12 ha hissəsinin X2 adına rəsmiləşdirilməsi barədə xahiş etdiyi bildirilsə də, mülki işin materiallarında olan ərizədən görünür ki, icarədar ərizəsində 2013 saylı bağ sahəsinin digər şəxs X2 adına keçirilməsini xahiş etmişdir. İddiaçının anası Xeyranisə Abdul qızının bağ sahəsi barədə bağladığı 1968-ci il və 1986-cı il tarixli müqavilələrdə bağ sahəsinin ölçüsü 0,25 ha göstərilsə də, X2 icarə müqaviləsində eyni saylı bağ sahəsdinin ölçüsü 0,12 ha göstərilmişdir. Lakin , iddiaçı mübahisəli bağ sahəsinin 0,13 ha hissəsinin 1989-cu ildən özünün istifadəsinə olduğunu qeyd etsə də, tələbini əsaslandıra biləcək mötəbər sübutları (ilkin yazılı sübutu) məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). 24. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "bağ sahəsinə dair icarə müqaviləsinin bağlanmış hesab edilməsi" tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "bağ sahəsinə dair icarə müqaviləsinin bağlanmış hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar