Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-330/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1, "xxxx" MMC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, "xxxx" MMC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən 5765 manat dəyərində avtomobilə dəyən maddi zərərin əvəzinin və 78 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ** VA *** dövlət qeydiyyat nişanlı “'X5” markalı avtomobil ona məxsusdur. xx.xx.2023-cü il tarxində saat 09:42 radələrində ona məxsus **- VA-*** dövlət qeydiyyat nişanlı “X4” markalı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu. X3 hərəkətdə olan zaman **-JZ-*** dövlət nömrə nişanlı "xxxx" onun avtomobilini vurdu. 31 Nli yol vərəqəsi əsasında Çinar Trans MMC-ə məxsus olan ** JZ *** dövlət nömrə nişanlı “Karsan Atak avtobusu”nu idarə edən sürücü Cavabdeh1 Azərbaycan Respublikasının Yol X2 327.1-ci maddəsini pozmağı nəticəsində baş vermiş qəzada ona məxsııs ** VA *** dövlət qeydiyyat nişanlı “X4” markalı avtomobili əzildi. Hadisə zamanı avtomobilinə 5765 manat maddi ziyan dəymişdir. Həmin zaman yol-nəqliyyat hadisəsini törətmiş şəxs Cavabdeh1 istifadəsində olan ** JZ *** dövlət nömrə nişanlı “Karsan Atak avtobusu” idarə edən zaman, Cavabdeh1 ara məsafəsi saxlama qaydasının tələblərini kobudcasına pozaraq avtobusu diqqətsiz idarə edərək, manevr qaydasını pozmuş, vaxtında saxlamamışdır, Cavabdeh1 inzibati xətanı törətməyi nəticəsində onun idarə etdiyi ** VA *** dövlət qeydiyyat nişanlı “ X4” markalı avtomobil arxa yan tərəfdən əzilərək yararsız hala düşmüşdür. ** JZ *** dövlət nömrə nişanlı “Karsan Atak avtobusu” həmin zaman Cavabdeh1 idarə edirdi. Yol Nəqliyyat hadisəsi zamanı DYP əməkdaşları hadisə yerinə gəldilər və hadisə ilə bağlı avtomobillərə baxıldı və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqda İXP ******* saylı protokol və xx.xx.2023-cü il tarixində həmin protokol əsasında TP ******* saylı qərar tərtib olunmuşdur. Göstərilən yol nəqliyyat hadisəsi ** JZ *** dövlət nömrə nişanlı “Karsan Atak“ avtobusunu idarə edən Cavabdeh1 AR İXM-nın müvafiq maddəsində nəzərdə tutulan yol hərəkət təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yol hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh1 təqsiri DYP-nin əməkdaşları tərəfindən tanınmışdır. Hadisədən sonra Cavabdeh1 idarə etdiyi ** JZ *** dövlət nömrə nişanlı “Karsan Atak“ markalı avtobusun sığorta müqaviləsi olmadığını YPX-nin əməkdaşları mənə bildirdi. Bu səbəbdən də avtomobilimə dəymiş olan ziyanı Sığorta şirkətindən ala bilmədi. Həmin avtobus cavabdeh "xxxx" MMC-ə məxsusdur. "xxxx" MMC, sürücü olan digər Cavabdeh1 idarə etdiyi ** JZ *** dövlət nömrə nişanlı “Karsan Atak“ markalı avtobusun icbari sığortasının olmadığını bildirdi. Sonra mənə bildirdilər ki, dəymiş ziyanı özləri ödəyəcək. Lakin həmin 5765 (beş min yeddi yüz altmış beş) manat maddi ziyanı o cavabdehdən tələb edəndə cavabdeh telefonlarıma cavab verməməyə başladı. Cavabdeh öz əlyazması ilə yazdığı ərizədə onun avtomobilə ziyan vurduğunu bildirmişdir. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin bu cür məsuliyyətsiz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurmuşdur. Bu günə qədər o piyada qalmış, taksilərə külli miqdarda pul xərləmiş, bu gündən sonra da külli miqdarda pul xərcləməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, “X4” markalı, **-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - 31 nömrəli, 01-30 aprel 2023-cü il tarixli yol vərəqəsindən aydın olur ki, "xxxx" MMC tərəfindən AC 717216 B,C,P sürücülük vəsiqəsinə əsasən Cavabdeh1 **-JZ-*** qeydiyyat nömrəli avtobus texniki baxışdan keçmiş və xəttə çıxma icazəsi verilmiş və bununla bağlı yol vərəqəsi təqdim olunmuşdur. - 1/1228 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundna görünür ki, Cavabdeh1 müayinəsi zamanı onun ayıq olduğu, onda alkoqol əlamətləri olmadığı müəyyən edilmişdir. - ******* nömrəli protokoldan görünür ki, Cavabdeh1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “X4” markalı, **-VA- ***qeydiyyat nişanlı avtomobilin dəymiş ziyan üçün ödəniləcək ümumi məbləğ 5535 manat təşkil edir. - 19 may 2023-cü il tarixli Baku Property SErvice MMC-nin məktubundan görünür ki, İddiaçı məxsus “X4” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 19 may 2023-cü il tarixə dəymiş ziyanın həcmi 5765 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli, 9/8655 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş 2023-cü ilin aprel ayında tərtib edilmiş qiymətləndirmə aktındakı məlumatlara əsasən 2013-cü il buraxılışlı, qara rəngli “X4” markalı, **-VA-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri təxminən 3530,60 manat müəyyən edilir. O cümlədən dəyişilmə hissələrinin qiyməti 1430,60 manat, təmirbərpa işlərinin qiyməti 2100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında müəyyənləşdirilən hüquqi mövqeyə əsasən, İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya dəymiş ziyanı qarşılamaq Cavabdeh1, "xxxx" MMC-nin üzərinə düşür. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zaman "xxxx" MMC-nin verdiyi yük avtonəqliyyatı üçün yol vərəqəsi əsasında Cavabdeh1 **-JZ-*** dövlət nömrə nişanlı “Karsan Atak” avtobusunu idarə edərkən İddiaçı məxsus avtomobilə ziyan vurmuşdur. Cavabdeh1 ona avtomobilə dəymiş ziyanın əvəzini cavabdehdən tələb etsə də, cavabdeh dəymiş ziyanın əvəzini ödəməkdən yayınmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli, 9/8655 nömrəli ekspert rəyində zərərin həcmi 3530,60 manat müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə ekspert rəyini qanunvericiliyə zidd verildiyini göstərən heç bir hal müəyyən etmədiyindən hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq ekspert rəyində göstərilmiş məbləğ ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1, "xxxx" MMC tərəfindən iddiaçıya məxsus “X4” markalı, **-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 3530,60 manat pul Cavabdeh1, "xxxx" MMC-dən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1, "xxxx" MMC-dən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, "xxxx" MMC-dən İddiaçı məxsus “X4” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 3530,60 manat pul və dövlət rüsumunun əvəzi olaraq 78 manat məbləğində pulun 47 manatı ümumilikdə 3577,6 manat pul Cavabdeh1, "xxxx" MMC-dən alınaraq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 61 manatı Cavabdeh1, "xxxx" MMC-dən müştərək qaydada, 49 manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-330/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-330/2024
14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver