Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3306/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı kreditin tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 ilə Cavabdeh arasında bağlanmış 1451/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinəəsasən Cavabdeh illik 27 faizlə 18 ay müddətinə 1200 ( bir min iki yüz manat) AZNkredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün Cavabdeh xəbərdarlıq edilsə də, cavabdeh öz öhdəliyini bugünədək tam icra etməmişdir. Yuxarıda adı çəkilən 1451/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 715.79 (yeddi yüz on beş manat, yetmiş doqquz qəpik) AZN, faiz borcu üzrə 867.08 (səkkiz yüz altmış yeddi manat, səkkiz qəpik) AZN, cərimə borcu üzrə 91.46 (doxsan bir manat qırx altı qəpik) AZN, cəmi 1674.33 (bir min altı yüz yetmiş dörd manat, otuz üç qəpik) AZN borcu mövcuddur. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 715.79 (yeddi yüz on beş manat, yetmiş doqquz qəpik) AZN, faiz borcu üzrə 867.08 (səkkiz yüz altmış yeddi manat, səkkiz qəpik) AZN, cərimə borcu üzrə 91.46 (doxsan bir manat qırx altı qəpik) AZN, cəmi 1674.33 (bir min altı yüz yetmiş dörd manat, otuz üç qəpik) AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz manat) AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2018-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdehləğv prosesində olan İddiaçı ASC-nin ləqvedicisi X1 xeyrinə 715.79 manat əsas,müqavilə müddəti üçün hesablanmış 145.24 manat faiz, 763.19 manat cərimə,xx.xx.2019- cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 124.5 manat borc,ümumilikdə 1748.72 manatkredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manatdövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdehəsas borc üzrə 715.79 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 145.24 manat faiz, 763.19 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 159.20 manat borc, ümumilikdə 1,783.42 manatməbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh oğluna məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi əsaslıdırvə aşağıdakısəbəblərə görə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, N-1451/14 saylı kredit müqaviləsindən görünür ki, "Kredit verən" 1200 manat məbləğində krediti 18 ay müddətinə illik 27% faizlə "Kredit alan"ın mülkiyyətinə verir və "Kredit alan" isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu kredit müqaviləsi ilə müəyyən olunmuş müddətdə və qaydada krediti və ona hesablanacaq faizləri 'Kredit verən"ə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, N-1451/14 saylı kredit müqaviləsinə əlavədən görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək aylıq ödəniş 81,81 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh 715,79 manat əsas, müqavilənin bitmə müddətinə 867,08 manat faiz, 91,46 manat cərimə borcu, cəmi 1674,33 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borclu və zaminlərə kredit müqaviləsi üzrə yaranmış borcu 5 gün içində ödəməsi üçün xəbərdar edilmiş əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh 715,79 manat əsas, müqavilənin bitmə müddətinə 469,83 manat faiz, 81,22 manat cərimə borcu, cəmi 1266,84 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh 715,79 manat əsas, 124,50 manat müqavilənin bitmə müddətinə 145,24 manat faiz, 763,19 manat cərimə borcu, gecikməyə görə hesablanmış 5%-lik cərimə borcu, cəmi 1748,72 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh 715,79 manat əsas, 145,24 manat müqavilənin bitmə müddətinə faiz, 763,19 manat cərimə borcu, 159,20 manat gecikməyə görə hesablanmış 5%-lik cərimə borcu, cəmi 1783,42 manat borcu vardır. Məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, N-1451/14 saylı kredit razılaşması əsasında 18 ay müddətinə 1200 manat məbləğində kredit götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, xx.xx.2014-cü il tarixli, N-1451/14 saylı kredit razılaşması üzrə banka borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh bank ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Belə olan halda məhkəmə Cavabdeh kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında olan öhdəliklərini lazımi qaydada icra etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı” ASC-nin ləğvedicisi X1 Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulmasına dair tələb etmək hüququ vardır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh 715.79 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 145.24 manat faiz, 763.19 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 159.20 manat borc, ümumilikdə 1,783.42 (bir min yeddi yüz səksən üç manat, manatməbləğində borc və 30 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh 715.79 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 145.24 manat faiz, 763.19 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 159.20 manat borc, ümumilikdə 1,783.42 (bir min yeddi yüz səksən üç manat, manatməbləğində borc və 30 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3306/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3306/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver