Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3311/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsi üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsi üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərini tətbiq etməklə dövlət büdcəsinin vəsaiti hesabına ona ayrılmış 4252,15 manatı cavabdeh təşkilat tərəfindən ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bank of Baku" ASC ilə onun arasında bağlanmış 12.11.2014-cü il tarixli MK/13667/46/11 saylı müqaviləyə əsasən ona 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Onun müraciəti əsasında bank qarşısındakı öhdəliklərini icrasında problemlər nəzərə alınaraq, bank ilə onun arasında 04.06.2015ci il tarixli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 4135 ABŞ dolları məbləğində ümumi borc restrukturizasiya edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixli Fərman imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədi ilə 27.03.2019-cu il tarixdə Palata tərəfindən "Fiziki şoxslorin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləği hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası" (Qayda) təsdiq edilmişdir. Onun ilə "xxxx" KB ASC və "xxxx" ASC arasında bağlanmış kredit müqavilələri Fərmanın əhatə dairəsinə düşdüyündən xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədi ilə ona dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 4252.15 manat məbləğində kompensasiya ayrılmışdır. Həmin Fərmana əsasən fixiki şəxslərə çatacaq kompensasiyaların ilk növbədə onların banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş (10 gündən artıq gecikməsi olan) şəxs kredit borclarının ödənilməsinə yönəldilməsi, yalnız bundan sonra qalan məbləğin həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq yuxanda qeyd etdiklərini bəhanə gətirərək, ona ayrılan məbləği verməmişlər. İnidiyə qədər ona ayrılmış 4252.15 manat məbləği almamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankın 20.10.2020-ci il tarixli məktubunda bildirmişdilər ki, ona hesablanmış kompensasiyanın 709.52 manat və 3542.63 manat məbləğlərındəki hissəsi proporsional qaydada, ilk növbədə onun 01.03.2019-cu il tarixinə "xxxx" KB-ASC və "xxxx" ASC-də 10 gündən artıq gecikməsi olan borcunun azaldılmasına yönəldilmişdir. Bundan sonra onun sözügedən kredit təşkilatları qarşısında olan qalıq əsas kredit borcum müvafiq olaraq 297.88 manat və 1487.33 manat məbləği təşkil edilmişdir. Həmin Fərmana əsasən 01.03.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının.yəni 360 gündən çox gecıkdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Bankın gətirdiyi arqumentlə razılaşmır, ona ayrılmış kompensasiyanı vaxtında ona verməmiş, vaxtı bilərəkdən uzadmışlar, bu günə qədər həmin məbləği ala bilməmişdir. Bütün dünyada və ölkəmizdə gedən pandemiya səbəbindən vaxtında müraciət edə bilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iş materiallarına əlavə edilmiş 04.06.2015-ci il tarixli, RF/68460/51/11 nömrəli kredit sazişindən görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı 36 ay müddətinə illik 26,14 faiz olmaqla 4135 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 19.10.2019-cu il tarixli BF/90897/71/11 saylı Güzəştli kredit müqaviləsindən görünür ki, bank İddiaçı restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə, 1 il güzəşt müddəti olmaqla, 5 il müddətinə illik 1% dərəcəsi ilə 1487,33 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyası tərəfindən İddiaçı ünvanlanmış 07.10.2019-cu il tarixli, ********** nömrəli məktubundan görünür ki, müraciəti əsasında bank qarşısındakı öhdəliklərin icrasında üzləşdiyi çətinliklər nəzərə alınaraq, kreditləri üzrə mövcud qalıq məbləğləri birləşdirilərək müqaviləyə əsasən 4135 ABŞ dolları məbləğindəki ümumi borc restrukturizasiya edilmişdir. "xxxx" KB ASC və Cavabdeh ASC arasında bağlanmış kredit müqavilələri üzrə Fərmanın əhatə dairəsinə düşdüyündən xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə ona dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 4252.15 manat məbləğində kompensasiya ayrılmışdır. Həmin Fərmana əsasən fiziki şəxslərə çatacaq kompensasiyaların ilk növbədə onların banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş (10 gündən artıq gecikməsi olan) əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, yalnız bundan sonra qalan məbləğin həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Bu səbəbdən ona hesablanmış kompensasiya məbləği proporsional qaydada, ilk növbədə, 01mart 2019-cu il tarixinə "xxxx" KB ASC və "xxxx" ASC-də 10 gündən artıq gecikməsi olan kredit borcunun azaldılmasına yönəldilmişdir. Həmin Fərmana müvafiq otaraq 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının, yəni 360 gündən çox gecikdirilmiş borcların restrukturizasiya olunması nəzərdə tutulmuşdur. “Unibank" KB ASC və "Bank of Baku” ASC-də olan kreditləriniz bu hissədə də Fərmanın əhatə dairəsinə düşdüyündən güzəştli şərtlərlə restrukturizasiya müqaviləsinin bağlanması təklif edilmişdir. İş materiallarına əlavə edilmiş “Azərbaycan Respublikası Mərkəzi Bankı” tərəfindən İddiaçı ünvanlanmış 20.10.2020-ci il tarixli, 26-16433-2020 nömrəli məktubdan görünür ki, “Unibank" KB ASC və “Bank of Baku" ASC arasında bağlanmış kredit müqavilələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlə haqqında” 28.02.2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşdüyündən xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə ona dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 4252.15 manat məbləğində kompensasiya ayrılmışdır. Həmin Fərmana əsasən fiziki şəxslərə çatacaq kompensasiyaların ilk növbədə onların banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş (10 gündən artıq gecikməsi olan) əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, yalnız bundan sonra qalan məbləğin həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Bu səbəbdən ona hesablanmış kompensasiyanın 709.52 manat və 3542.63 manat məbləğlərindəki hissəsi proporsional qaydada, ilk növbədə 01.03.2019-cu il tarixinə "xxxx" KB ASC və "xxxx" ASC-də 10 gündən artıq gecikməsi olan borcunuzun azaldılmasına yönəldilmişdir. Bundan sonra onun sözügedən kredit təşkilatları qarşısında olan qalıq əsas kredit borcunuz müvafiq olaraq 297.88 manat və 1487.33 manat məbləği təşkil etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ASC ilə ABŞ dolları valyutasında kredit müqaviləsi bağlamış, həmin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi dərəcədə icra edə bilməmiş və bank qarşısında borcu yaranmışdır. Daha sonra iddiaçının kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlə haqqında” 28.02.2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşdüyündən xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə ona dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 4252.15 manat məbləğində kompensasiya ayrılmışdır. Həmin kompensasiya ilk növbədə bank qarşısında 10 gündən artıq gecikdirmə olan borcun ödənilməsinə yönəldilmişdir. Ona görə də, ona hesablanmış kompensasiyanın 709.52 manat və 3542.63 manat məbləğlərindəki hissəsi proporsional qaydada, ilk növbədə 01.03.2019-cu il tarixinə "xxxx" KB ASC və "xxxx" ASC-də 10 gündən artıq gecikməsi olan borcun azaldılmasına yönəldilmişdir. "xxxx" ASC-yə kompensasiya hesabına ödənilmiş məbləğdən sonra iddiaçının bank qarşısında 1487,33 manat məbləğində borcu qalmış və həmin borcu ödəmək üçün iddiaçı ilə 19.10.2019-cu il tarixli Güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin güzəştli kredit müqaviləsi bağlanarkən iddiaçı tərəfindən banka qarşı heç bir etiraz bildirilməmiş və güzəştli kredit müqaviləsini könüllü olaraq imzalaması etiraf kimi dəyərləndirilir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1 -ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikcə, bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsin. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.10-cu bəndinə əsasən kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ mənasını ifadə edir Həmin Qaydanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində aydın olur ki, mövcud vəziyyətdə kredit müqaviləsi üzrə restrukturizasiya olunmalı məbləğ kommersiya bankları tərəfindən deyil, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir. Hazırda Palatanın səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir. İşin hallarından göründüyü kimi iddiaçının kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlə haqqında” 28.02.2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşdüyündən xarici valyutada olan kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə ona dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 4252.15 manat məbləğində kompensasiya ayrılmışdır. Həmin kompensasiya ilk növbədə bank qarşısında 10 gündən artıq gecikdirmə olan borcun ödənilməsinə yönəldilmişdir. Ona görə də, ona hesablanmış kompensasiyanın 709.52 manat və 3542.63 manat məbləğlərindəki hissəsi proporsional qaydada, ilk növbədə 01.03.2019-cu il tarixinə "xxxx" KB ASC və "xxxx" ASC-də 10 gündən artıq gecikməsi olan borcun azaldılmasına yönəldilmişdir. Müəyyən edilmiş məbləğ cavabdeh olan bank tərəfindən deyil, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası, hazırda isə Hazırda Palatanın səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmişdir. Məhz bu əsaslarla iddiaçı ilə bank arasında 19.10.2019-cu il tarixli BF/90897/71/11 saylı müqavilə bağlanmışdır. Müqavilə bağlanarkən iddiaçı həmin müqavilə üzrə 1487,33 manat məbləğə razı olmaqla imza etmişdir. Bununla belə iddiaçı tərəflər arasında öz iradə ifadəsini əks etdirən müqavilənin mövcudluğuna baxmayaraq 4252 manat məbləğində pulu cavabdeh bankdan tələb etməkdədir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «kredit müqaviləsi üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3311/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3311/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver