Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3314/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Körpü-Bina-Tikinti" MMC-dən 30.000 manat pulun sağlamlığını itirdiyinə görə təzminat olaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh "xxxx" MMC-də 9 aydan artıq müddətdə işləmişdir. Buna baxmayaraq əmək kitabçasında 4 ay (xx.xx.2019-xx.xx.2019) qeyd olunmuşdur. Hadisə olan gün, o, öz işini görüb qurtarmışdı. Sonradan ona üstünə vəzifə olmayan tapşırıq verildi və o işi görərkən yuxarıdan başına dəmir düşmüş və xəsarət almışdır. O zamandan bəri onun səhhətində ciddi problemlər yaranmışdır. Bankdan külli miqdarda kredit götürməyə məcbur olmuşdur. Belə ki, o, əmək qabiliyyətini itirmişdir. Lakin, cavabdeh təşkilat dəymiş ziyanı ödəmək fikrində deyil. Dəfələrlə müraciət etsə də, müalicə olunmağına ayırdıqları cüzi vəsaitə əlavələr etmək, onun ciddi şəkildə müalicə olunmağına kömək etmək cavabdeh tərəfindən həyata keçirilmir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, mediasiya prosesindən keçmədiyini bildirmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd edilən iddia ərizəsinə iddiaçının mediasiya prosesində iştirakını təsdiq edən sənəd əlavə edilməmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı əmək fəaliyyəti zamanı aldığı xəsarətlər nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən isə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 149.2.4-1-ci maddəsinə uyğun olaraq iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinin tələblərinə görə mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. Həmin Qanunun 3.1.3-cü maddəsinin tələblərinə görə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 21.9-cu maddəsinə əsasən, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə məhkəmə tərəfindən ərizə baxılmamış saxlanılır. Mülki-Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə görə "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İdiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, mediasiya sessiyasının keçirilməsi barədə müvafiq sənədi əldə etdikdən sonra yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva İş № 2(005)-456/2025 MƏHKƏMƏ HAZİRLİQ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ 31 yanvar 2025-ci il Bakı şəhəri Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh X2 qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxılır. Məhkəmə iclası saat 12:50-də açılır. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən, iş üzrə tərəflərin məhkəmə hazırlıq iclasına gəlməsi qaydası yoxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən məhkəmə iclas katibi məruzə edərək bildirir ki, ərizəçi məhkəmə hazırlıq iclasına gəlməmişdir. Sədrlik edən məruzə edərək bildirir ki, iddiaçı X1 cavabdeh X2 qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Sədrlik edən mülki işin sənədlərini elan edir. Məhkəmə müşavirə otağına gedir, sədrlik edən qərardadları qəbul edir. Məhkəmə iclası bağlı elan edilir. Protokol 31 yanvar 2025-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №2(005)-3314/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3314/2025
04.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver