Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3327/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" BOKT MMC-yə artıq ödənilmiş 1131,32 manat məbləğində pulun və ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1762/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclu X3 və ondan müştərək qaydada 5596,38 manat, 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. X1 azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan borc məbləği Nəsimi rayon İcra Şöbəsinin məktubuna əsasən onun əmək haqqısının 25 faizinə yönəldilmişdir. Əmək haqqısından cəmi 3324,70 manat məbləğində pul tutularaq tələbkann xeyrinə ödənilmişdir. Daha sonra ödəniş terminalı vasitəsdə həmin borcdan xx.xx.2022-ci tarixdə 3230 manat, xx.xx.2022-ci il tarixdə 203 manat olmaqla, cəmi 3433 manat məbləğində pul ödəmişdir. İcra sənədi üzrə borc məbləğindən ümumilikdə 6757,7 manat məbləğində pul ödəmişdir. Bu da icra sənədi üzrə müəyyən olunmuş borc məbləğindən 1131,32 manat artıqdır. Artıq ödənilmiş məbləğin qaytarılması iə bağlı cavabdehə müraciət etdikdə isə oradan bildirilmişdir, artıq məbləğin ödənildiyi aşkar edilmiş, lakin onlar hesabdan həmin vəsaiti çıxarda bilmirlər. Kredit müqavilə üzrə müəyyən edilmiş pul məbləğindən artıq məbləğin ödənilməsi şəxsin əsasssız varlanmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin tərəfindən ödənilmiş rüsumun ona aid edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X4 bildirdi ki, "xxxx" BOKT MMC iddianı qəbul edir və təmin edilməsinə etiraz etmədiyini qeyd etdi. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-nin Nəsimi rayon İcra şöbəsinə verdiyi arayışından görünür ki, İddiaçı əmək haqqısından 3324,7 manat məbləğində pul tutularaq göstərilən hesaba köçürülmüşdür. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1762/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə borclu X3 və İddiaçı müştərək qaydada 5596,38 manat, 30 manat dövlət rüsumu məbləğində pul vəsaitinin tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Nəsimi rayon İcra Şöbəsinin məktubuna əsasən borc iddiaçının əmək haqqısının 25 faizinə yönəldilmişdir. İddiaçının əmək haqqısından cəmi 3324,70 manat məbləğində pul tutularaq tələbkann xeyrinə ödənilmişdir. Daha sonra iddiaçı ödəniş terminalı vasitəsi ilə həmin borcdan xx.xx.2022-ci tarixdə 3230 manat, xx.xx.2022-ci il tarixdə 203 manat olmaqla, cəmi 3433 manat məbləğində pul ödəmişdir. Beləliklə, icra sənədi üzrə borc məbləğindən ümumilikdə 6757,7 manat məbləğində pul ödəmiş və bu icra sənədi üzrə müəyyən olunmuş borc məbləğindən 1131,32 manat artıqdır. Hazırda iddiaçı artıq ödənilmiş vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə prosesi zamanı tərəflər arasında razılığa gəlinmiş və hazırda cavabdeh iddianı qəbul edərək, təmin edilməsini xahiş edir. Beləliklə, işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, iddianın etiraf edilməsi ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdeh ərizə təqdim edərək iddianı qəbul etdiyini etiraf etmişdir. Məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh "xxxx" BOKT MMC-dən artıq ödənilmiş 1131,32 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" BOKT MMC-dən artıq ödənilmiş 1131,32 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3327/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3327/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver