Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3338/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.600 manat məbləğində pulun, iddianın verilməsi üçün ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun və müqavilə əsasında vəkilə ödədiyi 300 maat ödənişin, ümumilikdə 1.836 manat pul vəsaitinin birdəfəlik alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun etibarından suiistifadə edərək lotereya məqsədilə xx.xx.2023-cü il tarixdən ayda 300 manat olmaqla altı ay, ümumilikdə 1.800 manat məbləğində borca pul almışdır. Bununla əlaqədar onunla cavabdeh arasında eyni tarixli qəbz yazılmışdır. Cavabdeh pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmiş və hazırda da imtina etməkdədir. Buna görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, lotereyada 6 nəfər oynamışdır və sentyabr ayından oynamağa başlamışdılar. İddiaçı axrıncı götürmək istəmişdir. 6 ay ödəniş etmişdir. Daha sonra cavabdeh ona ödəniş etməmiş, ona ödənişi edə bildiyi zaman ödəniş edəcəyini bildirmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh tərəf kimi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 523915******8797 nömrəli kart hesabından 412720*****8313 nömrəli kart hesabına 300 manat pul məbləğındə pul köçürülmüşdür. Qəbz ********* qəbz nömrəsi ilə təsdiq edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 416973******4002 nömrəli kart hesabından 412720*****8313 nömrəli kart hesabına 300 manat pul məbləğındə pul köçürülmüşdür. Qəbz ********** qəbz nömrəsi ilə təsdiq edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh Fəxrəddin qızının kart hesabına 300 manat pul məbləğındə pul köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 416973******4002 nömrəli kart hesabından 412720*****1479 nömrəli kart hesabına 300 manat pul məbləğındə pul köçürülmüşdür. Qəbz ********* qəbz nömrəsi ilə təsdiq edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh Fəxrəddin qızının kart hesabına 300 manat pul məbləğındə pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh Fəxrəddin qızının kart hesabına 300 manat pul məbləğındə pul köçürülmüşdür. - İş materiallarında olan qəbzdən görünür ki, 416973*****1778 nömrəli kart hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun kart hesabına 300 manat pul məbləğındə pul köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər - İddiaçı ilə Cavabdeh arasındakı şifahi razılaşmaya əsasən, iddiaçı cavabdehə lotereya oyunlarında iştirak üçün 2023-cü ilin sentyabr ayından başlamaqla hər ay 300 manat olmaqla, 6 ay pul vəsaiti vermişdir. Lakin cavabdeh iddiaçının ödənişlərini hər ay qəbul etsə də, sonda iddiaçıya həmin vəsaitləri geri qaytarmamışlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1086-cı maddəsinə əsasən lotereyanın qanunvericiliklə nəzərdə tutulmuş hallarda dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi lotereya biletinin sahibinin lotereya təşkilatçısına qarşı uduşların verilməsi (ödənilməsi) tələbini istisna etmir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə tərəflər arasında oynanılan lotereya oyunlarının nədən ibarət olması ilə bağlı qeyd edir ki, pul toplamaq üsullarından biri tanışlarla oynanılan “lotereya” oyunudur. Bir qrup insan aybaay ümumi kassaya razılaşdırılmış məbləği ödəyir. Hər ay yığılan vəsait qrupun bir üzvünə verilir. Həmin məbləğlərə hər hansı şəkildə faiz hesablanması nəzərdə tutulmur. Bu üsulla pul toplamaq cəmiyyət üzvləri arasında geniş yayılmışdır. Bu üsul bir növ hər ay bir şəxsin öz bileti (növbəsi) üzrə uduşunu alması üsuludur. İddiaçı iddia edir ki, cavabdeh ona 1.800 manat məbləğində ödəmiş olduğu lotereyalardan pul vəsaitini öz növbəsində geri ödəməmiş, sonradan cəmi 200 manat ödəniş etmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, tərəflər arasındakı mübahisənin qanuni əsası kimi MM-nin 1086-cı maddəsi çıxış edir. Hazırda cavabdehin öhdəliyini tam icra etməsi və iddiaçının iddiasının əskini sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan məhkəmə bildirir ki, mülki qanunvericiliyin normaları baxımından mövcud iddiaya iddiaçının tələbləri əsasında baxaraq, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşma üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri və işə baxılması ilə bağlı xərclər, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36 manat dövlət rüsumu və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1600 manat borc pul vəsaiti, müqavilə əsasında vəkilə ödədiyi 300 manat pul məbləği və 36 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1936 manat pul vəsati tutulsun, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3338/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3338/2025
02.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver