Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3344/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “pulun qaytarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “pulun qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ləğv prosesində olan Cavabdeh ASCdən ******* (iki milyon yeddi yüz üç min altı yüz otuz altı) manat məbləğində pulun (əmanət və 2009-2018-ci illər üzrə hesablanmış faizlər) alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi olunla əsaslandırlmışdır ki, xx.xx.2009-cu il tarixdə Cavabdeh ASC-yə 6 ay müddətinə, 13 faizlə ******* (doqquz yüz min) manat məbləğində bank əmanəti (depozit qoyulmuşdur. Müddəti başa çatdıqdan sonra şərtlər qane etdiyi üçün əmanətçi depoziti və faizlərini götürməmiş, mülki qanunverciliyə uyğun olaraq əmanətin müddəti uzadılmışdır. 2017-ci ilin son aylarında cavabdeh bank barədə mediada səslənən xəbrlərdən narahatlıq keçirən iddiaçı cavabdeh banka müraciət edərək əmanətin taleyi ilə maraqlanmış, bank əməkdaşları onu arxayın salaraq ciddi bir problemin olmadığını bildirmişlər. Lakin xx.xx.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 2-1(103)-3194/2017 saylı qərar qəbul edilmiş, eyni qərarla ləğv prosesində olan Cavabdeh ASC-yə Əmanətlərin Sığortalanması Fondu həmin tarixdən ləğvedici təyin edilmişdir. Əmanətçi Ləğv prosesində olan Cavabdeh ASC-yə müraciət etmiş və xx xxxx 2018-ci il tarixində **********444 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, xx xxxxxxx 2009cu ildə əmanət məbləği onun hesabına köçürülüb məxaric edilməklə, əmanət vaxtından əvvəl ləğv edilmişdir. Ləğvedici məktubda həmçinin əlavə etmişdir ki, “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimantın 78-ci maddəsinə əsasən kassa əməliyyatları üzrə günün sənədlərinin, o cümlədən məxaric orderlərinin saxlanma müddəti 5 ildir və həmin dövrə aid məxaric orderi 2015-ci ildə məhv edildiyi üçün əmanətin vaxtından əvvəl ləğvinə dair sənəd təqdim edə bilməmişdir. Bu cavab qəbuledilməzdir və Azərbaycan Respublikasının Konsitutsiyasının 13 və 29-cu maddələri, eləcə də 1950-ci il Avropa Konvesiyasının 1-ci Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməldir. Deməli, əgər ləğvedicinin iddia etdiyi kimi, 2009-cu ilin oktyabr ayında əmanət vaxtından əvvəl ləğv edilmişdisə bu barədə bank kitabçasında müvafiq qeyd aparılmalı idi. Digər nüans, ləğvedici qeyd edir ki, x xxxxxxx 2009-cu ildə əmanət məbləği İddiaçı hesabına köçürülüb məxaric edilməklə, əmanət vaxtından əvvəl ləğv edilmişdir. X5 “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında xx xxxxxxxx 2013-cü il tarixli təlimatın 9.6.1-ci maddəsinə görə, pul köçürməsi pul vəsati vəsait alanın bank hesabına mədaxil edildikdə başa çatmış hesab olunur. Həmçinin bu təlimatın 9.8-ci maddəsində isə qeyd edilir ki, pul köçürülməsini alan bankın məsul şəxsi pul köçürməsinin başa çatmasını təsdiqləyən sənədi öz imzası və ştampı ilə təsdiq edərək vəsait alana tədqim edir. Sənədin vəsait alan tərəfindən imzalanmış bir nüsxəsi bankda saxlanılır. Lakin. Hazırda həmin sənədlərin taleyi barədə də məlumat yoxdur. Baxmayaraq ki, “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” təlimatın 93-cü maddəsinə əsasən banklarda nəzarət kitabının saxlanılmasının müddəti 15 il müəyyən edilmişdir. İddia tələbi üzrə diqqət yetirilməli digər məqam əmanətin faizləri ilə bağlıdır. Qanunverciliyə əsasən, əmanəti 6 aylıq müddəti tamam olduqdan sonra İddiaçı onu götürməmişdir. Bütün bunları ümumiləşdirərək hesab edirik ki, Ləğv prosesində olan Cavabdeh ASC ümumilikdə ******* (iki milyon yeddi yüz üç min altı yüz üç min altı yüz otuz altı) manat məbləğində pulu (əmanət və onun 2009-2018-ci illər üzrə hesablanmış faizləri) iddiaçıya ödənməldir. xx.xx.2020-ci il tarixdə dəftərxana vasitəsilə cavabdehin səlahiyyətli nümayəndəsi X3 iş üzrə xitam verilməsi barədə məhkəməyə vəsatət təqdim edərək, vəsatətin təmin edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı ləğv prosesində olan Cavabdeh ASC qarşı 2(005)- 3344/2020 nömrəli mülki iş vardır. Qeyd olunan mülki iş üzrə icraata xitam verilməlidir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli plenum qərarında qeyd olunmuşdur: “Konstitusiya Məhkəməsinin Plenumu yuxanda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1 -ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1 -ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.” xx.xx.2020-ci il tarixdə dəftərxana vasitəsilə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz təqdim edərək iş üzrə icraata xitam verilməsinə dair cavabdehin vəsatətinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı ******* (iki milyon yeddi yüz üç min altı yüz otuz altı) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə prosesində vəsatət verərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd olunmuş hüquqi mövqeyə əsasən mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.Həmin vəsatəti əsassız hesab edirəm və aşağıdakıları məhkəmənin nəzərinə çatdırmaq istəyirəm.Vəsatətdə istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1 -ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2017-ci il tarixli qərarında qeyd olunur ki, “Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1 -ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.”Göründüyü kimi Konstitusiya Məhkəməsinin qeyd olunan qərarı “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan tələblərə, yəni bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduruna dair tələblərə dair məhkəmə icraatında olan işlərə aiddir və bu qəbildən olan işlərə yalnız iflas proseduru çərçivəsində baxıla biləcəyini müəyyən edir. Belə ki, Konstitusiya Məhkəməsinin digər qərarlarından və mövcud qanunvericilik normalarından müəyyən olunur ki, əmanətçinin banka qarşı bank əmanətinin qaytarılmasına dair işlərə müqavilə əsaslarına söykənən, mülki münasibətlərdən irəli gələn işlər kimi ümumi məhkəmələrdə iddia icraatı qaydasında baxılmalıdır və bu halda əmanətçinin banka qoyduğu əmanət tərəflər arasında bağlanmış bank əmanəti müqaviləsinin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.Həmin qərarda qeyd olunur ki, “Konstitusiya Məhkəməsinin Plenumu sorğuverənin bu qənaəti ilə bağlı qeyd edir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanun bankla əmanətçi arasında olan münasibətlərə şamil edilmir. Bu Qanun yalnız iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi məsələlərini tənzimləyir. Həmin Qanunun normalarının təhlilindən görünür ki, banka qoyulmuş əmanətə görə kompensasiya yalnız sığorta hadisəsi, yəni bankın müflis elan olunması, məcburi ləğv edilməsi və s. baş verdikdə və öz öhdəliklərini yerinə yetirə bilməməsi faktı təsdiq edildikdə ödənilir. Belə halda qoyulmuş əmanətin əvəzinə kompensasiya bank tərəfindən deyil, Fond tərəfindən verilir. Əgər belə sığorta hadisəsi baş verməmişdirsə, qoyulan əmanət bankla bağlanan bank əmanəti müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdə bank tərəfindən hansı valyutada qoyulmuşdursa, həmin valyutada da mülkiyyət kimi geri qaytarılmalıdır.Belə ki, bank və əmanətçilər arasında münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 51-ci fəslinin normaları və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 944.1-ci maddəsinə görə, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1 -ci maddəsinin məzmununa görə, bankla əmanətçi arasında münasibətlər tərəflər arasında bağlanmış bank əmanəti müqaviləsinin şərtləri ilə tənzimlənir. Göründüyü kimi, hər iki norma əmanətçi ilə bank arasında münasibətlərin tənzimlənməsini bank əmanəti müqaviləsinin şərtləri ilə əlaqələndirmişdir.”Yenə həmin qərarda göstərilir ki, “Bununla yanaşı qeyd olunmalıdır ki, kompensasiya almaq sığorta hadisəsi riskinə məruz qalmış əmanətçinin hüququdur. Əmanətçiyə kompensasiya almaq hüququ və ödənilməsi şərtləri izah olunur və o, kompensasiya almaqdan imtina etdikdə banka qarşı tələb irəli sürmək hüququnu saxlayır. Əmanətçinin banka qarşı irəli sürdüyü tələbə isə bank əmanəti müqaviləsinin şərtlərinə uyğun baxılır. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən, qorunan əmanətçi Fonddan aldığı kompensasiya ilə əmanəti arasındakı fərq məbləğində qanunvericiliyə müvafiq qaydada banka qarşı tələb irəli sürə bilər.”Konstitusiya Məhkəməsinin Plenumu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələri baxımından şərh edilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli qərarında bank və əmanətçi arasında olan münasibətlərin hüquqi təbiətinə aydınlıq gətirərək göstərir ki, “Konstitusiya Məhkəməsinin Plenumu məsələ ilə bağlı qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.Mülki qanunvericiliyin təməl prinsiplərindən olan müqavilə azadlığı və onun əsasını təşkil edən tərəflərin hüquq bərabərliyi iqtisadi cəhətdən zəif olan tərəfə (əmanətçiyə) müəyyən təminatların verilməsini istisna etmir və müqavilə üzrə tərəflərin real hüquq bərabərliyini təmin etməyə şərait yaradır.Bank və əmanətçilər arasında münasibətlər Mülki Məcəllənin 51-ci fəslinin normaları və “Banklar haqqında” Qanun ilə tənzimlənir.Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin (Mülki Məcəllənin 946.1-ci maddəsi).Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin düzgün tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.Bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və əmanətçinin qoyduğu əmanət üzrə faizləri əldə etmək hüququ yaranır. Bank depozit əməliyyatı üzrə faiz dərəcələrini müəyyən edir və faizin miqdarı, bir qayda olaraq, bank əmanəti müqaviləsində göstərilir. Belə ki, Mülki Məcəllənin 948.1 -ci maddəsinə əsasən, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir.Bank əmanəti müqaviləsi üzrə bankın əsas vəzifələrindən biri əmanətlərin qaytarılmasının təmin edilməsidir. Mülki Məcəllənin 950.1-ci maddəsinə görə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər.Qeyd edilən normalarının mənasından göründüyü kimi, əmanət müqaviləsinin bağlanması üçün, həmin müqaviləni fiziki şəxslə bankın səlahiyyətli şəxsi (əgər bankın fılialıdırsa, o zaman bankın verdiyi etibarnamə əsasında filial müdiri) tərəfindən imzalanması tələb olunur. Bankın səlahiyyətli şəxsləri tərəfindən əmanətin fiziki şəxsdən qəbul edilməsi barədə mədaxil qəbzinin tərtib edilərək, bankın müvafiq möhürü ilə təsdiq edildiyi andan bankın Mülki Məcəllənin 947.2- ci maddəsinə əsasən əmanəti qaytarmaq öhdəliyi yaranmış olur.”Beləliklə yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, vəsatət əsassızdır və vəsatətdə göstərilənlər hazırki iddia tələbinə şamil edilə bilməz.Məhkəmənin nəzərinə çatdırıram ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi əmanətlərin Sığortalanması Fonduna qarşı eyni tələblə iflas proseduru çərçivəsində iddia ərizəsi ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(103)-799/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Apelyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmamasına əsas kimi göstərmişdir ki, “Digər tərəfdən iddiaçının depozitə qoyduğu əmanətin faizləridə birlikdə ona ödənilməsi haqqında iddia tələbi müqavilə əsaslarına söykənən, mülki münasibətlərdən irəli gələn bir öhdəlikdir. Belə olan halda, yuxarıda qeyd oluduğu kimi İPM-nin 131.-132.l-ci maddələrinin tələbləri baxımından onun həmin tələbinə hazırki iflas proseduru daxilində inzibati icraat qaydasında baxılması istisna olunur. Daha konkret, bu qəbildən olan iddialar yalnız mülki icraat qaydasında ümumi məhkəmələrin araşdırma predmetini təşkil edə bilər.” (Qərardadın 3-cü səhifəsinin son abzası).Həmin iş üzrə məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 izahatında iddiaçının hazırki iddia tələbinin mülki məhkəmənin araşdırma predmeti olduğunu vurğulamış və həmin iddiaya iflas proseduru çərçivəsində baxılmasının mümkünsüz olduğunu hesab etmişdir. (Qərardadın 1 -ci səhifəsinin son abzası).Göründüyü kimi hazırki iddia tələbinə iflas proseduru çərçivəsində baxılıb- baxılmaması ilə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. Digər tərəfdən qeyd olunmalıdır ki, mövcud məhkəmə praktikası da cavabdehin vəsatətinin əsassız olmasını göstərir. Vəsatətdə istinad olunan Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən, tək kreditorların banka qarşı olan tələbləri deyil, müflis elan olunmuş bankın da kreditor kimi çıxış etdiyi tələblərə iflas proseduru çərçivəsində baxılmalıdır. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu tələblər bankın iflas proseduru ilə bağlı tələblərdir və buna görə də iflas proseduru çərçivəsində baxıla bilər. Əks halda hazırda məhkəmələrin icraatında olan müflis hesab edilmə ilə əlaqədar ləğv prosesində olan bankların kredit müqavilələri üzrə borclulara qarşı çoxsaylı tələblərinə dair işlər üzrə icraatlara xitam verilməli və həmin tələblər iflas proseduru çərçivəsində baxılmalı idi. Məhkəmənin nəzərinə çatdırıram ki, hazırda ləğv prosesində olan Cavabdeh ASC-nin iddia ərizəsi üzrə cavabdeh İddiaçı və qeyrilərinə qarşı hal-hazırda iki məhkəmə işi vardır. Həmin işlərdən biri Sumqayıt Apellyasiya Məhkəməsinin (2(105)-72/2020 saylı iş, hakim Səyyad Qafari), digəri isə Azərbaycan Respublikası Ali Məhkəməsinin (2(102)-4492/2020 saylı iş, hakim Abiddin Hüseynov) icraatındadır. Bununla da bir daha təsdiq olunur ki, bu qəbildən olan iddia tələblərinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır.Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə dair cavabdehin vəsatətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. “Banklar haqqında” Qanunun 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa ayırmışdır: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. X4 görə“Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Həmin qərardan aydın olur ki, ləğvetmədə olan banklara qarşı qiymətləndirilən iddialar ilə yanaşı, digər tələblər də (məsələn ipoteka (girov) müqaviləsinin tam və ya qismən etibarsız hesab edilməsi, ləğv edilməsi və s.) irəli sürülməsinə münasibətdə bu tələblərin “Banklar haqqında” Qanunla tənzimlənən hüquq normasına əsasən həyata keçirilməlidir. İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Göründüyü kimi hazırki iş üzrə iddiaçının tələbi qiymətləndirilən iddia kimi ləğvetmədə olan banka qarşı irəli sürülmüş tələbdir. Belə tələb müqavilə mübahisəsi və s bu kimi kateqoriyadan olan tələblərə aid olmamaqla banka qarşı irəli sürülmüş bank əmanəti müqaviləsi üzrə pul tələbidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi baqqında məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizəyə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya banka qarşı iddia ilə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “pulun qaytarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3344/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3344/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver